Yer səthinin quruluşu relyef adlanır. Relyefi geomorfologiya elmi öyrenir. Ən böyük müsbət relyef formaları materik çıxıntıları, mənfi relyef formaları isə okean çökəkliklərindir. Buna baxmayaraq, əsas relyef formaları dağlar və düzənliklər hesab edilir.
Zirvəsi, yamacları, ətəkləri aydın nəzərə çarpan və nisbi hündürlüyü 200 m-dən çox olan relyef forması
dağ, 200 m-dən az olan relyef forması isə
təpə adlanır.
Dağ zirvələrini birləşdirən xətt suayırıcı, suayırıcının keçid üçün əlverişli olan yeri
aşırım adlanır. Şiş uclu dağ zirvəsi
pik adlanır.
Quruda ən hündür dağ sistemi Himalay (Everest, Comolunqma-8848m), ən uzun dağ sistemi isə And (9000 km) dağlarıdır.
Mənşəyinə görə dağlar iki əsas qrupa ayrılır:
- Tektonik dağlar: qırışıq (cavan dağlar: Alp, Himalay, Karpat və s); qırışıq-faylı ( qədim dağlar: Ural, Appalaç, Skandinaviya və s)
- Vulkanik dağlar: ( Kazbek, Elbrus,Savalan, Vezuvi və s).
Mütləq
hündürlüyünə görə dağlar üç yerə bölünür:
- Alçaq dağlar — hündürlüyü 1000 m-ə qədər olan dağlar: Qobustan, Ələt, Qazaxıstan alçaq dağları və s.
- Orta yüksəklikli dağlar – hündürlüyü 1000m-2000m arası olan dağlar:Ural, Appalaç, Böyük Suayrıcı və s .
- Yüksək dağlar — hündürlüyü 2000m- dən çox olan dağlar: Qafqaz, Himalay, And Kordilyer və s.
Arxey,Proterozoy və Paleozoy eralarında (Baykal Kalendon, Hersin qırışıqlıqları) yaranmış dağlar qədim, Mezozoyun sonu və Kaynazoy eralarında(Mezozoy və Alp qırışıqlıqları) yaranmış dağlar isə cavan hesab olunur. Cavan dağlar, əsasən litosfer tavalarının sərhədində (geosinklinal qurşaqlarda) yerləşir
- Qədim dağlar: Appalaç, Böyük Suayrıcı,Kap Əjdaha, Skandinaviya, Ural, Altay,Sayan, Tyan- Şan, Zabaykalye, Pribaykalye və s.
- Cavan dağlar: Kordilyer, And, Atlas, Alp Pireney, Apennin, Karpat, Krim, Balkan, Qafqaz, Zaqros, Kopetdağ, Pont, Tavr, Pamir, Himalay və .s
Yer səthinin nisbətən hamar sahələri
düzənlik adlanır.
Düzənliklər mütləq hündürlüklərinə görə üç qrupa bölünür:
- Ovalıq — mütləq hündürlüyü 200m-ə qədər olan düzənlikdir. Okean (dəniz) səviyyəsindən aşağı olan ovalıqlar çökəklik adlanır. Yer kür- əsinin ən böyük ovalıqları: Amazon, Missisipi, Orinoko, La-Plata, Atlantiksahili, Meksikasahili, Mesopotamiya, Hind-Qanq, Kür-Araz, Qərbi Sibir, Orta Dunay, Xəzəryanı, Turan, Mərkəzi Avstraliya və s.
- Yüksəklik-mütləq hündürlüyü 200m-500m arası olan düzənlikdir. Mərkəzi, Böyük (Şimali Amerika) Şərqi Avropa, Gəncə-Qazax və s.
- Yayla — mütləq hündürlüyü 500m-dən çox olan düzənlikdir. Tibet, Anadolu, İran, Orta Sibir, Tibet, Anadolu, Dekan, Qarabağ, Braziliya, Qviana,Pataqoniya, Meksika, Kolorado, Efiopiya, Şərqi Afrika, Qərbi Avstraliya və s.
Düzənliklər mənşəyinə görə iki qrupa bölünür:
- Akkumulyasiya düzənlikləri səthi çökmə süxurlarla örtülmüş hamar, azmeyilli düzənliklərdir (Kür-Araz, Amazon və s.)
- Denudasiya düzənlikləri süxurların aşınması və parçalanması nəticəsində qədim dağların yerində yaranmış düzənliklərdir (Ərəbistan, Dekan və s.)
Qeyd: Endogen qüvvələrin təsiri ilə yaranan relyef formaları
morfostruktur, ekzogen qüvvələrin təsiri ilə yaranan relyef formaları isə
morfoskulptur adlanır.
* Səth (axar) sualarının təsiri ilə yaranan (eroziya proseslər) relyef formaları: çay dərəsi, gətirmə konusu, delta,terras, suba- sar, astana, şəlalə, meandr,yarğan, qobu, kanyon;
* Buzlaqların təsirindən yaranmış(ekzarasiya prosesi) relyef formaları: moren, troq, sirk, kar;
* Yeraltı suların təsirindən yaranmış (karst prosesi) relyef formaları: mağara, karst qıfı;
* Küləklərin təsirindən yaranmış (eol prosesləri-deflyasiya ) relyef formaları: baxan, dyum, qum tirələri; Dəniz dalğalarının təsirindən ,yaranan (abraziya prosesi) relyef formaları: qum tirələri;
* Canlı orqanizimlərin təsirindən yaranan relyef formaları: mərcan adaları (atollar) və rifləri.
Okean dibinin relyefi
Okean dibində olan düzənliklər iki əsas qrupa bölünür:
- Materik dayazlığı (self düzənliklər) 200m-ə qədər dərinlikləri əhatə edir. Səthi hamar və az meyillidir. Materik mənşəli yer qabağına malikdir. Fiziki xəritələrdə açıq mavi rəngdə təsvir olunur. Şimal Buzlu okeanının 1/3-ni əhatə edir. Okeanın ən çox istismar (neft-qaz hasilatı, balıqçılıq və s.) olunan hissəsidir.
- Okean yatağı (abissal düzənliklər) düzənlikləri 3000-6000 m dərinlikləri əhatə edir.Yer kürəsinin 50 %-ni tutur. Okean tipli yer qabığına malikdir.
Okean dibində yerləşən dağlar
rift adlanır. Okean dibinin 15%-ni Orta okean dağ silsilələri tutur.Bu dağlar divergent sərhəddə yerləşməklə ümumi uzunluğu 70.000 km-dən artıqdır. Onların nisbi hündürlüyü 2500- 3500m eni isə 1500-2000 km-ə çatır. Orta Okean dağ silsilələrinin okean səthinə çıxdığı yerlərdə adalar (Məsələn, Atlantik okeanında-İslandiya adası) əmələ gəlir.
Okean ən çox dərinliyə malik olan ensiz hissələri okean çökəkliyi və ya nov adlanır. Məsələn, Sakit Okean – Marian novu 11022m.
Həmçinin bax:
Əsas relyef formaları