Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası – (Council of Safety of the UN) BMT-nin fəaliyyətdə olan siyasi orqanı, BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması kimi vəzifələr ona həvalə edilmişdir. Şura beynəlxalq münasibətləri tənzim etmək, dövlətlər arasında hərbi toqquşmaya yol verməmək, hər bir təcavüzü aradan qaldırmaq və beynəlxalq sülhü təmin etmək üçün böyük səlahiyyətlərə malikdir.
Böyük beşliyə daxil olan ölkələr ilk dəfə sülhün qorunub saxlanması kimi məsuliyyətli bir işi öz üzərlərinə götürərək Təhlükəsizlik Şurasının daimi nümayəndəsi olan və müəyyən üstünlük təşkil edən dövlətlərdən tələb edirdilər ki, onlar üçün lazım olan məsələyə veto qoysunlar. Baxmayaraq ki, Nizamnamə vetonu «Şuranın daimi üzvlərinin həmrəyliyi prinsipi» hesab edir, lakin təcrübədə bu qərara münasibətdə qeyri-həmrəyliyi göstərir. BMT-yə yeni üzv qəbul edilən zaman, BMT hərəkətlərinə zidd olan, sülhə təhlükə yaradan münaqişələrin sülh yolu ilə həll edilməsində, Nizamnaməyə ediləcək əlavələrin müzakirəsində, Baş Katibin seçilməsində veto qoymaq hüququ verilir. Bundan başqa, Böyük Beşlik müzakirə olunan məsələnin səsə qoyulmasının prinsipial xarakter daşıyacağını tələb edir və veto qoymaq hüququnun təsiri altına düşür. Bununla belə veto hüququnun qeyri-məhdudiyyətli tətbiq edilməsi bu orqanın səmərəli fəaliyyət göstərməsini şübhə altına alır. Hazırda Təhlükəsizlik Şurasının üzvləri və bütün dövlətlərin nümayəndələrinin daxil olduğu iki daimi Komitə mövcuddur: Açıq tərkibdə komitələrə Şuranın bütün üzvləri daxil olur. Bu komitələr lazımi hallarda təsdiq edilir və özünün qapalı iclaslarını keçirirlər. Tədbirlər üzrə Komitələr:
BMT-nin Nizamnaməsi əsasında ancaq Təhlükəsizlik Şurası BMT-nin hərbi gücü ilə hər hansı bir əməliyyatı aparmaq səlahiyyətinə malikdir və bu BMT-nin hərbi gücünün yaradılmasına və istifadə olunmasına, başqa sözlə, hərbi qüvvənin yaradılması və istifadəsi funksiyalarının və tapşırıqların sayının, komanda vermək strukturunun, əməliyyat rayonuna qəbul edilmə müddətinin müəyyən edilməsi, həmçinin əməliyyata rəhbərlik etmək və maliyyələşdirmə qaydalarını müəyyən etmək kimi məsələlər həvalə edilmişdir. Şura hərəkəti beynəlxalq sülhə təhlükə yaradan dövlətə təzyiq göstərmək üçün BMT-yə və onun üzvlərinə hərbi güclə əlaqədar olmayan tədbirlər – həmin dövlətdə tam və ya müəyyən hissə iqtisadi münasibətləri dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və s. sahədə fasilə vermək, həmin dövlətə diplomatik əlaqələri kəsmək kimi tələblər irəli sürə bilər.
Əgər bu vasitələr Şura tərəfindən kifayət etmədiyi müəyyən edilərsə onda Şura hava, dəniz və quru qoşunlardan istifadə etməklə hərəkət etmək səlahiyyətinə malikdir. Bu hərəkətlər eyni zamanda nümayişə, həmin dövlətin mühasirəyə alınmasına, hətta BMT-nin və onun üzvlərinin hərbi güc əməliyyatlarına çevrilə bilər.
Şura BMT-nin Nizamnamə prinsipinə sistematik olaraq əməl etməyən BMT üzvlərinə qarşı qaydaları hüquq normalarını pozaraq üstünlük əldə etməyə çalışan, onu pozan üzvlərinin üzvlükdən azad edilməsi və ya yeni üzvlərin qəbul edilməsi üçün təkliflər verir. Əgər üzvlərdən bu prinsiplərə qarşı olarsa bu zaman Şura həmin üzvə qarşı səmimi xarakterli xəbərdarlıq edir.
Şura BMT-nin Baş Assambleyasına BMT-nin Baş Katibinin təyin edilməsi haqqında təkliflər verir, onunla birlikdə BMT-nin Beynəlxalq məhkəməsinin üzvlərini seçir. Bu məhkəmənin qərarlarının Nizamnaməyə uyğun olaraq bu və ya digər dövlətlər tərəfindən yerinə yetirilməsi tədbirlərini hazırlayır.
Nizamnaməyə uyğun olaraq yerinə yetirilməsi nəzərdə tutulan və bütün dövlətlərin, o cümlədən BMT-nin üzvləri tərəfindən yerinə yetirilməsində xəbərdarlıq xarakteri daşıyan hüquqi qərarlar qəbul edə bilər.
Yarandığı dövrdən BMT-də təcrübi olaraq sülhü və təhlükəsizliyini təhlükədə qoyan, münaqişə doğuracaq, dövlətlər arasında fikir ayrılığı yaradan və Şura tərəfindən diqqət yetirilməyən əsaslı beynəlxalq hadisə baş verməmişdir. Əgər baş vermişdirsə də o Təhlükəsizlik Şurası iclaslarında əsas müzakirə predmeti olmuşdur.
Təhlükəsizlik Şurasının beş daimi üzvü vardır.
Böyük Britaniya, Çin, Rusiya (SSRI-nin vərəsəsi), ABŞ, Fransa və Baş Assambleyada təkrar seçilməyə buraxılmayan və iki il müddətinə seçilmiş on üzvü daxildir. Daimi olmayan üzvlər aşağıdakı regionlardan seçilir: beşi Afrika və Asiyadan, biri Şərqi Avropadan, ikisi Latın Amerikasından, ikisi Qərbi Avropadan həmçinin Avstraliya, Kanada da daxil olmaqla digər regionlardan seçilir. Təhlükəsizlik Şurası elə təşkil edilmişdir ki, o fasiləsiz olaraq fəaliyyət göstərsin və onun üzvlərinin hər bir nümayəndəsi daimi BMT-nin mənzil-qərargahında olsun. Sədrlik bir ay müddətində onun hər bir üzvünə təqdim olunur və sədrlərin adı ingilis əlifba sırası ilə yazılır.
Qərar qəbul etmək üçün bütün daimi üzvlərin oxşar səsləri nəzərə alınmaqla doqquz səsdən az olmayaraq tələb olunur. Bu onu göstərir ki, daimi üzvlərdən biri və bir neçəsi hər hansı bir qərarın əleyhinə səs versinlər. Bu zaman həmin qərar kənarlaşdırılmış hesab edilir. Daimi üzvün bitərəf qalmasına veto kimi baxılır.
Lakin bu qayda çox az hallarda tətbiq edilir, belə ki, Şura Konsepsus təmin etmək və Qətnaməni yumşaltmaq üçün veto hüququ tətbiq etməklə hədələyir. SSRI hər şeydən əvvəl başlanğıc illərində bir qayda olaraq BMT-yə nəzərdə tutulan qərbyönümlü dövlətlərin qəbuluna mane olmaq üçün vetodan istifadə etdi. ABŞ ilk dəfə 1970-ci ildə Israilin insan hüquqlarına qarşı siyasətinin tənqid edilməsi və Ərəb torpaqlarının işğal edilməsi ilə əlaqədar bəyannamənin müvafiq bəndinin müzakirəsinə veto hüququndan istifadə etmişdir.
Müəyyən olunmuş normalara uyğun olaraq BMT-nin sülh məramlı qüvvələrinin müdaxiləsi, onların göndəriləcəyi dövlətin əlavə razılığı tələb olunurdu. Bu əməliyyat BMT-nin üzvü olan dövlətlərin ərazisi və milli ənənələrə hörmət etmək əsasında planlaşdırılırdı. Bir sıra hallarda bu məhdudlaşma BMT-nin daha səmərəli hərəkət etməsinə mane olurdu, digər tərəfdən isə BMT-nin üzvü olan dövlətlərin marağının dəyişməməsinə zəmanət verirdi. 1991-ci ildə Fransa «humanitar qarışma» konsepsiyasına baxmaq təklifini irəli sürdü ki, bu təklifin qəbul edildiyi halda hərbi müdaxilə dövlətin istəyi ilə yanaşı həyata keçirilə bilər. Bu təşəbbüs istənilən səviyyədə qəbul edilmədi və bir çox hökumətlər bunun BMT-nin daxilində narazılığa səbəb olacağını bildirdilər.
Sülh məramlı qüvvələrə nəzarətlə yanaşı Təhlükəsizlik Şurası Baş Assambleyaya yeni Baş Katibin təyin edilməsi haqqında təkliflər verir. Şura həmçinin BMT-yə qəbul haqqında bütün təkliflərə baxmayaraq Təhlükəsizlik Şurasının çoxsaylı olmayan tərkibi onun iclaslarının və çıxışlarının operativ keçirilməsi üçün əsas faktordur.
Bununla belə onun daimi beş üzvünün bir səslə qərarın qəbul edilməsində, onun təşkili qaydaları haqqında ciddi problemlər baş verir.
Şuraya nə vaxt sülhün təhlükədə olması haqqında şikayətlər daxil olarsa, Şura ilk növbədə tərəfləri sülh vasitəsilə həll etməyi təklif edir. Bəzi hallarda Şura özü tədqiqat apararaq vasitəçilik xidməti göstərir. Şura xüsusi nümayəndə təyin edə bilər və ya Baş Katibə bu təyinatı etmək üçün müraciət edə bilər. Şuranın səlahiyyətinə hər hansı bir münaqişənin sülh yolu ilə tənzimlənməsi prinsiplərinin bərqərar edilməsi daxildir.
Əgər bu və ya digər səbəbdən mübahisə hərbi vəziyyətə gətirib çıxarırsa bu zaman Şura hər vasitə ilə buna son qoymağa cəhd göstərir. Bir çox hallarda Şura müharibənin dayandırılması haqqında göstəriş verir ki, bu da hadisənin genişlənməsini aradan qaldırılmasında mühüm rol oynayır.
Bundan başqa, Şura Birləşmiş Millətlər Təşkilatının sülh məramlı qüvvələrinin məqsədi münaqişə rayonunda gərginliyi zəiflətmək, düşmən tərəflər arasında ordunu ayırmaq, sakit şərait yaratmaq və məsələni sülh yolu ilə tənzimləmək üçün yollar axtarmaqdan ibarətdir.
Şura xəbərdarlıq tədbirləri, məsələn, iqtisadi qadağaların tətbiq edilməsi (ticarət qadağalarının qoyulması) və ya kollektiv hərbi əməliyyat haqqında qərar qəbul edə bilər. Əgər ona münasibətdə Təhlükəsizlik Şurası xəbərdarlıq və hadisənin qarşısını alan tədbirlər qəbul edilibsə bu zaman Təhlükəsizlik Şurasının təklifilə Baş Assambleya BMT-nin üzvü olan hər hansı bir dövlətin hüquq və üstünlüyünü dayandıra bilər.
BMT-nin üzvü olan dövlət Nizamnamədə qeyd edilən prinsipləri pozarsa Şuranın təqdimatı ilə Assambleya tərəfindən Birləşmiş Millətlər Təşkilatının üzvlüyündən xaric edilə bilər.
BMT-nin üzvü olub Təhlükəsizlik Şurasının üzvü olmayan hər hansı bir dövlət həmin dövlətin marağını əks etdirən məsələ müzakirə edilərsə səsvermə hüququ olmadan iştirak edə bilər.
Birləşmiş Millətlər Təşkilatının üzvü olan və üzvü olmayan dövlət Şura tərəfindən keçirilən müzakirələrdə əgər onlar münaqişə tərəfləri olarsa səsvermə hüququ olmadan iştirak etmək üçün dəvət olunur. Dövlətin iştirak etmək şərtləri BMT-nin üzvü hesab edilmir və Şura tərəfindən müəyyən edilir.
Rəsmi olaraq Təhlükəsizlik Şurası ümumi sülhə ciddi təhlükə yaradan və ya hər hansı bir məsələyə baxmaq üçün ardıcıl olaraq iclaslar keçirir.
Baş Katib, BMT-nin hər hansı bir orqanı və ya BMT-nin üzvü olan hər hansı bir dövlət Şuranın iclasının çağrılmasını tələb edə bilər.Təhlükəsizlik Şurasının quruluşu
Təhlükəsizlik Şurasının müəyyən məsələlər üzrə mərkəzi müəssisələrindən kənar keçirilən iclasları haqqında komitə:
Beynəlxalq Tribunallar: