Kənd təsərrüfatı sahəsində təşkilatlar

Kənd təsərrüfatı sahəsində təşkilatlar

BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı ƏKTT- (Food and Agriculture Organization - FAO)  aclığa qarşı qlobal mübarizə məqsədilə 1945-ci ildə yaradılmışdır. Onun tərkibinə 174 dövlət üzv və bir beynəlxalq təşkilat – Avropa Ittifaqı daxildir.1946-cı ildən ƏKTT BMT-nin ixtisaslaşmış müəssisəsidir.
ƏKTT-nın əsas orqanları aşağıdakılardır:
1.Konfranslar;
2.Şuralar;
3.Katiblik.
ƏKTT-nın yerləşdiyi yer – Roma.
ƏKTT-nın hesablamalarına görə XX əsrin 90-cı illə­rində Yer kürrəsinin 800 mln. insanı aclığa məruz qalmışdır. 2000-ci ildə dünyanın 32 ölkəsinin əhalisinin təcili ərzağa köməyi olmuşdur.
ƏKTT-nın Nizamnaməsinə uyğun olaraq onun vəzifə­ləri aşağıdakılardır:

  • xalqların iaşəsinin yaxşılaşdırılması və həyat səviyyəsi­nin yüksəldilməsi;
  • kənd təsərrüfatının məhsuldarlığını yüksəltmək;
  • kənd təsərrüfatı məhsullarının və ərzağın bölgü sistemi­nin yaxşılaşdırılması;
  • kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi; meşə təsərrüfatının və balıq ovunun inkişaf etdirilməsi.

ƏKTT-ı (FAO) əsasən dörd mənbədən bu təşkilata üzv olan dövlətlərin üzvlük haqları hesabına, BMT-nin Inkişaf Proqramı (PROON) hesabına və Ümumdünya bankı, həm­çinin dövlətlərin maliyyələşdirdiyi Qəyyumluq Fondu hesa­bına maliyyələşdirilir.
Milli kənd təsərrüfatının inkişaf etdirilməsində ƏKTT tərəfindən onlara biotexnologiyanın, ərzaq istehsalının ge­nişləndirilməsi layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi, kənd yerlərində infrastrukturaya daxil olan obyektlərin tikilməsi və ehtiyacı olan ölkələrin yüksək məh­suldar sortlarla təmin olunmasının genişləndirilməsi real kömək hesab edilir.
ƏKTT-nın (FAO-nun) xüsusi qeydiyyatlarına görə XX əsrin axırlarında     dünyada    ərzaq   köməkliyinin   həcmi   12 mlrd,
dol­lardan çox olmuşdur. Yaponiya, Almaniya və ABŞ əsas donor ölkələr hesab edilir.
Rusiya ƏKTT-nın üzvlüyünə daxil deyildir, lakin müşahidəçi kimi onun bütün fəaliyyətində iştirak edir.
Kənd təsərrüfatının Beynəlxalq Inkişaf Fondu (KTBIF)  – 1977-ci ildə yaradılmışdır. Fondun məqsədi maliyyə resurslarının səfərbər edilməsi və onların güzəşti şərtlərlə höku­mətlərarası təşkilatlara – üzvlərə və ya inkişaf etməkdə olan öl­kələrə təqdim etməkdir.
Əsas orqanları:
1.Idarəetmə şurası;
2.Icraedici orqan.
KTBIF-nun  fəaliyyət istiqaməti kənddə kasıb­lığın, aclığın, yarıac-yarıtox halları ixtisar etməkdir. Hazırda 1,2 mlrd. adam çox ağır və kasıb vəziyyətdə yaşayır. Eyni vaxtda 1,2 mlrd.-ın 75 %-i kənd rayonlarında yaşayır. KTBIF-nun  həyat şəraitinin yaxşılaşdırılması və yoxsulluğun ixtisar edilməsini gücləndirmək üçün milli və beynəlxalq proqramlar işləyib hazırlayır. KTBIF-nun  qadınların orta təhsilə cəlb olunmasına kömək edir.
KTBIF -  özünün investisiyalarını, tədqiqatla­rını, güc və biliyini layihələrin idarə edilib həyata keçirilmə­sinə səfərbər etmək üçün mərkəzləşdirməkdən ibarətdir.
KTBIF -  kənd yoxsulluğunun və iaşənin yax­şılaşdırılması proqramı üçün resursları səfərbər edir.
KTBIF -  ildə xidmətə görə 75 %, on il güzəşt dövrü daxil olmaqla inkişaf etməkdə olan ölkələrə əlverişli şəraitdə aşağı gəlirlə istiqrazlar təqdim edir. Özünün yaran­dığı vaxtdan və 2004-cü ilə qədər KTBIF-  verilən yardımın məbləği
75,4 mln. dollar olmaqla 7,7 mlrd. dollar həcmində istiqraz təqdim edərək 115 ölkədə 633 layihəni maliyyələşdirmişdir.
KTBIF- MFSR  üç maliyyələşdirmə mənbəyinə malik­dir: üzvlərdən toplanan üzvlük haqqı, investisiyadan əldə edilən gəlirlər və maliyyə təşkilatlarından daxilolmalar.

Top