St. Louis Universitetinin Tibb Fakultəsində uşaq həkimi və müəllim olan Stuart Slavin, stresin təsirləri mövzusunda tanınan şəxsdir. Dr. Slavinlə iş yoldaşları, tələbələri arasında qayğı və depresiya səviyyələrinin üst səviyyəyə çıxdığını gördüklərində, proqramlarını yenidən hazırlayıblar. Tanıtım dərslərində keçdi/qaldı tətbiqi başladılıb, iki həftədən bir yarım günü boş saxlayıb, şagirdlər arasındakı əlaqələri gücləndirmək üçün kiçik öyrənmə qrupları formalaşdırmışdılar. Bunun nəticəsində altı il içində şagirdlərin depresiya və qayğı səviyyələri olduqca geriləmişdi.
Təhsildən gözləntilər artıq nəzarətdən çıxmış vəziyyətdədir. Uşaqlarımız məktəbdə yeddi saat keçirdikdən sonra gecə gec saatlara qədər ev tapşırığı edirlər, hər gün müxtəlif məşğələlərə girirlər. Həftə sonları isə başqa yorucu tapşırıqlar edirlər. Etdikləri hər şey yaxşı bir universitetə, qiptə ediləcək bir işə və uğurlu həyata uzanan nərdivanın pillələrindən biri olaraq düşünülür. Yoxsulluq içində yaşayan və universitetə getməyə can atan uşaqlar da eyni yarışa girirlər, həm də şanslı həmyaşıdları qədər dəstəklənmirlər, həm də burs ala bilmək üçün daha çox əmək sərf eləmək məcburiyyətində qalırlar. Universitetə getməyi düşünməyənlər belə məktəbəqədər dövrdən başlayaraq, əzbər və şəxsi olmayan məlumatların altında əzilirlər.
Ancaq bu uğur cəhdi, uşaqların inkişafını gücləndirəcəyinə onların sağlamlıqlarını eroziyaya uğradır, potensiallarını zəiflədir. Müasir təhsil uşaqlarımızı xəstə edir.
Gənclərin üçdə biri, Amerika Psixoloji Dərnəyinə stresə görə üzüntü və depresiyaya itələdiklərini, tək vacib stres qaynaqlarının isə məktəb olduğunu söyləyir. Xəstəlikləri əngəlləmə və Nəzarət etmə mərkəzinə görə isə amerikan gənclərinin böyük əksəriyyəti, yaşları üçün lazım olan saatdan iki saat az yatır. Araşdırmalar isə gənclərin nə qədər tapşırıq edirlərsə, o qədər az yatdıqlarını göstərir. Keçən il hazırlanan bir sorğuda, universitetlərdəki rəhbərlik koordinatlarının 94 faizi, ciddi psixoloji problemləri olan şagirdlərin sayında artım müşahidə etdiklərini bildirmişdi.
Yaş skalasının digər ucuna baxdığımızda isə həkimlər məktəb çağındakı uşaqlarda miqren də daxil bir çox xəstəliklərə rastlayıblar. Bir çox həkim bu vəziyyətlə performans basqısı arasında bir əlaqə olduğunu düşünür.
Təhsil işçilərinin, valideynlərin və uşaqların nələrisə dəyişdirməyə qərar verməsilə, İrvington liseyi artıq ölkədəki digər sağlıqlı olmayan məktəblərdən ayrılır. Müəllimlər tapşırıq tələblərini yenidən gözdən keçirir, məsələn bəzi vəziyyətlərdə unudulan tapşırıqlara nəzər yetirilərək hər sinif üçün hər axşam ən çox iyirmi dəqiqəlik tapşırıq verilməsi ya da həftə sonlarında tapşırıq verilməməsi kimi qaydaları yenidən tətbiq edirlər. Əslində araşdırmalar da tapşırıqların limitlənməsini dəstəkləyir. Şagirdlər isə sağlam vərdişlər formalaşdırmağa və günlük proqramlarını nizamlamağa çalışır. Son iki ildir rəhbər müəllimlər hər şagirdlə tək-tək görüşərək, dərs yüklərini idarə edə bilməsi mövzusunda yol göstərir.
On altı illik peşə həyatında problemin gedərək pisləşdiyinə şahidlik edən İrvingtondakı müəllimlərdən biri “Saatlı bir bombanın üzərində otururuq” deyir.
Berkeleydəki Kaliforniya Universitetindən, sağlamlıq üzrə ekonomist Richard Scheffler, “Sağlamlıq üzərindəki təsirlərin bir çoxu ortaya çıxmış vəziyyətdədir, amma daha da çoxu uşaqlarımıza həyatları boyunca təsir edəcək”.
Təzyiq paradoksal bir formada, uşaqlarımızın uğur hədəflərinə çatmasına köməklik etmir, tam əksinə buna zərər verir. Müəllimləri, universitet şagirdlərinin çoxunun tənqidi düşünmə bacarığına sahib olmadığının fərqindədir. Təzyiq azalarsa, uğurun da azalacağına dair gəlinən qənaətin əksinə, stresin azaldılması üçün izlənlən strategiyadan sonra St. Louis tibb fakultəsi şagirdlərinin imtahanlarda aldıqları ballarının artdığı müşahidə edildi.
İrvingtondakı islahatların təsirini görmək üçün hələ çox tezdir, amma təhsil işçiləri gələcək vəd edən əlamətlər görürlər. Əvvəllər məktəbin rəhbərlik bölümündən sinifdə emosional partlayışlar yaşayan şagirdlərlə bağlı kömək istənilərkən, artıq belə hadisələrə demək olar ki, rastlaşılmır.
İrvington nümunəsindən çıxarılacaq dərslər var. Valideynlər, təhsil işçiləri və şagirdlər birlikdə çalışaraq kiçik amma vacib dəyişiklilər yarada bilərlər: Gündəlik tapşırıqların limitlənməsilə həftə sonu və tətil tapşırıqlarının ləğv edilməsi, şagirdlərin rəhbər müəllimləri tərəfindən yönləndirilməsi və şagirdlərin inkişafını ənənəvi imtahanlar yerinə, daha yaradıcı üsullarla göstərə bilmələri kimi… Başqa məktəblər də bu mərhələlərdən keçir. İnsanlar artıq diplomlar ya da sertifikatlar üçün yarışmaq əvəzinə, mənalı şeylər öyrənməyin, bütünlüyün, məqsəd və şəxsi bağların ortaya çıxması üçün cəhd edir, uşaqlar riskə atmaq əvəzinə sağlam olmağı seçir.
Mənbə: egitimpedia.com