Türkiyənin gənc fond idarəçilərindən olan və Larry Kingin proqramına qatılan 3-cü türk olan Tanto Capital Partner’in qurucu ortağı və CEO’su Ozan Özkural Türkiyədə islahatların reallaşacağını və bölgənin iş mərkəzi olacağını söylədi. Özkurala görə böhran ilə sarsılan Rusiyada uzun müddətli investisiya imkanlar var.
Uzun illər Merrill Lynch’in investisiya bankçılığı şirkətində xidmət edən və 2012-ci ildə qısa bir müddət Rusiyanın ikinci böyük bankı VTB'nin Türkiyə ofisini idarə Ozan Özkural Səudiyyəli ortağı ilə qurduğu 300 milyon dollarlıq fondu — Tanto Capital Partners'i fevral ayında dünya bazarına çıxarmağa hazırlaşır. Maliyyə dünyasının diqqət çəkən istedadları arasında özünə yer tutan və əfsanəvi televiziyaçı Larry King proqramına Rəcəb Tayyib Ərdoğan və Mehmet Özdən sonra qatılan üçüncü türk olan Ozan Özkural Səudiyyəli ortağı ilə qurduğu Tanto Capital Partners fondunun Türkiyə ofisini də yaxın günlərdə xidmətə açmağı planlaşdırır. Dünya iqtisadiyyatının hazırki və gələcək vəziyyətini qiymətləndirən Ozan Özkurala görə Türkiyə yaxın gələcəkdə əhəmiyyətini daha da artacaq.