Şabalıdın meyvələri niyə tikanlı olur? | Əli Səmədli

Şabalıdın meyvələri niyə tikanlı olur? | Əli Səmədli

Bir gün şabalıd ağacına belə bir sual verdilər:

-Ay Şabalıd ağacı, sən ki belə gözəlsən, belə qollu-budaqlı, xeyirxahsan. Bəs niyə dadlı meyvələrini tikanlı qərzəyin içində gizləyirsən?

Şabalıd ağacı əvvəl bu suala cavab vermək istəmədi. Ancaq ondan əl çəkmədilər. Hey soruşdular. Axırda şabalıd ağacı məcbur olub cavab verdi:

-Meyvələrimi dələlərin əlindən gizlədirəm, -dedi.

— Siz onları tanımırsınız. Bir ağaca dadandılar, daha ondan əl çəkən deyillər. Nəyi var, daşımalıdılar öz yuvalarına. Bizim ulu babalarımız acgöz dələlərin əlindən zara gəlib axırda belə bir çarə tapıblar ki, meyvələrini tikanlı qərzəklərin içində gizlətsinlər. İndi biz şabalıdlar da babalarımızın yolu ilə gedirik.
Top