Mitanni e.ə. XVI-XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı və Fələstini özünə tabe etmişdi.
Bizə məlum olan ilk Mitanni şahı I Şuttatnadır e.ə. XVI əsrin sonunda, I Şuttatnadan sonra isə Parattarna şahlıq etmişdir. Mənbələrdən bizə məlum olan Mitanni şahlarının ən qüdrətlisi Saussadattar olmuşdur. Bizə qədər onun yazılı möhürü gəlib çatmışdır: «Saussadattar Parsadattapın oğlu Mitanni şahı». Mitanni dövlətinin Xet şahı I Suppiliuma ilə müharibəsi dövründə Mitanni şahı Tuşiratta Misir fironuna birinci məktubunu yazır: «Misir şahına , qardaşıma sənin qardaşından, mən sağ-salamatam. Sənə, bacım KelluXebeyə, sənin evinə, sənin arvadlarına, oğullarına, əyanlarına, orduna, atlarına, döyüş arabalarına və ölkənə əmin-amanlıq arzulayıram. Misir səfirləri bir neçə dəfə hədiyyələrlə Mitanni sarayına gəldilər. Nəhayət, Turşatta məmnun oldu və qızını çox böyük cehizlə Misirə göndərdi. Cehiz əsasən qızıl - bəzək əşyalarından, bürünc, parça - paltar, ətriyyat yağı, döyüş arabaları, atlar, qullar, lazurit, və müxtəlif növ qiymətli daşlardan ibarət idi. Nigah III Aminxotepin hakimiyyətinin 35 və ya 36-cı ili oldu. Misirin diplomatik əlaqələr saxladığı Ön Asiya dövlətlərindən biri də Assuriya idi. E.ə.XV əsrdə və XIV əsrin birinci yarısında Assuriya Mitanni və Babildən asılı vəziyyətdə idi. Yuxarıda qeyd edildiyi kimi, e.ə. 360-cı ildə Xet hökümdarı Suppiluliumas Mitanniyə ağır zərbə endirmişdir. Elə bu dövrdən başlayaraq Assuriya tədricən güclənir və Ön Asiya siyasətində mühüm rol oynamağa başlayır. Mövzuya dair suallar: Ədəbiyyat: Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi. Mitanni ərazisindən Ön Asiya ölkələrinin mühüm ticarət yolları keçirdi. Mitanni dövləti bir çox qonşu ölkələr ilə əlaqələr saxlayırdı. Ell-Amarn məktublarındakı məlumata görə, müxtəlif Mitanni malları Misirə göndərilirdi.
Mitanni əhalisi mənşəyinə görə, əsasən hürilərdən ibarət olmuşdur. Mitanni şahları – hətta Hind-ari mənşəli adlar daşıyanlar da, məişətdə hürri və akkad dilində danışırdılar. Akkad dili beynəlxalq ünsiyyət vasitəsi idi. Hürri dövlətlərinin (Arrapxa, Alalax, Uqarit) sosial quruluşlarındakı oxşarlıq, Mitanni cəmiyyətinin də onlardan o qədər seçilmədiyini göstərir.
Saussadattar Misir fironlarının XVIII sülaləsinin Asiya yürüşləri dövründəşahlıq etmişdir. Buna baxmayaraq, Mitanninin nüfuzu dairəsinə yuxarı Fəratdan Kilikiyaya, Şimali Suriyadan Assuriya, Nineviya, Arabxah, Kadmuq, İsuv və Alziyə qədər geniş bir ərazi daxil idi. Bu dövrdə Ön Asiyanın siyasi həyatında Misirdən sonra əsas rolu Mitanni oynayırdı. Lakin qüdrətinə və sərvətinə görə Mitanni Misirdən çox geri qalırdı.
Ehtimal ki, XVIII sülalənin fironları ilə müharibələr olmasaydı, Mitanni öz qüdrətinin ən yüksək zirvəsində dayanardı. I Tutmosun şahlığından başlayaraq, Misir fironları Suriya və Fələstinə işğalçı yürüşlər təşkil edir, lakin hər dəfə də Mitanni ordusunun müqavimətinə rast gəlirdilər. Bu müharibə Mitanni şahı I Artadamanın dövründə, Misir və Mitanninin dostlaşmasından sonra başa çatdı və bu sülh firon IV Tutmosun Mitanni şahzadəsi ilə nikahına əsasən möhkəmləndi. Mitanni şahı Tuşrattanın IV Amenxotepə məktubunda deyilir:
«III Amenxotepin atası IV Tutmos, mənim babam Aptadamaya məktub yazdı və onun qızı atamın (II Şüttarna) bacısını istədi. Beş-altı dəfə məktub yazdı, amma o, qızını vermədi. Yeddinci dəfə məktub yazandan sonra o, (Artadama ) qızını verdi».
Bu hadisələr Mitanni və Misirin Şərqi Aralıq dənizi hövzəsi ərazisi uğrunda illərlə davam edən mübahisəsinə son qoydu. Ərazi bu iki dövlətin nüfuz dairələrinə bölünür. Şimal hissəsi Mitanninin, cənub hissəsi isə Misirin nüfuz dairəsinə daxil olur. Qeyd etmək lazımdır ki, III Amenxotep Mitanni şahı II Şuttarnaşm qızı Kelu-Xəbəyə evləndikdən sonra Misir və Mitanninin siyasi əlaqələri daha da möhkəmləndi.
Sən mənim atamla yaxşı münasibətdə olmusan. Mənim atam səni sevirdi, sən də mənim atamı. Buna görə də o, mənim bacımı sənə verdi. Kim mənim atamla belə yaxın olub? Bütün Het düşmən kimi mənim ölkəmə hücum etdi. Mən onları darmadağın etdim. Onlardan heç biri öz ölkəsinə qayıtmadı.
Mən sənə döyüş arabası iki at, Het hərbi qənimətindən 1 oğlan və 1 qız göndərmişəm. Qardaşıma isə hədiyyə olaraq 5 döyüş arabası və 5 qoşqu atı göndərmişəm. Bacım Kelu Xebeyə hədiyyə olaraq bir cüt qızıl boyunbağı, bir cüt qızıl sırğa vəətriyyatla dolu daş qab göndərmişəm. Səfir kimi Kelsiyə və Tunibivrini göndərmişəm. Qoy qardaşım onları tez buraxsın ki, qardaşımın salammı eşidim və fərəhlənim. Qoy qardaşım mənimlə dostluğu möhkəmlən-dirsin və öz səfirlərini yanıma göndərsin ki, onlar mənə qardaşımdan salam gətirsinlər və mən bunu eşidim.»
Ell-Amarndakı məktubdan məlum olur ki, III Aminxotep öz səfirini Mitanniyə göndərmiş və Turşattanın qızı Tadu-xebanı istəmişdir.
Turşatta fironunun xahişi ilə cavab olaraq yazmışdı: «böyük şaha, Misir şahına, mənim qardaşıma. Turşatta, böyük şah, Mitanni şahı, sənin qardaşın. Mənim qardaşım səfiri Maneni mənim yanıma göndərdi. Dedi: Qoy qardaşım öz qızını mənə arvad olmaq üçün göndərsin və o, Misirin xanımı olsun. Mən qardaşımın ürəyini kədərləndirmədim və dedim: «Mən razıyam.» qardaşım istədiyi kimi mən onu Maneyə göstərdim, Mane onu görən kimi çox xoşhal oldu».
Misir taxt-tacına IV Aminxotep sahib olandan sonra Turşatta hədiyyə olaraq ona qiymətli əşyalar göndərdi və xatırlatdı ki, o, Mütaniyə hələ III Aminxotepin onun üçün hazırladığı iki qızıl heykəlciyi göndərməlidir. III Aminxotep Mitanniyə az miqdarda hədiyyə göndərdi və hətta qızıl heykəlciklərin yerinə ağacdan düzəldilmiş və üzərinə qızıl çəkilmiş heykəlciklər göndərdi.
Tell-Amarna yazışmalanndan məlum olur ki, III Aminxotepəərə getmiş Mitanni şahzadəsi Tadu- Xeba, sonra onun oğlu III Aminxotepin arvadı oldu.
III Aminxotepin və IV Aminxotepin sarayının təsviri göstərir ki, bütün hərəmxana qadınları baş hərəmin xidmətçiləri idilər. Güman ki, firon ayrı-ayrı vaxtlarda məlikənin xidmətçiləri, o cümlədən əcnəbi şahzadə xanımlarla birgə yaşamaq hüququndan istifadə edirdi. Bu şahzadə xanımlar sarayda, atalarının Misirə lazım olan siyasi istiqamətlərdə fəaliyyətini təmin etmək üçün girov kimi saxlanılırdılar və faktik olaraq fironunun arvadları deyildilər.
Yeni firon sələfinin bütün saray heyətinin, həmçinin aralarında Tadu-Xeba olan mərkənin əsil-nəcabətli xidmətçilərinin varisi oldu. Turşatta onu yenə də yeni fironun «arvadı» hesab edirdi, amma Misir mənbələrindən məlumdur ki, I Aminxotepin bir baş arvadı (Nefertiti) və bir rəsmi kənizi (Kiya) olmuşdur. Bu Misirlə Mitaninin əlaqələrinin nə qədər birtərəfli olduğunu göstərir, hərçənd ki, Tuşrattanın məktublarına əsasən belə bir nəticəyə gəlmək olar ki, bu dövlətlər bərabərhüquqlu olmuşlar.Misir-Assuriya əlaqələri
Assuriya şahı I Aşşuruballit (e.ə.1365-1333-cü illər) Misirlə diplomatik əlaqələr yaradır. Amarna arxivində onun Misir fironu IV Amenxotepə göndərdiyi bir neçə məktub qalmışdır. Məktubların birində o yazırdı: «Səni görmək üçün yanına göndərdiyim elçimi mehriban qarşıla. Qoy o, səni görsün və geri qayıtsın. Qoy o, sənin və sənin ölkənin arzusunu öyrənsin».
I Aşşuruballit IV Amenxotepə göndərdiyi başqa bir məktubunda onun elçisinin Misirdə ləngidilməsi ehtimalı ilə bağlı olaraq yazırdı: Qoy mənim elçilərim sənin ölkəndə ləngidilməsinlər. Nə üçün elçilər yad torpaqda qalmalıdırlar. Əgər onlar yad torpaqda qalarsa vəşah bundan fayda görürsə, onda qoy qalsınlar və orada ölsünlər. Əgər şah bundan fayda götürmürsə onda nə üçün bizim göndərdiyimiz elçilər yad torpaqda ölməlidirlər?»
İstər Mitanni şahı, istərsə də Babil şahı assuriyalıları öz təbəələri hesab edirdilər və Misir fironunun Assuriya elçilərini qəbul etməsinə etirazlarını bildirmişdilər. Lakin Xet dövləti ilə ziddiyyətlərin tədricən kəskinləşdiyi bir dövrdə Misirin Ön Assuriyada yeni müttəfiqə ehtiyacı var idi. Buna görə də Misir fironu göstərilən etirazlara baxmayaraq Assuriya ilə müstəqil əlaqələr yaratmışdı. Tezliklə Assuriya dövləti Xet şahlığı ilə birlikdə Ön Assuriyada Misirin ən güclü rəqiblərindən biri olan Mitanni dövlətinin varlığına son qoydu və onun torpaqlarmı öz aralarında böldülər. Beləliklə, Şərqi Aralıq dənizi rayonları uğrunda mübarizədə Misir Het dövləti ilə üzbəüz qaldı.
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009