BMT-nin Iqtisadi və sosial şurası (Economic and Social Council - ECOSOC) 14 ixtisaslaşmış müəssisəni, 10 funksional komissiyanı, 5 regional komissiyanı əlaqələndirir, BMT-nin 11 fond və proqramından məruzə alır, üzv olan dövlətlərə və BMT sistemində olan təşkilatlara proqram xarakterli tövsiyələr verir.
ECOSOC üzərinə iqtisadi, dünya ticarəti, sənayeləşdirmə kimi sahələrdə, həmçinin müxtəlif sosial quruluşa malik olan dövlətlərin iqtisadi və sosial sahələrdə qarşılıqlı əməkdaşlığını inkişaf etdirmək və əlaqələndirmək kimi çox geniş və müxtəlif funksiyalar qoyulmuşdur. Təbii resurslardan istifadə etmə, insanların beynəlxalq hüquq və azadlıqlarının müdafiəsi, qadınların vəziyyəti, əhali artımı, sosial təminat, elm və texnika, cinayətkarlığın xəbərdarlıq edilməsi və bir çox məsələlər belə funksiyalara aiddir.
BMT Nizamnaməsinə uyğun olaraq ECOSOC tədqiqatların aparılmasına, məruzənin tərtib edilməsinə, dövlətlərin iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığını, insan hüquqlarının qorunması və hörmət edilməsi, beynəlxalq konfrans və simpoziumların çağrılması, öz səlahiyyətinə daxil olan bəyannamənin hazırlanması və onların Baş Assambleyaya təqdim edilməsi, BMT-nin ixtisaslaşmış müəssisələri ilə onların münasibətləri və razılaşmaların bağlanması, BMT üzvlərindən onların səlahiyyətinə daxil olan informasiya və məruzələrin alınması üçün tədbirlərin həyata keçirilməsi kimi çoxsaylı mürəkkəb vəzifələrin yerinə yetirilməsinə cəlb edilmişdir. O qlobal və sahələrarası xarakterə malik olan beynəlxalq iqtisadi və sosial məsələlərin müzakirəsində mərkəzi forum kimi xidmət etməli, bu problemlərə münasibətdə təkliflər işləyib hazırlamalı, ümumi strategiyanın həyata keçirilməsinə nəzarət etməli və qiymətləndirilməli; Baş Assambleya tərəfindən göstərilən sahələrdə birinci əhəmiyyət kəsb edən məsələlərin yerinə yetirilməsinə, təşkilatın ümumi fəaliyyətinin və BMT sisteminin əlaqələndirilməsinə, bunları nəzərə almaqla Baş Assambleya tərəfindən BMT sistemi üçün və ümumi halda tarazlıqla və uyğunluğun ilkin məsələlər baxımından təmin edilməsinə xidmət etməlidir.
ECOSOC bu mandatları yerinə yetirmək üçün elmi dairələrlə işgüzar nümayəndələrlə və 2100-dən artıq qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparır. Şura Nyu-York və Cenevrə şəhərlərində hər ilin iyul ayında dörd həftə davam edən əsas sessiyasını keçirir. Sessiya ixtisaslaşmış müəssisəni, 10 funksional komissiyanı, 5 regional komissiyanı əlaqələndirir, BMT-nin 10 fond və proqramından məruzə alır, üzv olan dövlətlərə və BMT sistemində olan təşkilatlara proqram xarakterli tövsiyyələr verir.
ECOSOC üzərinə iqtisadi, dünya ticarəti, sənayeləşdirmə kimi sahələrdə, həmçinin müxtəlif sosial quruluşa malik olan dövlətlərin iqtisadi və sosial sahələrdə qarşılıqlı əməkdaşlığını inkişaf etdirmək və əlaqələndirmək kimi çox geniş və müxtəlif funksiyalar qoyulmuşdur. Təbii resurslardan istifadə etmə, insanların beynəlxalq hüquq və azadlıqlarının müdafiəsi, qadınların vəziyyəti, əhali artımı, sosial təminat, elm və texnika, cinayətkarlığın xəbərdarlıq edilməsi və bir çox məsələlər belə funksiyalara aiddir.
BMT Nizamnaməsinə uyğun olaraq ECOSOC tədqiqatların aparılmasına, məruzənin tərtib edilməsinə, dövlətlərin iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığını, insan hüquqlarının qorunması və hörmət edilməsi, beynəlxalq konfrans və simpoziumların çağrılması, öz səlahiyyətinə daxil olan bəyannamənin hazırlanması və onların Baş Assambleyaya təqdim edilməsi, BMT-nin ixtisaslaşmış müəssisələri ilə onların münasibətləri və razılaşmaların bağlanması, BMT üzvlərindən onların səlahiyyətinə daxil olan informasiya və məruzələrin alınması üçün tədbirlərin həyata keçirilməsi kimi çoxsaylı mürəkkəb vəzifələrin yerinə yetirilməsinə cəlb edilmişdir. O. qlobal və sahələrarası xarakterə malik olan beynəlxalq iqtisadi və sosial məsələlərin müzakirəsində mərkəzi forum kimi xidmət etməli, bu problemlərə münasibətdə təkliflər işləyib hazırlamalı, ümumi strategiyanın həyata keçirilməsinə nəzarət etməli və qiymətləndirilməli; Baş Assambleya tərəfindən göstərilən sahələrdə birinci əhəmiyyət kəsb edən məsələlərin yerinə yetirilməsinə, təşkilatın ümumi fəaliyyətinin və BMT sisteminin əlaqələndirilməsinə, bunları nəzərə almaqla Baş Assambleya tərəfindən BMT sistemi üçün və ümumi halda tarazlıqla və uyğunluğun ilkin məsələlər baxımından təmin edilməsinə xidmət etməlidir.
ECOSOC bu mandatları yerinə yetirmək üçün elmi dairələrlə, işgüzar nümayəndələrlə və 2100-dən artıq qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparır. Şura Nyu-York və Cenevrə şəhərlərində hər ilin iyul ayında dörd həftə davam edən əsas sessiyasını keçirir. Sessiya çərçivəsində yüksək səviyyədə bir sıra iclaslar keçirilir. Milli hökumətlərin nazirləri, beynəlxalq müəssisələrin rəhbərləri və yüksək vəzifəli şəxslər ümumdünyəvi əhəmiyyət kəsb edən dəqiq mövzunu müzakirə edirlər.
Nizamnamədə nəzərdə tutulan qaydalara uyğun olaraq 54 üzvü olan Baş Assambleya üç il müddətinə seçilir. ECOSOC iştirak edənlərin sadəcə səs çoxluğu ilə qərar qəbul edir.