Son əsrin ən böyük kəşfi olan mobil telefonlar kommunikasiya və media sahəsində inqilabi yeniliklərə imza atmaqla insanların həyatını müsbət yöndə dəyişdirib. Mobil telefon keçən əsrdə kəşf edilsə də, bu bazardakı ən böyük satış son 10 ildə həyata keçirilib. Hazırda dünyada 2.2 milyard ədəd smartfondan istifadə edilir. Lakin bu rəqəmin 2020-ci ildə 2.7 milyarda çatması proqnozlaşdırılıb.
Dünyadakı ilk məşhur smartfon Apple şirkətinə məxsus iPhone 1 smartfonudur. iPhone 1 2007-ci ildə Apple şirkətinin CEO-su Stiv Cobs tərəfindən Amerikada təqdim edilib. Bu telefon klaviaturası olmayan və sensorlu ekrana malik olan ilk telefondur. Multimedia, simsiz internet, 3-cü nəsil proqram təminatına malik olan iPhone 1 bütün bu xüsusiyyətləri ilə ilk smartfon olaraq tarixə keçib. 6 il kimi qısa bir müddətdə bir sıra yeni smartfonlar təqdim edən Apple şirkəti hazırda smartfon bazarında öz liderliyini qorumaqdadır.
Bundan sonra Samsung, Sony, HTC kimi iri şirkətlər də öz smartfonlarını təqdim ediblər. Bu smartfonlarla Apple şirkətinin ərsəyə gətirdiyi smartfonlar arasındakı fərq onların əməliyyat sistemlərindədir. Dünyada İOS sistemi ilə çalışan smartfonlar sadəcə Apple şirkətinə məxsusdur. Digər şirkətlərin smartfonları isə Android əməliyyat sistemi ilə çalışmaqdadır. İOS və Android sistemləri arasında bir sıra fərqlər var. Buna misal olaraq deyə bilərik ki, İOS qapalı, Android isə açıq sistemdir. Yəni, mobil cihazın qoyduğu limiti dəyişdirmək və telefonu öz istifadənizə uyğun hala gətirmək istəyirsinizsə, (məsələn, cihazın parlaqlığını artırıb-azaltmaq) Android sizin üçün ideal seçimdir. Çünki İOS qapalı sistem olduğundan onun limitini dəyişə bilməzsiniz.
Həyatımızı asanlaşdıran, kommunikasiyanı gücləndirən və insanlar arasındakı online əlaqəni inkişaf etdirən smartfonlar, onlardan düzgün istifadə edilmədikdə bir sıra təhlükələr də yarada bilər. Məsələn, əgər siz gecə yatarkən telefonları yanınızda saxlayırsınızsa, bilməlisiniz ki, telefondan yayılan radiasiya həm sinir sisteminizdə, həm də yuxu rejiminizdə problemlər yaradacaq. Telefondan yayılan şüa passivləşən metobolizmaya daha çox ziyan verir. Odur ki, axşamlar telefondan uzaq durmaq sizin üçün daha faydalı olacaq.
Siz Apple, Samsung, HTC kimi brendlərə məxsus mobil telefonları sərfəli qiymətlər və kredit şərtləri ilə UniMall.az saytından əldə edə bilərsiniz.