Niyə bəzi uşaqlar üçün oxumaq asandır, bəziləri üçün çətin? Bu, uzaq keçmişi olan çətin sualdır. Bunun nə təkcə zəkayla, nə də təkrarla əlaqəsi olmadığını bilirik. Bundan əlavə, cəhd etməklə bərabər, bir uşağın oxumasına mane olan başqa vəziyyətlər olduğunu da bilirik. Məsələn, bəzi araşdırmalar sosial-iqtisadi vəziyyət ilə oxumaq uğuru arasında ciddi əlaqə olduğunu söyləyir. Sosial-iqtisadi şərtlər necə olursa olsun, ümumi danışıq bacarığı zəif olan və fonetika mövzusunda çətinliklər yaşayan uşaqlar da oxumağı çətin öyrənirlər. Bəs bu fərqliliklərin səbəbi nədir?
Necə olur da mücərrəd simvolları mənalı səslərə çevirməyi öyrənirik? Niyə bəzi uşaqlar bu mövzuda digərlərindən daha yaxşıdır?Bu sirr Kaliforniya Universitetinin psixiatrı Fumiko Hoeftin işlərinə də ilham verib: “Gözlərinizin rənginin haradan gəldiyini bilirsiniz, üz cizgilərinizin, saçlarınızın və boyunuzun da. Hətta şəxsi xüsusiyyətlərinizin belə. Məsələn, “Anam kimi inadkaram, atam kimi düzənsizəm” deyirsiniz. Bizim etməyə çalışdığımız şey, beynin şəbəkələrinə baxaraq və ətrafımızdakı bütün faktorları araşdıraraq oxumaq bacarığımızın haradan gəldiyini tapmaqdır”.
Hoeft və həmkarları, oxumaq bacarğının təməlini tədqiq 3 illik araşdırmalarının nəticəsini 2014-cü ildə yayımladı. Araşdırmaya cəlb olunan uşaqların bəziləri oxumağa çətinlik çəkir, bəzilərinin isə risk faktoru yox idi. Bu uşaqlar həm də özünü ifadə testlərindən də keçdilər. Uşaqların valideynləri isə övladlarının evdəki davranışlarını ifadə edən anketi doldurub tədqiqiata təqdim ediblər.
Hoeft oxuma çətinliyi ilə əlaqəli bütün faktorları nəzərə alanda – genetik risk, ətraf mühit, dil bacarığı – sadəcə tək bir şeyin uşağın yaxşı oxuyacağına dair uzaqgörənlik etdiyinin fərqinə vardı: Beynin bəlli bir bölgəsində yer alan “ağ cövhər”in böyüməsi. Uşağın bağçaya başlamasından 3 il sonra “ağ cövhər”in həcminin artdığı müşahidə olunub.
Bəs bu “ağ cövhər” nədir? Bu beyinin hissələri arasında informasiya axınını təmin edən sistemdir. Hoeft beynin məhz fonoloji bölməsində artım müşahidə edib. Bu bölmə hərfləri və səsləri bir-biri ilə birləşdirir, qarşılaşdırır. Hoeftin gəldiyi qənaətə görə, “ağ cövhər”də artım kritik dövrdə baş verməsə, uşaq gördüyü sözləri səsləndirməkdə çətinlik çəkəcək.
Hoeftin araşdırmaları bizə göstərir ki, uşağın bağçaya başladığı vaxtdakı vəziyyətindən asılı olmayaraq növbəti 3 il onun oxu vərdişinin inkişafı üçün əsas götürülür. Həmin bu 3 il kritik dövrdür. Uşağın oxumasında gerilik hiss olunarsa, onun özünü idarəetmə və özünü ifadə tərzinə diqqət yetirmək və kompleks həllər tətbiq etmək lazımdır. Bir sözlə, yaxşı oxumaq oxu qabiliyyətinin inkişafı ilə yanaşı, digər bacarıqların inkişafından da xəbər verir.
Mənbə: bagcam.az