Erkən yetkinliyin qarşısını almaq olarmı?

Erkən yetkinliyin qarşısını almaq olarmı?

“Erkən yetkinlik“ müasir dövrün ən böyük problemləri arasında mühüm yer tutur. Bir çox ailənin mübarizə etdiyi erkən yetkinlik probleminə xüsusilə, qız uşaqlarında daha tez rastlandığına diqqət çəkən həkimlər qarşılaşılan problemlərlərlə valideyinləri tanış etməyə çalışırlar.

Yetkinlik- uşaqlıqdan yetkinliyə addım atılan dövrdür. Uşağın fizioloji, psixoloji və ictimai baxımdan bir sıra dəyişikliklərə uğradığı müvəqqəti bir prosesdir- erkən yetkinlik.

Yetkinlik yaşı normalda qız uşaqlarında 8-13, oğlan uşaqlarında isə 9-14 yaş arasıdır. Əgər yetkinliyə aid əlamətlər qızlarda 8, oğlanlarda isə 9 yaşından əvvəl görülürsə uşaq erkən yetkinliyə çatmış deməkdir. Normalda yetkinliyin qızlardaki ilk əlaməti döş toxumasının böyüməsidir. Nəhayət ilk aybaşının başlamasıyla da tamamlanmaya doğru gedər.

Erkən yetkinliyə qızlarda daha çox rast gəlmək olur.
1.Erkən yetkinlik qızlarda oğlanlardan daha çoxdur və çox vaxt yaranma səbəbi ortaya çıxardıla bilməz.
2. Ancaq bəzən altda yatan çox əhəmiyyətli bir tibbi problem də ola bilər.
3. Xüsusilə də oğlan uşaqlarında görülərsə daha da diqqətli yanaşmaq lazımdır.
4. Hormon tərkibli qidalar erkən yetkinlik səbəb olur.
5. Dünyada son 10 ildə xüsusilə diqqəti çəkən nisbətdə erkən yetkinlik probleminə rast gəlinir.
6. Aparılan araşdırmalardan məlum olur ki, aldığımız qidaların tərkibində olan hormon və qatqı maddələri uşaqlarda bu vəziyyətə səbəb olur.
7. Böyümə hormonu əlavə olunaraq yetişdirilən meyvələr (çiyələk vs) tərəvəzlər (pomidor, brokoli vs), yenə hormon (xüsusilə estrogen) əlavə olunaraq sürətli böyüdülən toyuqlar və yumurtalar, ətlər və süd uşaqlarda hormon probleminə səbəb ola bilir.
8. Normal şərtlərdə uşaqlıq dövründə bu hormon xəbərdarlıq sistemi beyində, yetkinliyə qədər səssiz bir gözləmə şəraitində olduğu haslda bu xarici təsirlərin nəticəsində aktiv hala gəlir.
9. Eyni zamanda qatqı maddələri qədər olmasa da iqlim dəyişiklikləri və fiziki şərtlər də erkən yetkinliyə səbəb olur.
10. Fast food tərzi və süni sənaye məhsulları ilə qidalanma vərdişləri obezitəyə səbəb olaraq bədənin yağ nisbətini artırmaqla erkən yetkinliyə səbəb ola bilir.

Erkən yetkinlik uşaqlara necə təsir edir?
1. Erkən yetkinlik dövrünə qədəm qoyan uşaqda boy artımı olmur və zəif olur.
2. Yoldaşları, ailəsi və müəllimləri ilə ünsiyyət problemi yaşayan uşaq məktəbdə müvəffəqiyyətsiz olur.
3. Agresif, özünə etibarsız, dəyərsizlik duyğusuna sahib bu uşaqlarda maddə asılılığı, intihar meyli görülə bilir.



Müalicəsi necə edilir?
1. Yaxşı bir müayinə sonrasında farmakoloji maddələrdən istifadə etməklə aktif olmuş sistemin fəaliyyəti dayandırılır və erkən yetkinliyin qarşısı alınır.
2. Gerçək yetkinlik yaşı gözlənilib zamanı gəlincə bu dərmanlar kəsilərək yetkinliyin inkişafına icazə verilir.
3. Uşağın psixoloji problemləri üçün də mütləq kömək alınmalıdır.
4. Erkən yetkinlik problemininn həlli zamanı mütləq endikrinoloqa, psixatra, ginekoloqa, psixoloqa müraciət etmək lazımdır.
5. Müasir həyatın gətirdiyi bu mənfi təsirləri qarşısını almaq hələlik ancaq fərdi səy ilə mümkündür.
6. Bəslənmə vərdişinə diqqət edilməlidir.
7. Buna görə də ailələrin üzərinə böyük vəzifə düşür.

Kişilərdə erkən yetkinlik hansı xəstəliklərin əlaməti ola bilər?
1. Beyin şişləri.
2. Beyin abses və infeksiyaları.
3. Böyrəküstü vəzlərinin şişləri.
4. Yumurtalıq-testis şişləri və xəstəlikləri aparılan müayinələrdə bu problemlərin olmadığı təyin olunduqdan sonra erkən yetkinliyə səbəb olan xarici faktorları düşünmək lazımdır.
5. Qız uşaqlarında problem olsun ya da olmasın yetkinliklə əlaqədar ilk müayinələri 13 ilə 15 yaş arasında mütləq edilməlidir.
6. Ailələr də bu mövzuda daha diqqətli olmalıdır.
Top