BMT-nin təşkilatları tərəfindən həll edilən bir sıra məsələlər çox geniş olmaqla, son vaxtlar ön plana siyasi məsələlər deyil, iqtisadi məsələlər çıxır. Belə problemlərə aşağıdakılar aid edilir:
- müasir dünyanın qlobal iqtisadi problemləri;
- inkişaf məqsədilə köməklik göstərmək;
- nisbətən az inkişaf etmiş və keçid iqtisadiyyatında olan ölkələrə yardım etmək;
- təbiətin müdafiəsi fəaliyyəti və ətraf mühitin mühafizəsi məsələləri;
- fövqəladə hallarda humanitar yardım göstərmək.
Qlobal iqtisadi problemlər makroiqtisadi, əhali artımı, statistika, elm və texnika, dövlətin idarə edilməsi, maliyyə və
Digər sahələri əhatə edir. XX əsrin 90-cı illərində BMT-nin qlobal inkişafının müxtəlif aspektləri üzrə apardığı araşdırmalar dünya ictimaiyyəti qarşısında ilk növbədə iqtisadi məsələlərdə möhkəm inkişaf əldə etmək, təbiətin qorunması və sosial istiqamətli prioritet vəzifələr qoymuşdur.
BMT-nin inkişaf məqsədi ilə köməyi (BMT operativ fəaliyyəti) fondların yaradılması, ölkələr və regionlar səviyyəsində layihə proqramlarının hazırlanması üçün bütün resursların səfərbər edilməsinə istiqamətlənir. Son vaxtlar möhkəm müəyyən edilmiş sosial inkişafın tələbləri nəzərə alınmaqla bu fəaliyyət dəyişmişdir. BMT-nin fond və proqram xətti ilə (EKOCOC) hər il əvəzsiz köməyin həcmi 4-5 mlrd. dollar təşkil edir. Bu vəsait əsasən ən kasıb ölkələrə istiqamətləndirilmişdir. Baltikyanı ölkələr, MDB dövlətləri, Mərkəzi Avropa, Rusiya bu fond və proqramın genişlənməsinə kömək edirlər.
BMT-nin iqtisadi işində əsas diqqət ən yoxsul ölkə və region qruplarına – Afrikaya, yoxsul ölkələr və dövlətlərə nisbətən inkişaf etmiş ölkələrə (qrupda 48 ölkədə hər adambaşına düşən gəlir çox aşağıdır, Afrikada bu daha üstünlük təşkil edir), kiçik ada dövlətlərinə edilir. Son illər BMT dünya təsərrüfatında inteqrasiya və bazar iqtisadiyyatı institutlarını tətbiq etmək məqsədi ilə keçid iqtisadiyyatı ölkələri ilə də iş aparır.
BMT-nin işində aparılan başlıca işlərdən biri təbiətin qorunması üzrə fəaliyyətidir. BMT-nin davamlı inkişaf üzrə Komissiyası (bu istiqamətdə ictimai gücü əlaqələndirmək üçün siyasi bir orqan kimi) və BMT-nin ətraf mühit haqqında Proqramı (YUNEP – təbiətin mühafizəsini yaratmaq üçün aparıcı bir təşkilat kimi) ətraf mühitin qorunmasına kompleks yanaşmanı təmin edir, ekoloji normativlərin və standartların işlənib hazırlanmasını, ayrı-ayrı bölmələrdə müvafiq qaydaların (qlobal iqlimin mühafizə olunması, tullantılarla təhlükəsizlik davranışı, bioloji müxtəlifliyin qorunması, meşələrdən istifadənin səmərəliliyi, atmosferin, dənizlərin, okeanların çirklənməsinə qarşı mübarizənin) yaranmasını təmin edir. Qlobal təbiəti mühafizə fəaliyyəti, resurs təminatı, qlobal ekoloji yondu, YUNEF fondu, müxtəlif bəyannamələr çərçivəsində birbaşa fondlar və daxil olan donar fondları hesabına həyata keçirilir. Ətraf mühitin mühafizəsi və inkişafı üzrə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının qərarlarında (23-27 iyun 1997-ci il) o cümlədən BMT-nin gələcək prioritet fəaliyyət istiqamətlərinə, həmçinin enerjidən istifadə olunma möhkəmliyi, nəqliyyat, şirin sularla təmin olunma, meşədən istifadə olunmanın səmərəliliyi, ölkələr tərəfindən resursların və istehsalın qorunub saxlanması üzrə istehlak modelinin tətbiq edilməsi kimi məsələlər də daxil edilmişdir.
Son illərdə fövqəladə hallarda humanitar yardım göstərmək məsələləri BMT-nin işində ön plana çəkilmişdir. Təbii fəlakətlərin ənənəvi nəzərə alınması ilə yanaşı təşkilat siyasi, etnik və digər əsasda baş verən kompleks humanitar böhranların yerini doldurmaq üçün daha çox cəlb olunur. Fövqəladə hallarda əziyyət çəkən əhalinin sayı artır və o hər il 3-4 mlrd. dollar həcmində dəyişir.
BMT-nin iqtisadi istiqamətdə fəaliyyəti qlobal iqtisadi inkişaf, onun mövcud və perspektiv, o cümlədən informasiyanın inkişafı, ölkələrin və regionların vəziyyəti, ekspert – məsləhət xidmətinin göstərilməsi, norma və standartların işlənib-hazırlanmasına yardım, konkret proqram və layihələrin həyata keçirilməsi fövqəladə və böhran vəziyyətində köməklik göstərməsi və digər istiqamətləri əhatə edir.