Soyuqdəymə antibiotiklə müalicə edilmir

Soyuqdəymə antibiotiklə müalicə edilmir

Soyuqdəymə antibiotiklə müalicə edilmir. Qrip və viruslarla əlaqədar meydana çıxan infeksiyalara antibiotiklər təsir göstərə bilmir.antibiotiklər
Antibiotiklər qızdırmanı aşağı salmır və vitamin rolunu oynamır. Antibiotiklərlə ancaq bakteriyalarla bağlı əmələ gələn infeksiyalar
müalicə edilir.
Qış aylarında havalar soyuq və sərt keçdiyi üçün daha çox soyuqdəyməyə məruz qalırıq. Xüsusən də, immunitet sistemi zəif olanlarda soyuqdəymə hallarına daha çox rast gəlinir. Şübhəsiz ki, uşaqlar da soyuqdəymədən, müxtəlif cür infeksion xəstəliklərdən yaxa qurtara bilmirlər. Və belə vaxtlarda bəzən həkim məsləhəti olmadan antibiotiklərə müraciət etməli oluruq. Nəticədə, xəstəliyin sağalması, soyuqdəymənin aradan qaldırılması əvəzinə, müxtəlif cür fəsadlara yol açmış oluruq. Antibiotiklərdən düzgün istifadə etmədikdə bakteriyalar həmin antibiotiklərə qarşı müqavimət göstərə bilirlər. Belə olduqda antibiotik bakteriyalara heç bir təsir göstərə bilmir və xəstəliyin sağalması xeyli gecikir. 

Yadda saxlamaq lazımdır ki, soyuqdəymə antibiotiklə müalicə edilmir. Qrip və viruslarla əlaqədar meydana çıxan infeksiyalara antibiotiklər təsir göstərə bilmir. Antibiotiklər qızdırmanı aşağı salmır və vitamin rolunu oynamır. Antibiotiklərlə ancaq bakteriyalarla bağlı əmələ gələn infeksiyalar müalicə edilir. Müxtəlif antibiotiklər müxtəlif infeksiyalara qarşı müxtəlif cür təsir göstərir. Əvvəllər istifadə etdiyiniz və yaxşı təsir göstərən antibiotik növbəti dəfə müsbət nəticə vermir. Çünki bakteriya həmin antibiotikə qarşı müqavimət qazanmış olur. Ona görə də nə özünüz, nə də uşaqlarınız üçün həkim məsləhəti olmadan antibiotikdən istifadə edin.

Top