Motivasiya ➡ Tapşırıqlara nə vaxt başlayacağına qərar verməyini istəyin. Vaxtında başlayanda onu mükafatlandırın.
Dəstək olma ➡ İlk 5 dəqiqə yanında olun. Diqqətini tapşırığa verməyinə, ondan tələb olunanı anlamağına kömək etməyə çalışın.
Nizam-intizam ➡ Nizamlı tapşırıq saatı təşkil edin və 21 gün təkrarlayın. Davamlı edilən işlər asanlıqla vərdişə çevrilə bilir. Vaxt keçdikdə uşaq özünü həmin müəyyən edilmiş tapşırıq saatına uyğunlaşdırır.
Məsuliyyət ➡ Ev tapşırıqlarını siz yox, övladınız etməlidir. Təbii ki, çətinlikləri olduqda sizə verdiyi sualları cavablayın. Amma onunla eyni masaya oturub tapşırıqlarını onun əvəzinə yazmayın.
Həvəsləndirmə ➡ Dərs materiallarını birlikdə hazırlayın. Məsələn «tapşırığını bu qələmlə yazmağı sevirsən, ya digəriylə» soruşaraq işə başlaya bilərsiniz.
Təkrar ➡ Tapşırığın məqsədinin uşağa öyrədilənləri özünün təkrarlaya bilməyini gerçəkləşdirmək olduğunu unutmayın.
Fasilə ➡ Dincəlmək üçün 5-10 dəqiqəlik fasilələr müəyyən edin. Fasilələri əlindəkini tam bitirdikdən sonra etməyə çalışın. Əks halda uşağın fikri yarımçıq tapşırıqlarda qalacaq.