Uşaq tərbiyəsi kateqoriyası üzrə məqalələr

Övladınızı Dinləyin

Uşağa 'sən çox xüsusisən, fərqlisən' mesajlarının tez-tez edilməsi, erkən yaşda uşaqda bir 'mənlik' duyğusuna yol aça bilər. Uşağın hər davranışını lupa altına almamaq, davamlı ona şərhlər etməmək, yəni həyatda 'davamlı və yalnız' onun mərkəzdə olduğu qəbulunu ortadan qaldırmaq, özünə inamdan eqoizmə gedə biləcək yolu kəsə bilər.
Uşaqların qürurlarını qırmamaq, onları ruhi və fiziki olaraq qorumaq yalnız ana-atanın deyil, hamımızın vəzifəsidir. Ancaq uşaq, bəzən dəqiq və sərt istiqamətləndirmələrə də ehtiyac duyar.
Davamı →

Rəqəmsal uşaqlar

Övladının təhsilinə ümidlə baxan valideynlərlə yanaşı, uşağının dərsə hazırlaşmadığından, kitab “üzü” açmadığından, saatlarla kompüterin qarşısında “itib-batdı”ğından şikayətlənən ata-analar günümüzün reallığıdır. Əlimizdə statistika olmasa da, hər halda ikincilər birincilərdən çoxdur. Əslində, bu, həmişə belə olub. Ancaq müasir texnologiyalar, internet, şəbəkə oyunları, rəqəmsal gerçəklik fonunda müasir uşaqların dərsdən yayınmaları daha qabarıq gözə dəyir. Belə olan halda yeni nəslin valideyni nə etsin? Övladını kompüterdən necə ayırsın? Onu kitaba, dərsə meyl salmağa necə məcbur etsin?
Davamı →

Uşaqlara pul yığmağı necə öyrədək?

Uşağa erkən yaşlarından pul xərcləməyi və pula qənaət etməyi necə öyrətmək lazımdır?
1. Oyunlarla alış-verişi öyrədin
Uşaqlar ilk əvvəl pulun mənasını başa düşməlidir. Sonra isə oyunlarla alış-verişi onlara öyrədin. Pulu necə istifadə edəcəklərini görsünlər. Oyunlarla öyrənmək həm maraqlı, həm öyrədici olacaq.
Davamı →

Uşaq tərbiyəsinə dair qızıl qaydalar

Əsl adı Aqnes Qonca Boyaçı olan katolik rahibə, “Şəfqət” ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı Tereza Ana katolik kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilən tarixi şəxsiyyətdir. Həyatı boyunca dünyada çox sayda xeyirxah və əhəmiyyətli işlər görüb, müxtəlif mükafatlara sahib olan bu müqəddəs qadının uşaqlara sevgi və mərhəmət hissi xüsusilə seçilirdi.
Tereza Ananın valideynləri müdrik, xeyirxah və vicdanlı övlad yetişdirmələrinə kömək etmək üçün hazırladığı doqquz vacib məsləhətlə tanış edir:
Davamı →

Ağıllı uşaq böyütməyin sirri

“Dallas Mavericks” basketbol komandasının sahibi və biznesmen Mark Kyuban (Mark Cuban) uşaqları pulla ərköyünləşdirməyin qəti əleyhinədir. O, hesab edir ki, uşaqlar bir şey istəyirsə, bir işə düzəlib özləri həmin şeyi almalıdırlar. Qeyd edək ki, 62 yaşlı milyarderin 10 yaşlı oğlu, 13 və 16 yaşında iki qızı var.
“Mən onlara deyirəm: sizin sağlamlığınızdan sonra mənim üçün ən vacibi odur ki, sizi axmaq adlandırmasınlar”, — “STEVE on Watch” şousunda Mark Kyuban məşhur komediyaçı Stiv Harviyə (Steve Harvey) uşaqları ilə ünsiyyət haqqında danışarkən vurğulayıb. “Mən sizə çek yazıb verən deyiləm. Siz kredit kartını da elə-belə almayacaqsınız. İstədiyiniz hər şeyi ala bilməzsiniz”.
Davamı →

Cinsi bilgilər uşağa necə çatdırılmalıdır

Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrinbdən biridir. Amma son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir. Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar.
Davamı →

Uğur üçün məcbur etmək uşaqlarımızı xəstə edir?

St. Louis Universitetinin Tibb Fakultəsində uşaq həkimi və müəllim olan Stuart Slavin, stresin təsirləri mövzusunda tanınan şəxsdir. Dr. Slavinlə iş yoldaşları, tələbələri arasında qayğı və depresiya səviyyələrinin üst səviyyəyə çıxdığını gördüklərində, proqramlarını yenidən hazırlayıblar. Tanıtım dərslərində keçdi/qaldı tətbiqi başladılıb, iki həftədən bir yarım günü boş saxlayıb, şagirdlər arasındakı əlaqələri gücləndirmək üçün kiçik öyrənmə qrupları formalaşdırmışdılar. Bunun nəticəsində  altı il içində şagirdlərin depresiya və qayğı səviyyələri olduqca geriləmişdi.
Davamı →

Uşağın hədiyyəyə münasibətini necə formalaşdırmalı?

Uşaqda hədiyyə bağışlamaq və hədiyyə qəbul etmək mədəniyyətini necə formalaşdırmalıyıq?
Bu barədə Uşaq Bağçasının Meneceri Mədinə İmanovanın fikirlərini təqdim edirik:
Uşaqda hədiyyə bağışlamaq və hədiyyə qəbul etmək mədəniyyətini formalaşdırmaq asan səslənsə də, dərinə varanda çətin məsələdir. Buna planlı şəkildə yanaşmaq lazımdır. Həm hədiyyə qəbul etmək, həm də hədiyyə bağışlamaq mədəniyyətini uşağa ayrı-ayrılıqda aşılamaq lazımdır.
Davamı →

Uşaqlara mütaliə vərdişi uşaqlıqdan aşılanmalıdır

Uşağınıza kitab oxuma vərdişi qazandırmanın yolları nələrdir?
  • İlk olaraq özünüz də kitab oxumağı sevməlisiniz. Çünki siz kitab oxumasanız, uşağınız da sizdən bunu görməyəcək və tətbiq etmək istəməyəcək.
  • Uşağınızın oxumağı sevdiyi bir jurnalı davamlı ala bilərsiniz. Bu formada uşağınız bu jurnalın özünə aid olduğunu hiss edəcək və oxuma həvəsi artacaq.
  • Neçə yaşında olursa olsun, uşağınıza yüksək səslə kitab oxumaqdan çəkinməyin. Bu, onda yaranacaq həvəs üçün olduqca əhəmiyyətlidir.
Davamı →

Uşaqlar oxumağı necə öyrənir?

Niyə bəzi uşaqlar üçün oxumaq asandır, bəziləri üçün çətin? Bu, uzaq keçmişi olan çətin sualdır. Bunun nə təkcə zəkayla, nə də təkrarla əlaqəsi olmadığını bilirik. Bundan əlavə, cəhd etməklə bərabər, bir uşağın oxumasına mane olan başqa vəziyyətlər olduğunu da bilirik. Məsələn, bəzi araşdırmalar sosial-iqtisadi vəziyyət ilə oxumaq uğuru arasında ciddi əlaqə olduğunu söyləyir. Sosial-iqtisadi şərtlər necə olursa olsun, ümumi danışıq bacarığı zəif olan və fonetika mövzusunda  çətinliklər yaşayan uşaqlar da oxumağı çətin öyrənirlər. Bəs bu fərqliliklərin səbəbi nədir?
Davamı →
Top