1. Onunla eyni boy səviyyəsinə enib göz kontaktı qurun.
2. Adı ilə müraciət edin.
3. Qısa və anlaşıqlı danışın. Ən əsası — başdan bir cümləylə fikrinizi çatdırın. Nə qədər çox danışsanız, övladınız bir o qədər az dinləyəcək sizi.
4. Fikrinizi sadə formada ifadə edin. Qısa sözlər və cümlələr istifadə edin. Çalışıb onun kimi danışın.
5. Uşaqdan sizin ondan etdiyiniz tələbi və ya tapşırığı təkrar etməsini xahiş edin.
6. İmtina edə bilməyəcəyi təkliflər və ya alternativlər irəli sürün. Məsələn: Geyin ki, parka oynamağa gedək.
7. Pozitiv olun. «Qaçmaq olmaz» qışqırmaq yerinə, izahedici tərzdə «Biz evdə gəzirik, qaçmaq isə parkda olar» deyin.
8. Tapşırıqlara «Mən istəyirəm ki...» deyərək başlayın. Uşaqlar valideynləriylə birlikdə nələrsə etməyi sevirlər, amma əmrləri sevmirlər. Onlara nəsə etdirmək istədikdə birlikdə etməyi yoxlayın.
9. "Əgər filan şeyi etsən..., onda" yerinə, «Filan şeyi et ki...» deyin. Beləcə ona tələbinizi etməməsi üçün bir seçim verməmiş olacaqsınız. Məsələn: Dişlərini yu və biz kitab oxuyaq.
10. Ondan nə istədiyinizi şəxsən və üz-üzə bildirin. O cizgi film izlədiyi vaxt mətbəxdən «Gəl yeməyini ye» qışqırmaq əvəzinə, onun yanına gəlib bir neçə dəqiqə oturun və reklam vaxtı onu yemək üçün aparın.
11. Lazımlı tələblərinizi seçimlər formasında təklif edin: "Əvvəlcə pijamanı geymək istəyirsən, yoxsa dişlərini yumaq?", «Qırmızı yoxsa göy papağını qoymaq istəyirsən?»
12. Ona yaşına uyğun suallar verin. 3 yaşındakı hər uşaq (elə böyüklər də) «Bunu niyə etdin?» sualına cavab verə bilmir. O sual yerinə «Gəl etdiyin hərəkət haqqında danışaq» deyə bilərsiniz.
13. «Zəhmət olmasa» və "Çox sağ ol" sözlərini övladınıza öyrədin. Onunla dialoq vaxtı özünüz də mütləq o sözlərdən istifadə edin.
14. Psixoloji cəhətdən sözlərinizi düzgün seçin. Məsələn, «Sən etməlisən» yerinə, «Mən istəyirəm ki, sən… edəsən» deyin. Əgər sual mənfi cavab alınacaq formadadırsa onu mütləq düzəldin. Məsələn, «Paltonu götürə bilərsən?» əvəzinə «Paltonu götür zəhmət olmasa» işlədin.
15. Kağızlarda gülməli qeydlər, işarələr qoyun. Bu da uşaqla ünsiyyət vasitəsidir. Onların həvəsinə uşaq istəklərinizi edəcək.
16. Uşaq nə qədər bərk qışqırsa siz bir o qədər sakit danışın. Tez-tez «Mən səni başa düşürəm» və ya «Sənə necə kömək edə bilərəm?» deyin.
17. Əvvəl sakitləşdirin, sonra danışın.
18. Vaxtaşırı əvvəl dediklərinizi təkrar edin. Bəzən uşaqlara çətindir yadda saxlamaq. Amma uşaq böyüdükcə buna ehtiyac da azalır.
19. Uşağa fikrini bitirməyə imkan verin.
20. Əzbərləyəcəyi işlər verin.
21. Nəyəsə imtina etdikdə eyni zamanda alternativ də təklif edin: «Sən hələ tək parka gedə bilməzsən, amma dostlarını çağırıb həyətdə oynaya bilərsən».
22. Məsləhətlər verin: «Bir azdan gedəcəyik. Oyuncaqlarına „hələlik“ de.
23. Özünəqapalı və azdanışan uşaqlarla ünsiyyət zamanı cavabında Bəli/Xeyr deyəcəyi suallar verməyin. Yaxşı olar ki, dar çərçivəli və spesifik suallar verəsiniz. Məsələn, „Məktəbdə vaxtını yaxşı keçirtdinmi?“ əvəzinə „Bugün məktəbdə ən çox nə xoşuna gəldi?“ verə bilərsiniz.
24. Hisslərinizi uyğun formada uşaqlarınıza deyin. Uşaqlar heç vaxt valideynlərinin pis olmalarını istəmirlər. Məsələn, „Sən mağazada qaçanda mən çox qorxuram. Elə bilirəm səni itirəcəm“.
25. Uşağı fikrindən döndərə bilmədikdə dərhal „biznes ton“a keçməyin. „Vəssalam, get otağına“ deyib qışqırmaq yerinə sakit, amma qəti şəkildə „Bu mövzuda fikrim dəyişməyəcək. Bağışla.“ deyib ona qərarınızı qəbul etdirin.