Dünyaca məşhur iqtisadçı Ozan Özkural ilə Larry Kingin müsahibəsi - Yeni iqtisadi baxış

Dünyaca məşhur iqtisadçı Ozan Özkural ilə Larry Kingin müsahibəsi - Yeni iqtisadi baxış

Türkiyənin gənc fond idarəçilərindən olan və Larry Kingin proqramına qatılan 3-cü türk olan Tanto Capital Partner’in qurucu ortağı və CEO’su Ozan Özkural Türkiyədə islahatların reallaşacağını və bölgənin iş mərkəzi olacağını söylədi. Özkurala görə böhran ilə sarsılan Rusiyada uzun müddətli  investisiya imkanlar var.

Uzun illər Merrill Lynch’in investisiya bankçılığı şirkətində xidmət edən və 2012-ci ildə qısa bir müddət Rusiyanın ikinci böyük bankı VTB'nin Türkiyə ofisini idarə Ozan Özkural Səudiyyəli ortağı ilə qurduğu 300 milyon dollarlıq fondu — Tanto Capital Partners'i fevral ayında dünya bazarına çıxarmağa hazırlaşır. Maliyyə dünyasının diqqət çəkən istedadları arasında özünə yer tutan və əfsanəvi televiziyaçı Larry King proqramına Rəcəb Tayyib Ərdoğan və Mehmet Özdən sonra qatılan üçüncü türk olan Ozan Özkural Səudiyyəli ortağı ilə qurduğu Tanto Capital Partners fondunun Türkiyə ofisini də yaxın günlərdə xidmətə açmağı planlaşdırır. Dünya iqtisadiyyatının hazırki və gələcək vəziyyətini qiymətləndirən Ozan Özkurala görə Türkiyə yaxın gələcəkdə əhəmiyyətini daha da artacaq.

«Türkiyə bölgədə iş mərkəzi olacaq»

Dünyanın yeni böyümə mərkəzləri olan Afrika, Yaxın Şərq və Rusiya kimi bölgələrə yaxınlığı ilə Türkiyənin əhəmiyyətli bir üstünlüyü olduğunu bildirən Özkural qlobal bir fond olacaq Tanto Capital üçün Türkiyədə ofis açmağın əsas səbəblərin birinin məhz bu olduğunu bildirdi. Afrika, Yaxıb Şərq və Rusiya kimi bölgələr ilə əməkdaşlığın əsas mərkəzi Türkiyə olacaq. Türkiyədə inkişaf edən ölkə olaraq müxtəlif siyasi və ekonomik dalğalanmaların yaşanması təbiidir. Həmçinin inkişaf etmiş ölkə olma hədəfi ilə əlaqədarTürkiyədə yeni islahatların həyata keçirələcəyini düşünürəm. Türkiyənin bir sıra əsas üstünlükləri var. Əmək qüvvəsi və rəhbərlik keyfiyyəti bölgəsindəki digər ölkələrə görə çox yüksək. Digər inkişaf etməkdə olan ölkələrə görə Türkiyə çox daha şəffaf bir ölkədir. Qlobal mərkəzli bir fondun qurucusu olaraq Türkiyədə ofis açma qərarımızın  ana səbəbi də budur.

«Rusiyada böyük potensial var»

Fondlarını qlobal miqyasda iş fürsətlərini görərək idarə edəcəklərini bildirən Özkural, ümumi fikrin əksinə olaraq Rusiyada uzun müddətdə böyük fürsətlər olduğuna diqqət çəkdi. Rusiyada bazarı tanıyanların yaxşı analiz etməsinin, tanımayanların isə uzaq durmasının lazım olduğunu bildirən Özkural «Rusiyada gələcək üçün böyük fürsətlər var. Rusiyada sanksiyalar və neft qiymətinin düşməsi ciddi bir təsir yaratdı. Rublun dəyər itirməsi şirkətlərin üzərindəki təzyiqi bir az azaltdı. Rusiyanı gözləyən ən böyük çətinlik şirkətlərin borclarını qısa müddətdə ödəyə bilməməsi olacaq. Rusiya çətin bir coğrafiyasdır. Buradakı geosiyasi hadisələr qısa müddətdə çox əhəmiyyətli olacaq. Amma uzun müddətdə Rusiyada çox böyük fürsətlər var. Rus bazarını əlaqələrlə görə bilirsənsə, hansı işdə fürsət olduğunu da müəyyən edə bilərsən. Əgər Rus bazarını analiz edə bilmirsinizsə oraya heç toxunmayın. Ancaq uzun müddətdə bir çox fürsətlər çıxacaq. Rusiyanın daxili bazarında kiçik oyunçular uduza bilir. Çox güman ki, istehlaka əsaslanan şirkətlər iflas edəcək. Rubl düşdü üçün insanlar özünü kasıb hiss edəcək. Daxili bazara istiqamətlənmiş Rus şirkətlərini çətin dövr gözləyir. Kiçik və orta miqyaslı Rus şirkətlər üçün təhlükə böyükdür. Ancaq böyük Rus şirkətləri batmayacaq. Orta və uzun müddətdə Rusiya investisiya qoymaq münasibdir, qısa müddət üçün isə təhlükəlidir „deyə danışdı.

 “Neftin qiyməti üçün 50-60 dollar münasib bir aralıqdır»

Neft qiymətinin düşməsini də dəyərləndirən Ozan Özkural Brent neft üçün  50-60 dollar aralığının balanslı bir qiymət olduğunu və bu qiymətin Türkiyəyə çox müsbət təsir edəcəyini ifadə etdi. Özkurala görə neft qiymətlərindəki enişin əsas səbəbləri Çində tələbin azalması, ABŞ qaya qazı və geosiyasi hərəkətlərdir. Özkural qeyd edir ki, ABŞ və İran yaxınlaşmağa davam edəcək, ABŞ-ın bir nömrəli siyasəti İranı açmaqdır. Bu siyasət Obama rəhbərliyindən keçsədə Senatda ilişəcək, amma bundan sonra İranın bazarlara açılması gözlənilə bilər. Buna qarşılıq Səudiyyə Ərəbistanı da qiymətlər istədiyi qədər düşsün baxaq kim dözəcək deyir və istehsalı azaltmır. Sağlam olanı təklif və tələb tarazlığında qiymətlərin müəyyən olunmasıdır. Bu dəyişim Türkiyəyə çox müsbət təsir edəcək. Dünya iqtisadiyyatına da uzun müddətdə təcil qazandıracaq.

 

 Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.

Top