Uşaq tərbiyəsində 10 qayda

Uşaq tərbiyəsində 10 qayda

✔ Əgər uşaq istəmirsə ona əsla toxunmayın.

✔ Uşağın xəstəliyi barədə heç kimin yanında danışmayın.

✔ Uşağın müsbət cəhətlərini inkişaf etdirməyə çalışın.

✔ Hər vaxt sizdən nəsə istəyən uşağı dinləmək üçün hazır olun.

✔ Uşaqların səhv etməyinə və ya səhvlərini düzəltməyinə imkan verin. Lakin materialları yanlış istifadə etməsi nəticəsində özünə və ya ətrafına zərər verdikdə dərhal müdaxilə edin.

✔ Hər hansı bir məşğuliyyət axtarışında olanlara kömək olun və yol göstərin.

✔ Uşaq üçün ətrafını həmişə hazır vəziyyətdə saxlayın. Uşağın ətraf mühitlə müsbət münasibətdə olmasına çalışın. Onun üçün olan materialları (oyuncaqlar, öyrənmə vasitələri və s.) hara qoyacağını və necə istifadə edəcəyini izah edin.

✔ Uşaqlar hansısa fəaliyyətlə məşğul olduqları zaman ara vermələrinə və ya digər uşaqları izləmələrinə hörmət edin. Onları nəyisə etməyə məcbur etməyin.

✔ Çalışmaları uşaqlara izah edərkən yorulmadan cəhd edin. Əvvəllər həmin çalışmanı etməkdən imtina etmiş olsa belə onlara sonsuz sevgi və mehriban sözlərinizlə lazımi qayğını göstərin.

✔ Uşaqlara hər zaman ən xoş duyğularla yanaşın, əlinizdəki və ətrafınızdakı hər şeyin ən gözəlini onlara təqdim edin.

Mariya Montessori
Top