Tərləmə bədən səthində yerləşən tər vəziləri tərəfindən duzlu mayenin ifrazına deyilir. Tərləmə orqanizmin normal fizioloji funksiyasıdır. Onun əsas vəzifəsi bədən səthini soyuq saxlamaq və hərarəti tənzimləməkdir. Bununla yanaşı tər vasitəsilə bədən şlaklardan təmizlənir. Tərləmə daha çox qoltuqda, pəncə və ovucda qeyd edilir. Tərləmə zamanı tərləmənin özündən çox narahatçılıq yaradan xoşagəlməz iyin olmasıdır. Tər özlüyündə iyisiz olsa da tərin bədən səthində olan bakteriyalarla qarşılıqlı təsirindən xoşagəlməz qoxu yarana bilir.
Tər vəziləri iki cür olur: ekkrin və apokrin vəzilər. Ekkrin vəzilər bir başa dəri səthinə açılır və dəri örtüyünün hər bir sahəsində qeyd olunur. Apokrin vəzilər isə daha çox başda, qoltuqaltında və qasıq nayihəsində olan tüklərin dibinə açılır. Bədən hərarəti yüksək olan zaman sinir sistemi ekkrin vəziləri stimullaşdırır və tərləmə baş verir. Tər özlüyündə su və duzlardan (xüsusilə, hidrogen xloriddən) təşkil olunmuşdur. Apokrin vəzilər isə daha çox yağlı tər yaradır və tükün dibinə ifraz edir. Xoşagəlməz qoxu yaradan əsasən apokrin vəzlərin ifraz etdiyi tərdir. Təssüf ki, bəzi insanlarda anadangəlmə tərləmə yüksək ola bilər və heç bir xəstəlilə əlaqələndirilmir. Elə normal fizioloji hallar mövcuddur ki, tərləməni aktivləşdırə bilər. Məsələn, isti havada bədən hərarətinin normal səviyyədə saxlanması üçün tər vəziləri daha aktiv olurlar. Bununla yanaşı, fiziki işlə məşğul olan zaman, əsəbilik, qorxu, utanma hallarında da tərləmə intensivləşə bilir. Amma elə hallarda var ki, tərləmənin artması (hiperhidroz) və ya tərləmənin olmaması (anhidroz) xəstəlik halları ilə əlaqələndirilə bilər. Tərləmənin səbəblərinin aşağıdakı əsas təsnifləri mövcuddur: Yuxarıda sadalanan normal fizioloji vəziyyətlərdən fərqli hallarda həkimə müraciət edin.
Tərləmənin səviyyəsi insanda olan tər vəzilərinin sayından aslı olur. Bəzi insanlarda digərlərindən fərqli daha çox tər vəziləri ola bilər ki, bu da onlarda tərləmənin daha intensiv olmasına səbəb olur. Doğulan zaman insanda 2-dən 4 milyona qədər tər vəziləri ola bilir. Qadınlarda kişilərə nisbətən daha çox tər vəziləri mövcuddur. Amma kişilərdə onlar daha aktivdirlər. Tər vəziləri cinsi yetkinlik dövründə özlərinin tam aktiv səviyyəsinə çatırlar.Tərləmənin səbəbləri
Normal fiziloloji hallar:
- Qadınlarda klimaks dövrü
- Vegetativ distoniya
- Emosional vəziyyət
- Fiziki aktivlik
- Köklük
- Bəzi ədviyyatlar
İltihabi xəstəliklər:
- Pvevmoniya
- Vərəm
- Endokardit
- Kəskin revmatik hərarət
- Bruselyoz
- HİV infeksiyası
Endokrin xəstəliklər:
- Hipertrioz
- Feoxromositoma
- Karsinoid sindrom
- Hipoqlikemiya
- İnsulinoma
Xərçəng xəstəlikləri:
- Hodgkin xəstəliyi
- Xroniki leykemiya
- Sarkoma
- Hipernefroma
- Birincili qaraciyər xərçəngi
Ürək-damar xəstəlikləri:
- Şok
- Ürək infarktı
- Arterial təzyiq
- Ağciyər emboliyası
- Sol ürək çatışmazlığı
Digər səbəblər:
- Hərarətin yüksəlməsi
- Dempinq sindromu
- Kəskin hemolizHəkimə nə zaman müraciət etməli
- Son dövrlərdə əvvəllər qeyd edilməyən intensivlikdə tərləmənin qeyd edilməsi
- Tərləmə sizin gündəlik normal iş fəaliyyətiniz və həyatınıza mane olur
- Tərləmə ilə yanaşı hərarətin yüksəlməsi
- Tərləmə səbəbsiz olaraq gecələr qeyd edilir. Vərəm xəstəliyi zamanı gecə tərləməsi qeyd edilir.
- Tərləmə ilə yanaşı bədən çəkinizin səbəbsiz azalması
- Tərləmə ilə yanaşı təngnəfəslik və ürək döyüntülərinin artması
- Son dövrlərdə bədənininzdə xoşagəlməz qoxunun artmasını hiss edirsinizsə. Diabetik ketoasidoz və ya böyrək çatışmazlığı zamanı bədən qoxusu dəyişə bilir.