Elektron pulların müxtəlif formaları mövcuddur, onlardan biri smart kartlardır. Smart kart özlüyündə öz prosessoruna, yaddaşına, proqram təminatına və informasiyanın giriş-çıxış sisteminə malik olan bir kompüteri ifadə edir. Hələlik smart kart pulların köçürülməsi haqqındakı yazılışların və ya müştəri haqqındakı informasiyanın daxil edildiyi debet kartı kimi istifadə olunur. Smart – kart bazasındakı nəğd rəqəmsal pullarla aparılan iş tələb olunan səviyyədə məxfiliklə təmin olunur, bununla belə smart kartlarla iş zamanı ödənişin təsdiqlənməsi üçün prosessing mərkəzi ilə əlaqənin qurulmasına ehtiyac yoxdur, belə ki, kompüter bazasında işləyən bənzər proqramlardan fərqli olaraq, pul – faylları diskdən məqsədli şəkildə və ya ehtiyatsızlıq ucbatından silinə və ya surəti çıxarıla bilməz. Beləliklə, təşkilati nöqteyi nəzərindən ödəmə sisteminin nüvəsi, razılaşdırılmış öhdəliklərə əsaslanan banklar assosiasiyasıdır. Ödəmə sisteminin tərkibinə həmçinin xidmətlər şəbəkəsini yaradan ticarət və xidmət işləri də daxildir. Ödəmə sisteminin müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün kartların texniki dəstək xidmətlərini həyata keçirən ixtisaslaşmış qeyri – maliyyə təşkilatlarının – prosessinq və kommunikasiya mərkəzləri, texniki xidmət mərkəzləri və s-in yaradılması zəruridir. Prosessinq mərkəzi – ixtisaslaşmış xidmət təşkilatıdır.O , ekvayerdən avtorizasiya və/və ya tranzaksiya protokollarına daxil olan sorğuların və kartlarla həyata keçirilən ödənişlər və nəğd pulların verilməsi nəticəsində toplanmış məlumatların emalını təmin edir. Bunun üçün mərkəz ,ödəmə sisteminin üzvləri olan banklar və kartların sahibləri haqqındakı informasiyadan təşkil olunan Verilənlər bazasını idarə edir. Mərkəz kart sahiblərinin limitləri haqqındakı informasiyanı da saxlayır və emitent bankın özünün verilənləri bazasını idarə etmədiyi (off – line bank) təqdirdə avtorizasiyaya istiqamətlənən sorğuları həyata keçirir. Əks təqdirdə (online bank) prosessinq mərkəzi əldə edilən sorğunu avtorizə edilən kartın emitent bankına ötürür. Aydındır ki, mərkəz həmçinin ekvayer banka ünvanlanan cavabın göndərilməsini də təmin edir. Bundan başqa, prosessinq mərkəzi , gün ərzində toplanan tranzaksiya protokolları əsasında ödəmə sisteminin iştirakçı bankları arasında qarşılıqlı hesabatların həyata keçirilməsi üçün zəruri olan yekun məlumatları hazırlayır və göndərir, həmçinin ekvayer-banklar üçün stoplistlərin formalaşdırılmasını və göndərilməsini də təmin edir. Prosessinq mərkəzi həmçinin emitent-bankların yeni kartlara olan tələbatlarının ödənilməsni də həyata keçirə bilər. Qeyd etmək lazımdır ki, mürəkkəb ödəmə sistemi , vəzifəsini regional səviyyədə ekvayer – bankların da həyata keçirə biləcəyi bir neçə prosessinq mərkəzindən də ibarət ola bilər. Kommunikasiya mərkəzləri – ödəmə sistemi subyektlərinin verilənlərin ötürülmə şəbəkəsinə çıxışını təmin edir. Xüsusi yüksək məhsuldarlı kommunikasiya xətlərinin istifadəsi, kartların ticarət terminallarında avtorizasiyası, bankomatlarda kartlara xidmət göstərilməsi, sistemin iştirakçıları arasında qarşılıqlı hesabatların həyata keçirilməsi və digər hallar zamanı ödəmə sisteminin coğrafi bölüşdürülmüş iştirakçıları arasında böyük həcmli verilənlərin ötürülməsi zərurətinə əsaslanmışdır. Ödəmə sistemlərinin spesifik cəhəti elektron verilənlərin – müasir dövrdə heç bir bankın fəaliyyət göstərə bilmədiyi elektron ödəmələrin xüsusi mübadilə formasının mövcudluğudur. Eletkron verilənlərin mübadiləsi (EVM) – rəsmi, kommersiya, maliyyə elektron sənədlərin kompütelər arasındakı mübadiləsidir. Məsələn, sifarişlərin, ödəniş təlimatlarının, müqavilə təkliflərinin, kvitansiyaların və s. mübadiləsi. Elektron verilənlərin mübadiləsi ticarət sazişinə hazırlıq prosesinin, müqavilələrin bağlanmasının və təchizatın reallaşdırılmasının bütün mərhələlərində ticarət əməkdaşları (müştərilər, təchizatçılar, ticarət vasitəçiləri və s. ) arasında əməli qarşılıqlı əlaqələri təmin edir. Müqavilənin ödənişi və pul vəsaitlərinin köçürülməsi mərhələsində elektron verilənlərin mübadiləsi maliyyə sənədlərinin elektron formada ötürülməsinə gətirib çıxarda bilir. Bununla ticarət – ödəmə əməliyyatları üçün effektiv şərait yaranır: Elektron verilənlərin mübadiləsinin genişlənməsinə mane olan əsas amillərdən biri əlaqə kanalı üzrə mübadilə zamanı təqdim edilən sənədlərin müxtəlifliyidir. Bu maneənin qarşısının alınması üçün müxtəlif təşkilatlar tərəfindən müxtəlif fəaliyyət sahələri üçün EVM sistemlərində sənədlərin təqdimatı standartları işlənib hazırlanmışdır. Bunlara misal olaraq TDCC (Transportation Data Coordinating Committee ), WINS - Warehouse Information Network Standarts (Ticarət anbarlarının informasiya şəbəkəsi standartı) və s. ni misal göstərmək olar.
Elektron ödəmələr banklar arası, ticarət və şəxsi hesablar zamanı tətbiq olunur. Banklararası və ticarət hesablar təşkilatlar (hüquqi şəxslər) arasında keçirilir, bununçün onlar bəzən korporativ adlandırılırlar. Fiziki şəxslər – müştərilərin iştirakı ilə həyata keçirilən hesabatlar isə şəxsi hesablar adını almışdır. Bank sistemlərində baş verən oğurluq hallarının çoxu birbaşa və ya dolayı yolla elektron ödəmə sistemləri ilə əlaqədardır. Elektron ödəmə sistemlərinin, xüsusilə müxtəlif ölkələrdə çoxlu sayda maliyyə institutlarını və onların müştərilərini əhatə edən qlobal elektron ödəmə sistemlərinin yaradılması yolunda bir çox maneələr durur. Onlardan ən mühümləri aşağıdakılardır:
1. Əməliyyatlar və xidmətlər üçün vahid standartların mövcud olmaması. Bu da öz növbəsində əhəmiyyətli dərəcədə birləşmiş bank sisteminin yaradılmasını çətinləşdirir. Hər bir iri bank özünün elektron verilənlər mübadiləsi şəbəkəsini yaratmağa cəhd göstərir, bu da onun saxlanmasına və istismarına çəkilən xərclərin artmasına səbəb olur. Bir – birini təkrarlayan sistemlər,bir – birinə qarşılıqlı əngəllər yaratmaq və müştərilərin imkanlarını məhdudlaşdırmaqla onların istifadəsini məhdudlaşdırır.
2. Pul vəsaitlərinin mobilliyinin artması. Bu da öz növbəsində dövr edən vəsaitlərin miqdarının və maliyyə vəsaitlərinin spekulyasiyası imkanlarını artırır. Bu cür pullar qısa müddət ərzində bazardakı vəziyyəti dəyişə , onu destabilləşdirə bilər.
3. Gələcək hesablamalar zamanı ciddi maneələrə və xüsusilə bank əlaqələrinin sıx kəsişməsi nöqteyi nəzərindən müştərilərin banka olan inamının azalmasına səbəb ola biləcək texniki vasitələrdə baş verən imtinalar və maliyyə hesablamalarının həyata keçirilməsi zamanı proqram vasitələrinin səhvlər. Bununla yanaşı, burada bilavasitə informasiya emalını idarə edən sistem administratorlarının və operatorlarının rolu əhəmiyyətli dərəcədə artır.
Loro – nostro hesablarının köməyilə iki bank arasında bilavasitə qurulan əlaqələr zamanı həyata keçirilən birbaşa hesablamalar yalnız təşkilatı və ya vasitəçi rolunu oynayan üçüncü şəxsin iştirakı ilə mümkündür. Əlbəttə , qarşılıqlı aparılan əməliyyatların həcmi, bu cür hesablamalar sisteminin təşkilatı xərclərini ödəmək üçün kifayət dərəcədə böyük olmalıdır. Adətən bu cür sistem bir neçə bankları birləşdirir, bununla belə hər bir cütlük öz arasında bilavasitə vasitəçilər olmadan əlaqə saxlaya bilər. Lakin bu zaman qarşılıqlı fəaliyyətdə olan bankların mühafizəsi ilə məşğul olan (açarların paylanması, idarə etmə, hadisələrin qeydiyyatı və fəaliyyət göstərməsinə nəzarət) idarə etmə mərkəzinə ehtiyac yaranır. Hazırda kifayət dərəcədə çoxlu sayda bu cür sistemlər mövcuddur – bir neçə bankı birləşdirən kiçiklərindən tutmuş minlərlə iştirakçını bağlayan nəhəng beynəlxalq sistemlərə kimi. Bu sinifdən olan ən məşhurlarından biri SWIFT-dir. SWIFT – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya sistemi 70-ci illərdən başlayaraq fəaliyyət göstərməyə başlamışdır. SWIFT – in yaradılmasının əsas məqsədi banklardakı informasiyanın ötürülməsi zamanı layihədə iştirak edən bütün banklarnı və digər maliyyə təşkilatlarının qeyri – qanuni müdaxilədən mühafizə edilmiş, etibarlı, yüksək sürətli və günün 24 saat işləyən sistem ilə təmin edilməsidir. Müasir dövrdə texnologiyaya yüksək templərlə SWIFT-2 in yeni sisteminin daxil edilib. SWIFT sistemində ötürülən bir məlumatın dəyəri, teleqrafla göndərilən məlumatın dəyərindən aşağıdır. SWIFT şəbəkəsi üzrə ötürülən məlumat tiplərinin standartlaşdırılması Standartlaşdırma üzrə Beynəlxalq Komitet tərəfindən həyata keçirilib. SWIFT sistemi çərçivəsində məlumatların standart formatlarının tətbiqi aşağıdakı üstünlükləri verir:
1.Məlumatı göndərən və əldə edən tərəfindən onun müxtəlif cür interpretasiya edilməsinin mümkünlüyü istisna edilir;
2.Sistemdəki tranzaksiyaların fasiləsiz olaraq qeydə alınması əsasında ötürülən informasiyaya tam nəzarətin mümkünlüyü;
3.Sistemin bank-istifadəçisi avtomatik olaraq, həyata keçirilmiş əmrlər üzrə gündəlik hesabatları yarada bilər. Bütövlükdə SWIFT sistemi müxtəlif əlaqə kanalları ilə birləşmiş kompüter mərkəzləri əsasında qurulmuş qlobal hesablama şəbəkəsini ifadə edir. Əsas emaledici kompüter mərkəzləri ABŞ və Hollandiyada yerləşdirilmişdir. Bu mərkəzlər bir – biri ilə SWIFT cəmiyyətinə daxil olmuş ölkələrdə quraşdırılan regional host kompüterlərlə əlaqələndirilir. Məlumatı göndərən bankın göndərdiyi informasiya uyğun əlaqə kanalları üzrə (məsələn, kommutasiya edilmiş və ya telefon xətləriylə ayrılmış ) modem vasitəsilə regional host kompüterə daxil olur. Məlumatın regional host kompüterə qədər ötürülməsinə görə məlumatı göndərən bank məsuliyyət daşıyır. SWIFT sisteminin regional mərkəzində məlumatların standartlara uyğun olub olmaması yoxlanılır, onlar toplanır, şifrələnir və təyinatına görə ötürülür. SWIFT sistemində ötürülən məlumatların məxfiliyinə və qorunmasına zəmanət verən çoxsəviyyəli mühafizə sistemi tətbiq edilir. Burada İSO standartlarına uyğun olan kriptoqrafik metodlardan istifadə olunur. SWIFT sisteminin proqram – apparat reallaşdırılmasından danışarkən qeyd etmək lazımdır ki, bu cür reallaşdırmanın bütün mümkün variantları da dəqiq standartlaşdırılır. SWIFT şəbəkəsinə qoşulmaq üçün müxtəlif səviyyəli interfeyslər qismində müxtəlif məhsuldarlığa malik olan və müxtəlif kompüter platformaları əsasında reallaşa bilən ST200, ST400 və ST500 interfeysləri istifadə olunur. SWIFT sistemi aşağıdakıları təmin edir: Etibarlılıq; Təhlükəsizlik; Sürət; Effektivlik. Bütün iri ölkələrdə öz aralarında banklararası əməliyyatların həyata keçirilməsi məqsədilə milli ödəmə sistemləri mövcuddur. Məsələn, ABŞ – da Fedwire – federal ehtiyat bank sistemi şəbəkəsi, CHİPS – banklararası ödəmə şəbəkəsi və Bankwire istifadə olunur. Fransada banklararası hesablamalar SIT sistemi əsasında həyata keçirilir. Böyük Brritaniyada CHAPS (Clearing Houses Automated Payment System) və BAСS (Bankers Automated Clearing Services) sistemləri tətbiq olunur.
Müasir dövrdə bank əməliyyatlarının fəaliyyətdə olan sistemləri bank məlumatları və hesablama sistemlərinə ayrılırlar. Onlar arasında fərq ondan ibarətdir ki, bank məlumatları sistemi çərçivəsində yalnız hesab sənədlərinin saxlanması və operativ ötürülməsi həyata keçirilir,ödəmələrin nizaman salınması isə bank iştirakçılarına həvalə edilir,hesablama sisteminin funksiyaları isə bilavasitə üzvlərin qarşılıqlı tələbləri və öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədardır. Birinci qrup sistemlərə SWIFT və Bankwire kimi sistemlər, ikinci qrup sistemlərə isə Bankwire, CHAPS və CHIPS kimi sistemlər aid edilir. Bu sistemlərin bəzilərini nəzərdən keçirək.