Elektron ödəmələr zamanı insanların bioloji göstəricilərinin istifadə olunmasında məqsəd kredit kart və elektron fırıldaqçılığın minimuma endirilməsidir. Təhlükəsizlikdə məhz bioloji göstəricilərin istifadə olunmasının səbəbi onların üzünün köçürülməsi və eyni oxşarını tapmaq çətin və mümkünsüzdür. İnsanları bioloji göstəricilərinə görə təsbit olunması yeni deyil və mühafizə orqanlarında, bəzi gömrük postlarında və hava limanlarında istifadə olunur. Elektron məkanda, elektron ödəmələrdə isə bu texnologiyadan istifadə vaxtı 8-9 ilə yaxındır istifadə olunur.
Bu gün istifadə olunan əsas bioloji göstəricilər aşağıdakılardır.
- Barmaq çapı
- Sifətin tanınması
- Gözün tanınması
- Səsin tanınması
- Kompyuterin yazı xəttinin analizi.
Bu göstəricilərdən yazı xəttinin analizi və səsin tanınması az istifadə olunur. Buna səbəb xəttin və səsin müxtəlif səbəblərdən ( yaşın artması, xəstəliyin olması, hər hansı qəzanın keçirmə ehtimalı olması və s. ) dəyişilməsi ehtimalı olmasıdır ona görə də bu göstəricilər ödəmələin mühafizəsində istifadə olunması etibarlı sayılmır.
Sifətin tanınması
Sifətin tanınması sifət cizgilərinə quruluşuna görə aparılır. Gözün ətrafı, yanaqların sahəsi, ağız ətrafı, burun və göz qurluşlarına görə müəyyənləşir.
Sifətin tanınması 2 faktla məhdudlaşır.
- Sifət cizgilərinin xəsər görməsi onun qocalması və plastik əməliyyat vasitəsilə dəyişdirilə bilməsi.
- Sifətin tanınması üçün istifadə olunan nümunə sifət şəklin keyfiyyətli olmaması.
Elektron ödəmələrdə sifətin tanınması texnologiyası əsasən avtomatlaşdırılmış hesablama maşınlarında ( ATM ) yerləşdirilir. Amma bir səbələrdən sifətin tanınmasının ATM-lərdə az istifadə olunur. Buna səbəb kimi istifadəçilərin şəkillərinin yayılmasına, ATM-lərdə olmasını istəmirlər.
Gözün tanınması
Bu texnologiya gözün unikal hissəsi olan göz bəbəyinin tanınmasına əsaslanır. Göz bəbəyi infraqırmızı şüa ilə yoxlanılır.
Göz bəbəyin əsas yoxlanılan hissələri.
- Göz şəbəkəsi
- Halqalar
- Şırımlar
- Çillər
>Bu texnologiyadan istifadə üçün verilənlər bazasında göz nümunələri olmalıdır. Verilənlər bazasının köməyilə, istifadəçilər hər dəfə hesab açarkən və ya ATM-lərdən istifadə edərkən göz şəklinin çəkilməsinə ehtiyyc qalmır. Bundan əlavə əvvəlcədən çəkilmiş göz nümunələrin aydın və təmiz olmalıdır.
Barmaq çapı
Ödəmə sistemində istifadə olunan bioloji göstəricilərdən daha geniş yayılanı barmağın çapıdır. İnsan barmağının üzərindəki dəri izləri bir növ dağ silsilələrini xatırladır. Onlar aşağıdakı formalarda olur.
- Sağ ilmə
- Sol ilmə
- Halqa
- Qövs
Barmaq çapını ödəmələr üçün daha uyğun olması barmaq izini müəyyən edən qurğunun ödəmə aparatına yaxın olması, queğunun ölçüsünün balaca olması və barmaq izinin yaşdan fərqli olmayaraq heç vaxt dəyişməməsidir.
Barmaq izləri simsiz rabitə vasitələrində (cib kompyuteri, mobil telefon) yerləşdirilə bilmə imkanının olması. Barmaq izi ekrandan istifadə edilməklə də çıxarılması mümkündür. Barmaq izi ev şəraitində çıxarılması digər biometrik göstəricilərə nisbətən daha rahatdır.Barmaq izi marketlərdə, ticarət obyektlərində, ATM-lərdə həm də ev şəraitində istifadə oluna bilər.