BMT-nin Inkişaf Proqramı (United Nations Development Programme - UNDP) 1965-ci ildə BMT-nin geniş texniki yardım və xüsusi fondları bir proqramda birləşdirmək məqsədi ilə yaradılmışdır. BMT-nin Inkişaf Proqramı bu sistemdə olan və soxsahəli iqtisadi və texniki cəhətdən maliyyələşdirən ən iri təşkilatları təmsil edir.
Məqsədi:
BMT-nin Inkişaf Proqramının (UNDP) texniki yardım sahəsində aşağıdakıları özündə birləşdirir:
BMT-nin Inkişaf Proqramı (UNDP) ancaq hökumətlərə və ya onların vasitəçiliyi ilə kömək göstərir. Inkişaf Proqramı (UNDP) BMT sistemində inkişaf etməkdə olan və keçid iqtisadiyyatı dövründə olan ölkələrə texniki vasitələrlə köməklik göstərmək üzrə əsas təşkilat sayılır.
Inkişaf proqramının (UNDP-in) resursları hər il beşillik dövr üzrə könüllü üzvlük haqları əsasında formalaşır (1992-1996-cı illər) və hər il təqribən 1 mlrd. ABŞ dolları təşkil edir. Sənayecə inkişaf etmiş ölkələr proqramın əsas ödəyiciləri hesab edilir. Məsələn, ABŞ – 199,5 mln. dollar, Yaponiya – 98,1 mln. dollar, Niderland – 5,1 mln. dollar, Çin – 2,8 mln. dollar, Səudiyyə Ərəbistanı – 2,0 mln. dollar və Tailand – 1,9 mln. dollar hesab edilir.Inkişaf Proqramı (UNDP) xətti üzrə bir qayda olaraq aşağıdakı mənbələrdən maliyyələşdirilir:
1997-ci ildən başlayaraq Proqramın mərkəzi büdcəsindən (birinci ili Proqram silsiləsindən): bütün resursların yarıdan çoxunu ölkələrin proqram resursları təşkil edir ki, bu da daxili məhsul istehsalında hər adambaşına düşən gəlir göstəricisi nəzərə alınmaqla qəbul edilmiş dərəcə üzrə və ya hər hansı bir ölkədə siyasi-iqtisadi vəziyyətdən asılı olaraq ölkələr arasında bölüşdürülür, Ölkələrarası (regional, regionlararası və qlobal) proqrama, Inkişaf proqramına (UNDP) BMT-nin müəssisələri tərəfindən onu maliyyələşdirən, inkişaf etməkdə ölkələrarasında texniki əməkdaşlığın inkişaf xətti üzrə fəaliyyət proqramından;
Qlobal Ekoloji Fond (QEF); Çoxtərəfli monreal protokolu fondu, «XXI əsr üçün gündəlik məsələ» Proqramı çərçivəsində razılaşmaları həyata keçirmək üçün «Potensial XXI», BMT-nin Qadınlar üçün Inkişaf Fondu, BMT-nin Kapital Inkişaf Fondu, SPID-ə/VIÇ qarşı mübarizə fondları hesabına ödənilir.
tərəfin maliyyə vəsaitlərinin səfərbər edilməsi üzrə son illərdə strategiyanın işlənib hazırlanmasından ibarətdir. Belə strategiyanın işlənib hazırlanmasının vacibliyi bir tərəfdən əsas resurslarda, xüsusilə donar ölkələrində kəskin qıtlığın olması, digər tərəfdən isə bu resurslardan ölkələrin bu vəsaitlərin səmərəliliyini yüksəltmək və məsuliyyətini artırmaq idi. Mövcud vəziyyətdən çıxmaq üçün UNDP-nun Latın Amerikası və Karib hövzəsi regionunda bir sıra tədbirlər Proqram fəaliyyəti üzrə resursların ayrıldığı ölkələrdə əlavə vəsaitlərin cəlb edilməsi və maksimum səmərəli istifadə edilməsi işlənib hazırlanmışdır.
Inkişaf məqsədilə əlavə resurs mənbələri içərisində əsasları bunlardır:
Qeyd edilənlərlə yanaşı ölkələrin spesifikliyindən və pul vəsaitindən asılı olaraq Inkişaf Proqramı (ROON) ilə əməkdaşlığı inkişaf etdirmək üçün başqa mənbələrdən istifadə etməyi inkar etmir. Inkişaf Proqramının əsas strateji elementi əlavə resursların səfərbər edilməsi üçün layihələrin və həmin layihələrin milli baxımdan həyata keçirilməsi üçün əsas dayaq hesab edilən xərclərin birlikdə bölüşdürülməsi konsepsiyasına istinad etmək lazımdır. Hər iki hal inkişaf sahəsində məsələləri həll etmək üçün həm milli insan potensialından və həm də iqtisadi potensialdan tam istifadə etməyə imkan verir.
Proqramın rəhbər orqanı Icraedici Şuradır ki, bu da 36 dövlətin nümayəndələrindən təşkil edilir, iqtisadi və siyasi şuranın təşkilatı sessiyasının gedişində 3 il müddətinə seçilir. Icraedici Şuranın qərarları konsensus əsasında qəbul edilir.
Bir il müddətində üç müntəzəm sessiya keçirilir və bu sessiyalar inzibatçının hesabatına baxır və təsdiq edir, həmçinin büdcə və onun fəaliyyət proqramı istiqamətinə baxır. Inzibatçı inkişaf proqramının yüksək vəzifəli şəxsi hesab edilir və BMT-nin Baş Katibi tərəfindən Icraedici Şuranın (IŞ) üzvləri ilə müəyyən məsləhətləşmələr apardıqdan sonra təyin edir. Inzibatçı 4 il müddətinə təyin edilir və onu Baş Assambleya təsdiq edir. Icraedici Şura Iqtisadi və Sosial Inkişaf Şurasında (ECOSOC) və onun vəsaiti ilə Baş Assambleyaya məruzə təqdim edir.
Şura proqram və layihəyə baxır, təsdiq edir, vəsaiti bölüşdürür, Inkişaf proqramı (UNDP) ümumi rəhbərlik və direktiv prinsiplər və müntəzəm texniki əməkdaşlıq proqramı işləyib hazırlayır. Hazırda proqramın fəaliyyəti 150-dən çox ölkəni əhatə etməklə 6500-dən çox layihə həyata keçirilir.
2000-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının minillik Sammitində dünyanın müxtəlif ölkələrinin rəhbərləri 2015-ci ildə yoxsulluq şəraitində yaşayan adamların sayının 2 dəfə azalmasını vəd etmişlər.
BMT-nin iqtisadi təşkilatlarının əsas vəzifələri BMT-nin min illiyi Bəyannaməsində təqdim olunur.
-nisbətən az inkişaf etmiş ölkələrin tələblərinin xüsusi olaraq ödənilməsi, o cümlədən bu ölkələrin ixrac mallarında
tarif və kvotalardan azad edilməsi, kasıb ölkələrin uzunmüddətli borclarının ödənilməsini asanlaşdırmaq və borcların ikitərəfli şəxsən silinməsini, yoxsulluğu azaltmaq üçün kurs götürmüş ölkələrə böyük köməklik göstərmək;
Inkişaf proqramı (UNDP) bu məsələlərin yerinə yetirilməsində mühüm rol oynayır, inkişaf etməkdə olan ölkələrə yenidən təşkil olunmaq naminə milli, regional və qlobal koalisiya yaratmaqla məsləhət xidmətləri göstərir. Inkişaf proqramı (UNDP) iqtisadi və sosial inkişaf sahəsində proqramı yerinə yetirmək məqsədilə hökumətlərlə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələri ilə, ictimai vətəndaş cəmiyyətləri ilə, xüsusi sektor müəssisələri ilə əməkdaşlıq əlaqələri saxlayır. Inkişaf proqramı (UNDP) AİDS/SPID-lə mübarizə aparmaq, yoxsulluğa qarşı məsələlər üzrə geniş məsləhət xidməti etmək, sülh məqsədi ilə tikintiləri və təbii fəlakətin nəticələrini yumşaltmaq, demokratik idarəetmə, ətraf mühit və enerji sahəsində yoxsul əhali qrupunun marağı baxımından strategiyanı həyata keçirmək üçün ixtisaslı ekspert birliklərə malikdir.