Əhəmənilər dövləti (е.ə. 550 — е.ə. 330)
Midiya dövlətinin zəifləməsindən istifadə edən fars tayfa başçısı II Kir e.ə. 553-cü ildə muharibəyə başladı və e.ə. 550-ci ildə Midiya dövlətinə son qoydu. e.ə. 550-ci ildə Əhəmənilər dövləti yarandı. II Kirin hakimiyyəti illərində (e.ə. 550-530) asağıdakı ərazilər işğal edildi:
►e.ə. 547-ci il Kiçik Asiyada Lidiya carlığı
►Kiçik Asiyada bəzi yunan koloniyaları
► e.ə. 539-cu ildə Babil padsahlığı
Qeyd: II Kir e. ə. 530-cu ildə Massaget hökmdarı Tomris tərəfindən öldürüldü.
II Kambizin dövrü (e. a. 530- e. a. 522)-II Kambiz Kipr və Finikiyaliların donanmasından istifadə edərək Misirə hücum etdi. e.ə.525-ci il Pelusiya döyüşündə qələbə qazanan II Kambiz özünü firon elan etdi.
Qaumata üsyanı (e. ə. 522) — II Kambiz Misirdə olarkən Qaumata adh bir kahin e.ə. 522 -ci ildə qiyam qaldıraraq hakimiyyəti ələ aldı. O, öz hakimiyyətini möhkəmləndirmək üçün imperiyaya daxil olan bütün xalqları 3 il müddətinə vergi və hərbi mükəlləfiyyətdən azad etdi. II Kambiz Qaumata üsyanını yatırmaq üçün Misirdən Irana doğru hərəkət etdi. Lakino,yolda muammalı şakildə öldu.
I Daranın dövrü (e. ə. 521- e.ə. 486)
e.ə. 522-ci ildə Qaumatanın öldürülməsindən sonra hakimiyyətə I Dara gəldi. I Dara bütün üsyanları yatıraraq öz hakimiyyətini möhkəmləndirdi. I Dara:
►imperiyanı inzibati cəhətdən satraplıqlara böldü
►Ölka üçün vahid pul sistemi yaratdı
►Darik adlanan qızıl pulları tədavülə buraxdı
►Güclu ordu təskil etdi
►Hindistanın simal – qərbini işğal etdi
►Egey dənizi hövzəsindaki yunan koloniyalarını ələ kecirdi
►Qara dənizin cənub sahillərindəki yunan koloniyalarını özünə tabe etdi.
►e. a. 512-ci ildə skiflərə məğlub oldu.
►e. a. 490-ci ildə Marafon döyüşündə Afinaya məğlub oldu.
Makedoniyalı İskəndər e.ə. 334-cii ildə Qranik, e. ə. 333-cu ildə İss və e. ə. 331-cii ildə Qavqamel döyüşlərində Əhəməniləri məğlub etdi. e.ə. 330-cu ildə III Daranın öldürülməsi ilə Iran Əhəmənilər dövləti süqut etdi.