Ümumdünya Meteoroloji Təşkilat – ÜMT (World Meteorological Orqanization — WMO) 1948-ci ildə yaradılmışdır. 1951-ci ildən ÜMT BMT-nin ixtisaslaşmış müəssisəsi adlanır. Hazırda ÜMT-ya 185 dövlət üzvdür.
ÜMT –nin baş orqanları:
1.Ümumdünya meteoroloji konqres.
2.Icraedici komitə.
3.Baş katib başda olmaqla katiblik.
Həmçinin texniki komissiyaya da malikdir. Təşkilatda digər coğrafi rayonlara aid olan məsələləri həll edən regional təşkilatlarda mövcuddur.
Yerləşdiyi yer – Cenevrə (Isveçrə).
ÜMT-nın məqsədləri:
- meteoroloji, hidroloji və digər nəzarəti yaratmaq üçün beynəlxalq əməkdaşlığın asanlaşdırılması;
- meteoroloji məlumatların mübadiləsinin sürətləndirilməsinin stimullaşdırılması;
- eynicinsli nəşrlərə, statistik nəticəyə meteoroloji nəzarəti standartlaşdırmalı;
- tədqiqatların mükafatlandırılması və meteorologiyanın öyrənilməsi.
Atmosferdə gedən qlobal tədqiqatların dövr etməsi, təbiət mühitində faktiki proqnozlaşdırmanın yığılması, işlənməsi və onun operativ yayılması ÜMT-nın əsas fəaliyyət istiqamətləridir. Dünya okeanlarında, planetin iqlimində (ozona nəzarət qaz qatışıqlarının artması) və onun dəyişməsi hökumətə və dövlətlərə havanın dəyişməsi haqqında xəbərdarlıqdır. ÜMT-nın su resurslarının qiymətləndirilməsində beynəlxalq əməkdaşlığı stimullaşdırır, hidroloji proqnozlar daxil olmaqla, hidroloji məntəqə və xidmətlərin işlənib hazırlanması, hidroloji məlumatlar haqqında xəbərdarlıq və ya onların göndərilməsini göstərir. ÜMT-nın əsas fəaliyyəti milli maraqlar üçün səmərəli istifadə olunan elmi-texniki proqramlar çərçivəsində keçir. Məsələn, hava ilə bağlı bir neçə ölkədə kənd təsərrüfatında itki hər il istehsal olunan məhsulun 20 %-nə yaxınlaşa bilər. Lakin, əgər təcili meteoroloji məlumat verilərsə onda bu itkidən qaçmaq olar. Quraqlıq keçən vilayətlərdə, Afrikanın Saxara kimi susuz səhralarında olduğu kimi ÜMT quraqlığın əleyhinə gedir.