BMT-nin Baş Assambleyası – BA – (General Assambly of the UN) BMT-nin baş məşvərətçi orqanı adlanır və bu orqan BMT-nin üzvü olan bütün dövlətlərin sədrlərindən ibarətdir. Ona BMT-nin Nizamnaməsi çərçivəsində və ya onun hər hansı bir bölməsinin funksiyasına aid olan bütün məsələləri həll etməyə və ya təkliflər verilməsində vəkil edilmişdir.
Baş Assambleyanın qərarı sadə səs çoxluğu ilə qəbul edilir. Lakin Nizamnaməyə görə əsas hesab edilən bəzi məsələlər (yeni üzvlərin seçilməsi, dünya əhəmiyyəti kəsb edən Qətnamələr) haqqında Qətnamə qəbul edir ki, bu da üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Baxmayaraq ki, Assambleyanın qərarı onun iştirakçısı olan ölkələr, dövlət və hökumətlər üçün hüquqi güc sayılmır, lakin dünya ictimaiyyətinin fikrini ifadə etdiyi üçün mühüm rol oynayır.
Baş Assambleya BMT-nin siyasətini və proqramını müəyyən edir, büdcəni təsdiqləyir, konfransları təşkil edir və çağırır, əsas fəaliyyət istiqamətini təyin edir, müxtəlif kompaniyalar keçirir.
Baş Assambleya fikirləşən bir forum kimi dünya millətlərinə hər hansı bir məsələni Nizamnamə ətrafında müzakirə etmək üçün geniş imkanlar yaratmalıdır. Bu BMT-nin nəhəng, nisbətən hörmətli olsa da, lakin Assambleyanı öz qərarlarını həyata keçirməyə məcbur edən BMT-nin tam hakimiyyət orqanı deyildir.
Assambleya tərəfindən qəbul edilən Qətnamələr Təhlükəsizlik Şurasının qərarlarından fərqli olaraq əsas gücə malik olmadığından heç bir millət həmin qərarları ləğv etmək hüququna malik deyil.
Baş Assambleya iqtisadi və sosial qəyyumluq, həmçinin xüsusi müəssisələrin şurasının fəaliyyətinə nəzarət edir. Assambleyanın üzərinə həmçinin əsas elektron öhdəçiliklər qoyulur. Təhlükəsizlik Şurası ilə birlikdə Assambleyanın Baş Katibi, Beynəlxalq Məhkəmənin hakimlərini seçir və o həmçinin BMT-yə yeni üzvlərin qəbulu haqqında qərar qəbul edir. Assambleya on daimi üzv olmayan üzv seçir. Nəhayət Assambleya BMT-nin büdcə təşkilatının üzvü olan hər dövlətin üzvlük haqqını müəyyən edir.
Nizamnaməyə uyğun olaraq Baş Assambleyanın funksiya və səlahiyyətləri aşağıdakılardan ibarətdir:
Hər il sentyabr ayında Baş Assambleyanın növbəti sessiyası toplanır. Bundan başqa, Assambleya Təhlükəsizlik Şurasının, Birləşmiş Millətlər Təşkilatının, təşkilatın bir üzvünün və digər çoxluğun razılığı ilə toplana bilər.
Şuranın doqquz üzvünün və ya Birləşmiş Millətlər Təşkilatı üzvlərinin çoxunun Təhlükəsizlik Şurasının Fövqəladə xüsusi sessiyasının tələbi ilə daxil olduğu vaxtdan 24 saat müddətində çağrıla bilər.
Assambleyanın hər sessiyasının başlanğıcında müzakirədə dövlət və hökumət başçıları çıxış edir. Müzakirədə onlar çoxlu beynəlxalq məsələlər üzrə öz fikirlərini ifadə edirlər. Şuraların çoxu altı əsas komitədə müzakirə olunur.
Birinci Komitə (Beynəlxalq Təhlükəsizlik və Tərksilah məsələləri):
Ikinci Komitə (Iqtisadi və Maliyyə məsələləri);
Üçüncü Komitə (Sosial, humanitar və mədəniyyət məsələləri);
Dördüncü Komitə (Xüsusi Siyasi məsələlər və Dekolonizasiya məsələləri);
Beşinci Komitə (Inzibati və Büdcə məsələləri);
Altıncı Komitə (Hüquqi məsələlər).
Baş Assambleyanın 1950-ci ildə «Sülh naminə birlik» Qətnaməsini qəbul etməsi onun rolunu nisbətən artırmışdır. Bu qətnamə fövqəladə hallarda Təhlükəsizlik Şurası fəaliyyət göstərə bilmədikdə kollektiv tədbirlər görmək, hətta hərbi güc tətbiq etmək üçün Assambleyaya təcili çağrılma səlahiyyəti vermişdir.
Qətnamə dünyanın hər hansı bir hissəsində təhlükəli vəziyyətə nəzarət etmək üçün müxtəlif dövlətlərin 14 nümayəndəsinin iştirak etdiyi Təhlükəsizlik Şurasının və Baş Assambleyanın tələbi ilə bütün dövlətlər (BMT-nin üzvü olan) Hərbi komissiyanı təsis etdi.
Öz səlahiyyətlərini genişləndirərək Assambleya 1950-ci ildə Çinin Koreyaya müdaxiləsinə, 1956-cı ildə Süveyş böhranına, SSRI-nin Macarıstana müdaxiləsinə, 1958-ci ildə Livan böhranına, 1960-cı ildə Konqo böhranına və digər bir neçə böhran vəziyyətinə nəzarət etməyi öz əlində saxlamışdır. Həmin dövrdə dekolonizasiya siyasəti Assambleyanın siyasi bazasının genişlənməsinə səbəb oldu. Təhlükəsizlik Şurası bazasının genişlənməsinə səbəb oldu, Təhlükəsizlik Şurası ancaq təhlükəsizlik məsələləri ilə məşğul olmağa başladı.
ABŞ bir qayda olaraq Baş Assambleyada həyati əhəmiyyət kəsb edən məsələlərə səsvermədə üstünlüyü əldə etməyə nail oldu. 1960-1970-ci illərdə Afrika – Asiya – Ərəb blokunun güclənməsi ilə əlaqədar olaraq üstünlüyü əldə etmək üçün dünyanın üçüncü ölkələrinə siyasi, iqtisadi, diplomatik təzyiqləri artırmağa başladılar.
Bu qərar Assambleyanın, həmçinin Təhlükəsizlik Şurasının bu baxımdan BMT çərçivəsindən kənarda müəyyən baxımdan güc nisbətlərini əks etdirirdi, hətta Assambleyada qəbul edilən «bir dövlət – bir səs» siyasi prinsipi müxtəlif ölkələrin siyasi, hərbi, iqtisadi maraqlarında bərabərsizliyi aradan qaldırmaq gücünə malik olmadı. Əsas çoxluğa nail olmaq bəzi hallarda səhnə arxasında gizli, hətta rüşvət və qorxutmaq tez-tez köməklik edirdi.
Baş Assambleyanın hesabında bir çox nailiyyətlər olsa da açıq şəkildə müvəffəqiyyətsizlik də az deyildi. 1956-cı ildə Assambleyaya Süveyş böhranından sonra Yaxın Şərqdə Status – KVO-nu bərpa etmək sülhü qoruyub saxlamaq üçün yeni səmərəli vasitələr – BMT-nin fövqəladə hərbi gücünü yaratmaq nəsib oldu. Bununla belə Baş Assambleya SSRI-nin 1956-cı ildə Macarıstana və 1967-ci ildə Çexoslovakiyaya müdaxiləsini dayandırmaq üçün səmərəli fəaliyyət göstərə bilmədi. O, Vyetnamda gedən müharibəyə təsir göstərə bilmədi. Yaxın Şərqdə Assambleyaya müharibədən sonra 1967-ci ildə Israillə qonşu dövlətlər arasında Ərəb əhval-ruhiyyəli danışıqlar yarada bilmədi.
Bununla belə, Assambleyanın müzakirə aparmaq üçün fəaliyyəti məhdudlaşmır. Belə ki, Baş Katibliyin himayəçiliyi ilə beynəlxalq hüquq sferasında Atom enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) təsis edilmişdir. Assambleyanın əsas töhfəsi 1948-ci ildə insan hüquqları haqqında Bəyannamənin və soyqırım haqqında Konvensiyanın qəbul edilməsidir. Baş Assambleya silahlanmaya nəzarət üzrə üç əsas saziş qəbul etmişdir: 1966-cı ildə Kosmos məkan haqqında, 1968-ci ildə Nüvə silahının yayılması haqqında müqavilə və 1971-ci ildə Dənizin təkindən istifadə olunması haqqında müqavilə, 1974-cü ildə Baş Assambleya Tokioda bir dövlət bir səs prinsipi Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahı ilə Universitetin yaranmasının təşəbbüskarı olmuş və onun dünya regionları üzrə şöbələrini təsis etmişdir. Avrasiya – ərəb blokunun «77- qrup» un yaranması və əsas bloklara qoşulmayan ölkələrin birliyinin üstün olması Amerikanı məcbur etdi ki, Assambleyanın «bir dövlət – bir səs» siyasi prinsipindən şübhələnməyə vadar etdi. Məsələ aşağıdakılarla əhatə olunurdu: doğrudanmı iqtisadi cəhətdən zəif, savadsız əhalisi olan, qüdrətsiz orduya malik olan bütün hüquqlardan bərabər olan kiçik bir ölkəyə nisbətən böyük dövlətlər orqanının qərarlarını qəbul etsinlər. ABŞ-ın BMT büdcəsinin 25 %-ni öz öhdəsinə götürməklə daha çox səs almaq faktı böyük dövlətlərin Assambleyasını rədd etmək fikrinə səbəb olurdu.Bu zaman amerikanlar bu və ya digər dövlətin səsvermədə real siyasi gücü nəzərə alınmaqla səsverməni aparmaq kimi qeyri-formal təklif verdilər. Bütün bu təkliflər siyasi güc meyarını müəyyən etmək imkanlarının mümkün olmadığına əsaslanırdı. Ona görə də iri dövlətlərin Assambleyanı saymamalarının nə qədər təhlükəli olmasına baxmaraq «bir dövlət – bir səs» siyasi prinsipi saxlandı. Bu zaman hər bir fəaliyyət ya ancaq Təhlükəsizlik Şurasında və ya BMT çərçivəsindən kənarda baş verməli idi.
Iqtisadi baxımdan Baş Assambleyanın quruluşunda dörd komitə çalışır və onlardan hər biri onun səlahiyyətinə aid olan məsələləri həll edir və Baş Assambleyanın qarşısında məsuliyyət daşıyırlar.
1.Iqtisadi və Maliyyə məsələləri üzrə komitə (Economic and Financial – Second Committec).
2.BMT-nin beynəlxalq ticarət qaydaları üzrə Komissiya – YUNSITRAL – (Un Commission on International Trade Law - UNCITRAL).
3.Beynəlxalq hüquq üzrə Komissiya – KMP – (International Law Commission - ILC).
4.Investisiya üzrə Komitə (Investment Committee).
Bu komitələr çərçivəsində Baş Assambleyanın plenar iclasına təqdim üçün təkliflər və bəyannamələr işlənib hazırlanır. BMT-nin hər bir üzvü bu komitələrin hər birində təqdim oluna bilər. Hər bir Komitə öz sədrini seçir. Iştirak edənlərin və səs verənlərin çoxluğu ilə qərar qəbul edilir.