Rütubət və yağıntı

Rütubət və yağıntı

Suyun maye halından qaz halına keçməsinə buxarlanma deyilir.
Buxarlanmanın intensivliyi  səth örtüyündən, havanın temperaturundan və küləyin sürətindən asılıdır.
Tropik enliklərin okean səthində buxarlanma maksimal (2000mm), tropik səhralarda və qütbətrafı sahələrdə isə minimaldır (0-100mm). Müəyyən temperaturda maksimal buxarlana bilən rütubət miqdarına  mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti deyilir. Buxarlanma və mümkün buxarlanma arasındakı fərq quraqlıq dərəcəsi adlanır . Maksimal quraqlıq dərəcəsi tropik səhralarda müşahidə olunur.
İqlim xəritələrində buxarlanma qabiliyyəti eyni olan əraziləri birləşdirən  xətlər izoqaminlər adlanır.Suyun qaz (buxar) halından maye halına keçməsinə kondensasiya, qaz halından bərk hala (və ya əksinə) keçməsinə isə sublimasiya deyilir. 1m3 havada olan su buxarının qramlarla miqdarına mütləq rütubətlilik, həmin temperaturda   havada mümkün ola biləcək su buxarının faizlə nisbəti isə nisbi rütubətlilik adlanır. Havanın saxlaya biləcəyi suyun miqdarı onun temperaturundan asılıdır. Məsələn , 1m3 havada -330C-də 0,2 qram, -200C-də 1 qram, 00C-də 5 qram,+100C də 9 qram,+200C-də 17qram, +300C-də 30qram su buxarı ola bilər.Havanın rütubətliliyini hidrometr (hidroqraf) və psixrometr cihazları ilə ölçürlər.

Kondensasiya və sublimasiya zamanı yer səthi yaxınlığında duman, sərbəst atmosferdə (yüksəklikdə) isə bulud yaranır. Dumanlıq görünmə məsafəsi üzrə (metrlə), buludluluq isə 10 ballıq bölgü və ya faizlə təxmini müəyyən olunur.
Buludlar formasına görə üç əsas qrupa bölünür:
*    Topa buludlar yer səthindən 3-6km yüksəklikdə formalaşır.Leysan və dolu yağıntıları yağır.
*    Laylı buludlar yer səthindən 2-3 km yüksəklikdə səmanı tam  örtür.Yağıntılar arasıkəsilməz olur.
*    Lələkvari buludlar buz kristallarından ibarət olub yer səthindən 6-10 km və daha yüksəklikdə formalaşır. Lələkvari buludlardan yağıntı düşmür.

Troposferdən  yer səthinə bərk və maye halda tökülən sulara yağıntı (yağmur) deyilir. İki cür olur:
1. Havadan çökən (buludsuz havada): 
*    a) Şeh-səthin temperaturu 00 C– dən çox olduqda;
*    Qırov-səthin temperaturu 00 C və daha aşağı olduqda;
*    Sırsıra-səthin temperaturu 00 C və daha aşağı olduqda.
2. Buludlardan tökülən  a) Yağış; b) Qar;  c) Dolu.

Yağıntılar intensivliyinə görə üç yerə bölünür: Gur, Aramsız; Çiskin.
Yer səthində maksimal yağıntı Çerapunçi məntəqəsində (Hindistanda)-12270 mm, minimal yağıntı isə tropik səhralarda (Misirdə, Çilidə) 1-50 mm müşahidə olunur. Azərbaycanda müvafiq olaraq Talış dağlarının  cənub-şərq ətəklərində (Gəgiranda 1906 mm və Ələtdə - 96mm qeydə alınmışdır.
Yağıntıları yağıntıölçənlə ölçürlər. İqlim xəritələrində eyni yağıntı nöqtələrini birləşdirən xətlər izogiyet adlanır.
Yağıntılar mənşəyinə görə üç qrupa bölünür:
*    Konvektiv yağıntılar əsasən ekvatorial enliklərdə  sakit və qızmış havanın qalxmasından yaranır.
*    Cəbhə yağıntıları isti və soyuq havanın    və heyvanlar sərhədində yaranır.
*    Oroqrafik yağıntılar dağların küləkdöyən (tutan ) yamaclarında yaranır.Məsələn , Xəzər dənizindən   gələn rütubətli hava Talış dağlarının yamaclarında intensiv yağıntılara səbəb olur. 

Yağıntının miqdarının mümkün buxarlanmaya olan nisbətinə rütubətlilik əmsalı deyilir.   
Ərütubətlilik əmsalı =Yyağıntı / Bmümkün buxarlanma
Ə=1 olarsa, rütubətlənmə normal;    Ə>1olarsa, iqlim rütubətli(humid);       Ə<1 olarsa, iqlim quraq (arid) olur.
Rütubətlənmə əmsalına  əsasən landşaft kompleksini, aşınma növünü, çay şəbəkəsinin sıxlığını və s. müəyyən etmək olar.
Həmçinin bax:
Atmosferdə su
Top