Uşaqlar həyatı cizgi filmi ilə öyrənirlər

Uşaqlar həyatı cizgi filmi ilə öyrənirlər

Uşaqlar həyatı cizgi filmi ilə öyrənirlər. Bunu türkiyəli professor Mehmet Yavuz deyib. O bildirib ki, televiziya proqramları böyüklərin həyatına təsir edir və eynilə bu, uşaqların da həyatında mühüm rola malik bir prosesdir.

Xüsusilə rəngli təqdimatı ilə diqqəti cəlb edən cizgi filmləri balacaların həyatına təsir edir. Bəs bu vərdiş onların sonrakı taleyində nə kimi müsbət və ya mənfi məqamları ortaya qoyur? 

Cizgi filminin mövzusu uşağın yaşından asılı olaraq seçilməlidir. Cizgi filmləri uşaqların xəyal dünyasını inkişaf etdirir. Bu, uşaqları əyləndirir, eyni zamanda, öyrədici bir funksiya daşıyır. Xüsusilə uşağın xəyal dünyasının inkişafa doğru getdiyi bir vaxtda təsiri böyükdür.

Uşaqlar ətrafında gördüyü hər bir şeyi bu sayədə tanıya bilir, həmçinin bu, dialoq zamanı uşağın dil qabiliyyətinin formalaşmasına müsbət təsir göstərir. Onlar nələrisə öyrənir və bu, uşaqlara rahat, sakit bir hiss aşılayır. Ancaq bütün bu təsirli məsələləri nəzarətdə saxlamadıqda problemlər ortaya çıxa bilər və uşağa mənfi təsir göstərər.
Top