Bankinq sisteminin tamamilə avtomatlaşdırılması və sürətli işləməsi üçün bir çox proqram təminatlan (software) işlənib hazırlanıb. Bu proqram təminatları biznes əməliyyatlarının aparılmasını sürətləndirir və müştərilərin tələblərinə cavab verməyə imkan verir, Geniş yayılmış bankinq proqram təminatlarına BankONet, Macrobank4, PowerCard, [email protected], FinnOne və s misal göstərmək olar.
BankONet proqramı bankın müştərilərini effektiv onlayn bankinq xidmətləri ilə təmin edir. Bu proqram təminatı müştərilərə xidməti bankın internet saytı vasitəsilə təmin edir. Bankonet proqramı hesab sahiblərinə fərdi kompüterləri vasitəsilə əməliyyatları aparmağa imkan verir. BankONet xidmətlərinə aşağıdakılar daxildir: köçürmələrin aparılması, balans haqda məlumat, kartlarla xidməti təmin edir və s. Bu sistemin başqa bir xidməti BankOLine adlanır, bu xidmət də istifadəçilərə fərdi kompüterlər vasitəsilə əməliyyatlar aparmağa Imkan verir. BankOline xidmətinin fərqli cəhəti odur ki, bu xidmət bankın məhsul və xidmətləri, filial və ATM şəbəkələri, investisiya imkanları, ssuda və faiz haqda məlumatı e-mail və ya ismarıc vasitəsilə təmin edir. BankONet bankinq proqram təminatının funksiyalarını 2 qrupa bölmək olar: fiziki şəxslərə göstərilən bankinq xidməti və korporativ bankinq. Fiziki şəxslərə göstərilən xidmət vasitəsilə istifadəçi hesabını yoxlaya, ssuda üçün müraciət edə, Kredit/Debet kartları əldə edə, depozit aça, qəbzləri ödəyə bilər. Korporativ bankinq funksiyası ödənişin statusunu yoxlamağa, balans haqda məlumat almağa, akkreditiv açmağa imkan verir. BanONet aşağıadakıları təklif edir:
Bu sistem bank hesabı haqda məlumatları MS-Excel, Quicken və ya Microsoft Money kimi proqramlara köçürməyə imkan verir BankONet proqram təminatının əsas üstünlükləri aşağıdakılardır: Macrobank4 banklar və maliyyə institutları üçün işlənib hazırlanmış innovativ və etibarlı proqram təminatıdır. Bu proqram bütün bank əməliyyatlarının avtomatik yerinə yetirilməsi üçün hazırlanıb, Internet bankinq, müştəri-bank sistemi, elektron ödəmə sistemi və avtomatlaşmış mühasibat uçotunu dəstəkləyir. Macrobank Bu proqram 1993-cü ildə yaradılmış, yaradıldığı dövrdə pərakəndə və fərdi bankinq üçün nəzərdə tutulmuş, növbəti illərdə isə təkmilləşmiş və daha geniş əməliyyat sahələrini təklif etmişdir. Bu proqram istifadə olunduğu vaxt ərzində banklar, maliyyə institutları üçün vacib alət olduğunu sübut etmişdir. Proqramın bank üçün əsas üstünlükləri kimi etibarlı və vaxta qənaət edən texnologiya olması, ev şəraitində istifadə olunma imkanı, istifadə xərcinin aşağı olmasını göstərmək olar. Banktech tərəfindən təklif olunan Macrobank4 sistemi aşağıdakı bankinq əməliyyatlarının aparılmasını təklif edir: depozit, köçürmələr, ödənişlər, çox valyutalı əməliyyatlar, onlayn bankinq, e-kommers və s. Hazırda bir çox əməliyyatların onlayn aparılması nəticəsində Macrobank kimi proqramların əhəmiyyəti artır. Macrobank bu sistemdən istifadə edən şirkət və fərdi şəxslər haqda məlumatların məxfiliyini qoruyur. Çox valyutalı heablaşmalar macrobank proqramının demək olar ki nüvəsini təşkil edir. Bu alt sistem real zaman rejimində müxtəlif valyutalarda bütün müştərilərin hesablaşmaları və pul köçürmələri haqda məlumatı saxlamaq üçün işlənib hazırlanıb. Alt sistemin əsas funksiyalarına müştəri hesablarının idarə edilməsi, hesablaşmaların qeydə alınması, müştəri profayllarının dəyişdirilməsi, valyuta və faiz dərəcələrinə nəzarət daxildir. Alt sistem müştəri və digər banklarla əlaqə vasitəsi kimi SWIFT, Telex bankinq sistemlərindən istifadə edir. PowerCard
- Bank və maliyyə institutlarına kredit kartların buraxılması və istifadəsini təmin edən proqram təminatıdır. Bu effektiv alətin əsas üstünlüyü məhsuldarlığı artırmaq və kredit kartlarla gündəlik əməliyyatlarda baş verən risklərə nəzarət etməkdir. Məhsul 24*7 rejimli, çox dilli, çox valyutalıdır, müxtəlif bankları və ölkələri əhatə edir. Sistem American Express, Europay, MasterCard, JCB and VISA kimi kartlarla işləyir, bankomatlarda istifadə olunur. PowerCARD -m bəzi əsas xüsusiyyətləri aşağıdakılardır: Cash(a)Will Nucleus Software şirkətinin yeni məhsulu hesab olunur. 15 ildən çoxdur ki Nucleus Software şirkəti bank və maliyyə institutlarını maliyyə əməliyyatlarının aparılması üçün proqram təminatı ilə təchiz edir. Son on illikdə bu şirkət maliyyə proqramlarının təminində liderlik əldə etmişdir. [email protected] proqramı internetdə maliyyə əməliyyatlarının aparılması -pulun Idarə edilməsi üçün işlənib hazırlanıb. [email protected] pulun idarə edilməsi sisteminin yaradılmasına istiqamətlənib, bu da nəticədə gəlirin yüksəldilməsi, bankların inkişafının sürətləndirilməsi, xərcləri azaltmaqla gəlirin çoxalmasına səbəb olur. [email protected] iki geniş xidməti özündə birləşdirir: Web saytda bank əməliyyatları və müştəri əməliyyatları. [email protected] 3 funksional moduldan ibarətdir. Birinci modul yerli və xarici valyuta alətlərinin yığımını, müştərilər haqda məlumatların toplanmasını özündə birləşdirir. Ikinci modul ödəniş xidmətlərini əhatə edir, Üçüncü modulsa elastik idarəetmədir. Sistemin əsas xüsusiyyətləri kimi çox valyutalı, çox dilli rejimlərdə işləmə imkanmı, dünyanın itənilən yerində yerləşən bankla əməkdaşlıq etmə imkanını, yüksək təhlükəsizliyin təminini göstərmək olar. Hazırda fəaliyyətdə olan bank əməliyyatları sistemləri 2 kateqoriyada qruplaşır: bank məlumatları sistemi və hesablaşma sistemləri. Onlar arasındakı fərq ondan ibarətdir ki, bank məlumatları sistemi çərçivəsində yalnız hesablaşma sənədlərinin operativ göndərilməsi və saxlanılması reallaşır. Hesablaşmaların nizamlanması isə iştirakçı banklara həvalə edilib, hesablaşma sisteminin funksiyaları isə bilavasitə üzvlərin qarşılıqlı tələb və öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır. Birinci qrupa SWIFT və BankWire kimi sistemlər; ikinci qrupasa FedWire, CHİPS, CHAPS kimi sistemlər daxildir. SWIFT (Society for World-Wide Interbank Financial Telecommunications) — ümumdünya banklararası maliyyə telekommunikasiyası cəmiyyəti, maliyyə telekommunikasiyası sferasında aparıcı beynəlxalq təşkilatdır. SWIFT fəaliyyətinin əsas istiqaməti banklar üçün operativ, etibarlı, effektli və məxfi telekommunikasiya xidmətinin təmini və maliyyə informasiyasının mübadiləsinin forma və metodlarının standartlaşması üzrə işlərin görülməsidir. 1950-ci illərin sonunda beynəlxalq ticarətin qızğın inkişafı nəticəsində bank əməliyyatlarının sayı artdı. Banklararası ənənəvi əlaqə forması artıq bank informasiyasının həcminin öhdəsindən gələ bilmirdi. Müxtəlif banklarda bank proseduralarının fərqləndiyindən sənədlərdəki uyğunsuzluğım, banklararası əməliyyatların aparılmasında yaranan xətaların aradan qaldırılmasına çox vaxt sərf edilirdi. Kağız daşıyıcılarda informasiyanın həcminin artmasına təbii reaksiya avtomatlaşdırrna oldu. Bankların avtomatlaşdırılması sisteminin inkişafı ilə bank sistemləri arasında maliyyə informasiyasının kağızsız mübadiləsinə zərurət yarandı. Bundan başqa, banklararası münasibətlərdə standartlaşma mövcud deyildi. Daha effektiv iş vasitələrinin axtarılması nəticəsində 1960-ci illərin əvvəllərində 60 Amerika və Avropa bankı beynəlxalq banklararsı əməliyyatda standartlaşmış sistemin yaradılması ilə bağlı müzakirələr apardılar. Bank informasiyasmm ötürülməsi üçün daha etibarlı, sürətli və təhlükəsiz sistemi təmin edən kompüter və telekomunikasiya vasitələrinin istifadə edilməsi qərara alınmışdır. Layihənin əsasını aşağıdakı tələblər təşkil edirdi: Maliyyə informasiyasının mübadiləsinin formalaşmış metodlarının işlənib hazırlanması və verilənlərin ötürülməsinin beynəlxalq şəbəkəsinin yaradılması məqsədilə 1973-cü ilin may ayında 15 ölkənin 239 bankı Belçika qanunvericiliyinə müvafiq olaraq SWİFT-i yaratdılar. Növbəti 4 il təşkilati və texniki məsələlərin həllinə sərf edilir və 1977-ci ildə şəbəkənin rəsmi açılışı olur. İlin axırına üzv bankların sayı 586-ya çatır. Hazırda SWİFT özündə 155 ölkənin 4800 bank və maliyyə təşkilatlarını özündə cəmləşdirir və SWİFT şəbəkəsi vasitəsilə gün ərzində 3.3 milyon maliyyə məlumatı ötürülür. SWIFT - səhmdar cəmiyyətdir, hansının ki sahibi üzv banklardır. Cəmiyyət Belçikada qeydiyyatdan keçib və o dövlətin qanunları əsasında fəaliyyət göstərir. Ali orqan - üzv bankların və ya onların nümayəndələrinin ümumi yığıncağıdır. Bütün qərarlar 1 səhm - 1 səs prinsipi ilə qəbul olunur. Milli qanunvericilik əsasında beynəlxalq bank əməliyyatları aparmağa hüququ olan istənilən bank SWIFT-in üzvü ola bilər. SWIFT sistemində işləmək istifadəçilərə bir sıra üstünlüklər verir: SWIFT şəbəkəsinin müasir arxitekturası: SWIFT-in texniki infrastruktura 1970-ci illərdə yaradılıb və bütün dünyada yerləşmiş və verilənlərin ötürülməsinin yüksək sürətli xətləri ilə birləşmiş kompüter mərkəzlərini cəmləşdirir. SWIFT müxtəlif ölkələrin maliyyə təşkilatlarına müxtəlif tipli terminallardan istifadə edərək ona qoşulmaq imkanı verir. İlk əvvəl SWIFT şəbəkəsinə aşağıdakılar daxil idi: ABŞ və Niderlandda 2 əməliyyat mərkəzi və 5 aktiv sistem, müxtəlif ölkələrdən regional prosessorlar, ümumi istifadə və xüsusi təyinatlı əlaqə kanalları. Əməliyyat mərkəzlərində texniki vasitələrin və proqram təminatının gecə-gündüzlü nəzarəti aparılır, diaqnostik məlumatlar toplanılır, nasazlıqdan sonrakı diaqnostik bərpa prosesləri nəzarət edilir. Müəyyən vaxta qədər SWIFT-1 öhdəsinə düşən məsələləri müvəffəqiyyətlə yerinə yetirirdi. Lakin istifadəçilərin sayının, şəbəkədə tıxacın artması və avadanlığın köhnəlməsi yeni şəbəkə arxitekturasının işlənməsi və tətbiqinə gətirib çıxartdı. SWIFT-2 sisteminə keçid 1989-cu ildən başlamış və
artıq 1995-ci ildə tamamlanmışdır. SWIFT-2 sistemində daha məhsuldar prosessor və şəbəkə avadanlığı istifadə olunur. SWIFT-1-də olduğu kimi SWIFT-2 sistemində də öz aralarında bərabərhüquqlu olan və insan Iştirakı olmadan işləyən 2 əməliyyat mərkəzi (ABŞ və Niderlandda) istifadə olunur. SWIFT-2 şəbəkəsi 4 səviyyəli arxitekturaya əsaslanır:
1. Istifadəçi terminalı - şəbəkəyə qoşulmaq imkanı verir.
2. Regional prosessorlar - məhdud ərazi daxilində istifadəçidən məlumatların əldə edilməsi və qrup prosessorunda ilkin emal üçün onların yoxlanması. Regional prosessorlar əməliyyat mərkəzlərində yerləşdirilib, insan iştirakı olmadan işləyir və Unisys A -Series kompüterləri ilə təchiz olunub.
3. Qrup prosessoru - əməliyyat mərkəzlərində yerləşdirilib, Unisys firmasının 3 ədəd A12 kompüteri ilə təchiz edilib. Bu səviyyədə məlumatların əsas marşrutlaşması və sistem məlumatların emalı, həmçinin məlumatların
arxivləşməsi və s. həyata keçirilir.
4. Sistemin idarə edilməsi prosessorları — bu, SWIFT-2 sisteminə daxil edilmiş yeni səviyyədir. Onlar əməliyyat mərkəzlərində yerləşib və Unisys firmasının kompüterlərini istifadə edirlər. Bu yeganə arxitektur təbəqədir ki məlumatların emalı ilə məşğul deyil, məhz sistemin idarə edilməsi üçündür. Sistemi idarə edən prosessorlar şəbəkəyə qoşulu olan aparat-proqram təminatmın monitorinqini aparır, səhvlər haqda məlumat toplayır,şəbəkənin resurslarını dinamik idarə edir, məlumat bazası ilə işləyir.
5. Nəqliyyat şəbəkəsi - yüksək tutumlu verilənlərin ötürülməsi üzrə yüksək sürətli xətlərin ümumdünya şəbəkəsidir. Istifadəçi terminalları yerli xətlər vasitəsilə SWIFT-in nəqliyyat şəbəkəsinə əlaqələndirilir. ABŞ-da fəaliyyət göstərən elektron bank sistemləri arasında FedWire və CHIPS ən iri hesab olunur. Fedwire və CHİPS sistemləri ABŞ dollarında aparılan ən iri beynəlxalq ödəmə sistemi hesab olunur. Onlar ABŞ-m daxili banklararası hesablaşmalarıın 90%-ni təşkil edir.
FedWire - ən iri kommunikasiya bank şəbəkəsidir. Federal Rezerv Sistemində təxminən 5500 kredit-maliyyə institutu iştirak edir. Fedwire ABŞ-in Federal Rezerv sisteminin elektron hesablaşma sistemidir. Onun sayəsində ABŞ-ın maliyyə təşkilatları milli miqyasda pul vəsaitlərin və qiymətli kağızların köçürülməsini reallaşdıra bilirlər. Bütün rezerv banklar və onların bölmələri bu sistemə qoşuludur. Fedwire kommersiya banklarına qısa bir zamanda müştəri və banklararası ödənişlər aparmağa imkan verir. 2004-cü ildə bu sistem vasitəsilə təxminən 470 trilyon dollar məbləğində 125 milyon vəsait köçürmələri aparılmışdır. Əməliyyat günü ərzində sistem orta hesabla 1857 milyard dollar məbləğində 495 min ödəniş həyata keçirir. FedWire elektron hesablaşma sisteminin iş prinsipi Federal Rezerv Sistemi tərəfindən müəyyənləşdirilib. Hər bir bank öz regional federal rezerv bankı vasitəsilə sistemə qoşulur.
Hər federal rezerv bankı regional kompüter şəbəkəsinə xidmət göstərir və region daxilində bankların ödənişlərini və köçürmələrini balanslaşdırır. Əgər ödəniş digər regionun kredit-maliyyə institutuna ünvanlanıbsa onda ödəyicinin rezerv bankı mərkəzi prosessor vasitəsilə qəbul edən şəxsin rezerv bankına müraciət edir. Sistemdə hesablaşmalar real zaman rejimində hər bir ödəniş üzrə ayrıca aparılır. Sistemdə aparılan bütün əməliyyatlar bir iş günü ərzində tamamlanır. Sistemin hər bir iştirakçısı unikal 9 işarəli rəqəmsal identifikasiya koduna malikdir.
FedWire eyni vaxtda həm telekomunikasiya həm də klirinq sistemidir. Bu o deməkdir ki texniki vəsaitlər iştirakçılara müxtəlif növ elektron məlumatları, əsasən də ödəmə tapşırıqlarını göndərməyə və qəbul etməyə imkan verir. Eyni zamanda FedWire-in iştirakçılarının müxbir hesabları üzrə mühasibat məlumatları qeydə alınır.
FedWire vasitəsilə ödənişlər aşağıdakı qaydada aparılır. Müştəri banka pul köçürməsi üzrə tapşırıq verir. Onun əsasında bank müştərinin hesabından müvafiq məbləğdə pulu silir. Sonra bank ödəmə tapşırığını tərtib edir və FedWire sistemi vasitəsilə onu pulu qəbul edəcək şəxsin bankına göndərir. Əgər göndərən və qəbul edən şəxslərin bankları müxtəlif federal sahələrdə yerləşiblərsə onda yerli federal rezerv bank göndərənin hesabında pulu silir və məlumatı pulu qəbul edəcək şəxsin bankına xidmət edən federal rezerv banka göndərir. Əməliyyatda iştirak edən federal rezerv bankları Regionlararası hesablaşma fondu vasitəsilə klirinq aparırlar. Sonra vəsaitlər pulu qəbul edən şəxsin hesabına köçürülür və o, istənilən vaxt vəsaitdən istifadə edə bilər. Əgər əməliyyatda iştirak edən banklar bir regionda yerləşiblərsə onda köçürmə analoji olaraq aparılır, fərq yalnız onda olur ki əməliyyatlar yalnız bir federal rezerv bankından keçir.
CHIPS (The Clearing House Interbank Payments System) - bir sıra kommersiya banklarına mənsub olan özəl electron pul köçürmələri sistemidir. CHİPS telekommunikasiya sistemi 1970-ci ildə ABŞ-da Nyu-York klirinq palatası tərəfindən Nyu-York bankları ilə xarici müştərilər arasında kağız hesablaşma sisteminin elektron hesablaşma sistemi ilə əvəz edilməsi məqsədilə yaradılmışdır. Bu sistem bir tərəfdən Fedwire-in əsas rəqibi, digər tərəfdən iri müştərisidir. Ilkin olaraq CHİPS-in tərkibinə 8 bank daxil idi. 70-80-cı illərdə üzv bankların sayı artdı və hazırda sistemə 140 bank daxildir. Gün ərzində sistem vasitəsilə 1.37 trilyon dollar məbləğində 277 mindən çox ödənişlər aparılır.
CHİPS-in üzvləri kapitalı 250 milyondan az olmayan banklar ola bilər. CHİPS-in bütün üzvləri Nyu-Yorkda hesablaşma banklarının kompüterləri ilə birləşmiş bölməyə malik olmalıdırlar. CHİPS sisteminin digərlərindən əsaslı fərqə malikdir. Məsələ ondadır ki banklararası öhdəlik və tələblər elektron şəkildə müvafiq sənədlərin göndərilməsindən dərhal sonra tənzimlənmir. Bu sənədlər gün ərzində toplanılır, günün sonunda isə balans hazırlanır. Son nəticədə ödəmələr hesablaşma bankı tərəfindən FedWire şəbəkəsi vasitəsilə vəsaitlərin federal rezerv banklarının hesabına köçürülməsi ilə aparılır. Beləliklə CHİPS sistemində hesablaşma bankları FedWire sistemində federal rezerv banklarının gördüyü işi görür, bir fərqlə ki ödəmə dərhal baş vermir.
Sistem vasitəsilə bütün əməliyyatlar real zaman rejimində aparılır. Bu aşağıdakı şəkildə reallaşır: Bank CHİPS-in digər üzvünə ünvanlanmış ödəmə məlumatını sistemə daxil edir. Bu məlumatlar göndərilənə qədər növbə ilə saxlanılır və proses baş verməyincə göndərən şəxs prosesi dayandıra/ləğv edə bilər. Bu çox əhəmiyyətlidir, belə ki bank CHİPS tərəfindən ödəmə haqda məlumat alan kimi proses tamamlanmış sayılır və ödəməni dayandırmaq, ləğv etmək almmayacaq. Məhz bu andan məlumat hüquqi nöqteyi nəzərdən sistem tərəfindən emal edilmiş hesab olunur.
R-Stvle Softlab - Rusiya məhsulu olub Rusiya bazarında qabaqcıl yer tutan proqram təminatı təchizatçısıdır. Rusiyada hər 3 bankdan biri bu sistemdən istifadə edir. Qeyd olunmalıdır ki bu sistem həm də bizim yerli banklar tərəfindən də geniş istifadə olunur. R-Style Softlab proqram təminatının bazardakı uğuru onun fəaliyyətinin innovasiya xarakteri ilə bağlıdır. Şirkət daima məhsulunım keyfiyyətinin yüksəldilməsi üçün investisiyalar edir. Şirkətin məqsədi müştərilərinə bizneslərini inkişaf etdirmək üçün keyfiyyətli məhsulun təklif edilməsidir.
R-Style Softlab şirkətinin təklif etdiyi məhsullardan biri RS-Bank V.6 sistemidir. RS-Bank V.6 - Çox filiallı bankın əməliyyat, uçot və idarəedici fəaliyyətini avtomatlaşdıran proqram kompleksidir. O, müasir bank xidmətlərinin avtomatlaşmasını təmin edir, sürətli və etibarlı işə, yüksək informasiya təhlükəsizliyinə zəmanət verir. RS-Bank V.6 - dünyada mövcud olan qabaqcıl sistemlər rəqabət aparmaq qabiliyyətində olan müasir proqram məhsuludur. O, mərkəzləşdirilmiş şəkildə böyük həcmdə informasiyanı emal etməyə qadirdir. RS-Bank V.6 sisteminin məntiqi nüvəsinin əsasında "Sənəd" və "Funksional blok" durur. "Sənəd" - real bank sənədlərini əks etdirən rekvizitlərin məcmusunu ifadə edir. Bankda sənədlərin real emal prosesi mərhələlərdən ibarətdir. "Funksional blok" bu mərhələləri ayırmağa kömək edir.
RS-Bank V.6 sisteminn əsas fərqləndirici xüsusiyyətlərindən biri ümumi sistem funksiyalarının həyata keçməsinə cavabdeh olan RS-Core V.6 uçot nüvəsinin olmasıdır. RS-Core V.6 - a aşağıdakı alt sistemlər daxildir: bankın mühasibatlığı, maliyyə monitorinqi, "bek-ofisin əsas kitabı" və şlüz (xarici sistemlərlə qarşılıqlı əlaqəni təmin edir və məlumatların yüklənməsini avtomatlaşdırır). Uçot nüvəsində əsas yeri "bek-ofisin əsas kitabı" alt sistemi tutur, hansı ki maliyyə administratorunun iş yeri hesab olunur və aşağıdakı məsələlərin həlli üçün nəzərdə tutulub:
R.S-Bank V.6 sisteminə bank xidmətinin demək olar ki bütün istiqamətlərini əhatə edən sahələr daxildir: