Vergilər çox qədim zamanlarda, demək olar ki, döv-lətlə eyni vaxtda meydana gəlmiş və büdcə gəlirlərinin başlı-ca mənbəyidir. Lakin o, sonralar cəmiyyət inkişaf etdikcə, mövcub sosial-iqtisadi şəraitə uyğun olaraq, gəlirlərin səfər-bərliyə alınmasının əsas metodu kimi əsaslı dəyişikliklərə uğramış və yeni-yeni növləri meydana gəlmişdir.
Vergi–dövlətin maliyyə təminatı məqsədilə vergi ödə-yicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləş-dirilməsi şəklində dövlət düdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Ölkədə alınan vergi, rüsum və tədiyələrin, həmçi-nin onların forma və metodlarının toplusu isə vergi siste-mini əmələ gətirir.
Vergilər aşağıdakı vəzifələri yerinə yetirir:
- Dövlət xərclərinin maliyyələşdirilməsi–fiskal vəzifə;
- Ayrı-ayrı sosial qrupların gəlirləri arasındakı nisbətin dəyişdirilməsi yolu ilə sosial tarazlığın təmin olunması–sosial vəzifə;
- Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi – tənzimləmə vəzifəsi;
- Vergi ödəyicilərinin maraqlandırılması–stimullaşdırma vəzifəsi.
Vergilər cəmiyyətin sosial həyatında çox mühüm rol oynayırVergilərin, vergi ödəyicilərinin imkanları nəzərə alın-maqla müəyyən edilməsi prinsipi mütərəqqi vergitutma qay-dasının meydana gəlməsinə səbəb olmuşdur. Bu, o demək-dir ki, gəlirlər hissələrə bölünür, onun hər sonrakı artan məbləğindən daha yüksək normalarla vergi tutulur.
Vergilərin
tənzimləmə vəzifəsi özünü: 1) Vergitutma sisteminin müəyyən edilməsi və dəyişdirilməsində; 2) Vergi dərəcələrinin dəyişdirilməsi və fərqləndirilməsində; 3) Döv-lətin iqtisadi proqramına uyğun olaraq mənfəətin və kapi-talın bir hissəsinin vergidən azad edilməsi üçün güzəştlərin nəzərdə tutulmasında göstərir.
Hökumət tərəfindən seçilmiş vergitutma sistemi çox mühüm tənzimləmə vəzifəsini yerinə yetirir.
Dövlət, xarici ticarətdə himayədarlıq siyasətini seç-məklə və gömrük vergisini tənzimləməklə, bir sıra prob-lemlərin həll olunmasına təsir göstərir.
Müasir dövrdə vergi sistemi daha çevik tənzimlənir. Belə ki, dövlət tənzimləmə orqanları vergi qanunvericiliyi-nin əsaslarını və strukturunu saxlamaqla, vergi dərəcələrini seçmə yolu ilə, müvəqqəti olaraq aşağı salır, dövlətin iqtisadi siyasətini həyata keçirən müəssisələr üçün vergiləri hətta ləğv edirlər
Vergilər iki yerə bölünür: 1) Müstəqim(birbaşa) vergilər; 2) Dolayı vergilər. Müstəqim vergilərə vətəndaşların gəlirlərindən və onlara məxsus olan əmlakdan, korporasiyaların (firmaların) mənfəətindən tutulan, habelə sosial vergilər (məsələn, sosial sığorta ayırmaları), topraq vergisi və s. aiddir. Bunlar konkret fiziki və ya hüquqi şəxslərdən tutulur və buna görə də müstəqim (birbaşa) vergilər adlanır. Dolayı vergilərə isə əlavə dəyər vergisini, aksizləri, daşınmaz əmlak və qiymətli kağızlarla aparılan sövdələşmələrə görə alınan vergiləri və s. misal göstərmək olar.
Büdcənin gəlir mənbələrindən biri vətəndaşların gəlirləri və onların əmlakından tutulan vergilərdir. Bu verginin obyekti əldə edilməsi mənbələrindən asılı olmayaraq vətəndaşların şəxsi gəlirləridir (əmək haqqı, sahibkar gəliri, faiz, dividend, renta, qələm haqqı və i.a.). Bu vergilər mütərəqqi vergi dərəcələri ilə tutulur. Başqa sözlə, əvvəlcə vergiyə cəlb olunmayan minimum məbləğ müəyyən edilir. Sonra qalan məbləğdən mütərəqqi dərəcə ilə, yaxud da həmin məbləğ müxtəlif hissələrə bölünməklə, hər sonrakı hissədən daha mütərəqqi dərəcələrlə vergi tutulur.
Dövlət büdcəsinin gəlirləri əsas etibarılə müxtəlif mülkiyyət formasına mənsub olan müəssisələrin mənfəətin-dən tutulan vergilər hesabına formalaşır. Vahid vergi siyasə-tinə əsaslanan bu bölgü mexanizmi, müəssisələrin əldə etdik-ləri mənfəətin qanunla müəyyən olunmuş bir hissəsinin ver-gi şəklində dövlət büdcəsinə yönəldilməsini nəzərdə tutur. Mənfəət vergisini hüquqi şəxs statusu olan korporasiyalar (firmalar, müəssisələr) ödəyirlər. Lakin kiçik bizneslə məşğul olan bəzi firmalar üçün istisna halları nəzərdə tutulmuş Torpaq vergisi də vardır. Bu vergi torpaq mülkiy-yətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətlərinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergitutma obyekti fiziki şəxslərin və müəssisələrin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsidir.
Büdcə gəlirləri içərisində sosial sığorta ayırmalarının da rolu artır. Sosial sığorta ayırmaları həm ayrı-ayrı şəxslər, həm də müəssisələr tərəfindən ödənilir. Bununla əlaqədar olaraq şəxsi əmlak sığortası və sosial sığortanı bir-birindən fərqləndirmək lazımdır. Birinciyə tikintinin, əmlakın və s. icbari və ya könüllü sığortası aiddir. Ikinciyə isə qanun-vericilikdə müəyyən olunmuş norma ilə əmək haqqına görə hesablanan və istehsal xərclərinə daxil edilən, yaxud da işçilərin əmək haqqından tutulan məbləğlər (məsələn, pen-siya fonduna hesablamalar) nəzərdə tutulur.
Sosial sığorta ayırmaları məqsədli xarakter daşıyır, büdcədənkənar xüsusi fondlara daxil olur və pensiya verilməsi, habelə yardım göstərilməsinə sərf edilir.
Dolayı vergilərin növlərindən biri aksizlərdir. Aksiz əmtəələrin satış və göstərilən bəzi xidmət növlərinin tarif qiymətlərinə əlavə şəklində müəyyən edilir. Bu verginin ödəyiciləri istehlakçılardır.
Aksiz sözün dar mənasında məhdud miqdarda əmtəələrin, bir qayda olaraq kütləvi istehlak mallarının qiymətlərinə əlavə edilir. Geniş mənada isə dolayı verginin iki növünü – satış vergisi və əlavə dəyər vergisini özündə birləşdirir.
Aksiz duzun satış qiymətinə əlavə şəklində qədim Romada meydana gəlmişdir. XVII – XIX əsrlərdə isə əmtəə-pul münasibətlərinin genişlənməsi ilə əlaqədar olaraq vergilərin başlıca növünə, Avropanın qabaqcıl ölkələrinin əksəriyyətində dövlət gəlirlərinin əsas mənbələrindən birinə çevrilmişdir. Hazırda geniş mənada başa düşülən aksiz, inkişaf etmiş ölkələrdə bütün vergi gəlirlərinin təqribən 1/4-ni təşkil edir.
Aksizlər, cəlb olunma üsuluna görə iki yerə bölünür: 1) Fərdi (seçmə) aksizlər; 2) Universal aksizlər.
Kapitalizmin inkişafının erkən çağlarında fərdi aksizlər geniş yaylmışdı. Bu, başlıca olaraq duz, şəkər, kibrit, tütün, spirtli içkilərin qiymətlərinə əlavə olunmuşdur. Imperializm mərhələsində seçmə aksizin şamil edildiyi əmtəələrin siyahısı genişləndirilmiş və avtomobillərin, soyu-ducuların, ətriyyat mallarının qiymətlərinə də daxil edil-mişdir. Son dövrlərdə bu vergi benzin, ağ neft, qaz, habelə telefon xidmətləri, nəqliyyatda yükdaşınması, avia və dəmir yolu biletlərinin qiymətlərinə də əlavə edilir. Hazırda Almaniyada 20, Yaponiyada isə 600-dən çox seçmə aksiz fəaliyyət göstərir.
Ikinci dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin çoxunda seçmə aksizə universal aksiz və ya döv-riyyə vergisi – müəssisələrin ümumi gəlirindən faizlə alınan vergi əlavə edilmişdir. Hazırda dövriyyə vergisi demək olar ki, iki ölkədə – ABŞ və Kanadada tətbiq edilir. Dövriyyə vergisi nəticə etibarilə pərakəndə satış qiymətlərinin vasitəsilə istehlakçılar tərəfindən ödənilir. XX əsrin 60-cı illərində isə Qərbi Avropa ölkələrində dövriyyə vergisinin əvəzinə universal aksizin yeni növü – əlavə dəyər vergisi tətbiq olunur.
Verginin bu növünün dövriyyə vergisindən fərqi ondadır ki, o, əmtəələrin bütün dəyərindən deyil, istehsal və satışdan ibarət olan ümumi zəncirin hər sonrakı mərhələsində əlavə dəyərdən alınır. Başqa sözlə, vergiyə, şirkətlərin öz məhsullarını reallaşdırdıqdan sonra əldə etdikləri pul və göstərdikləri xidmətlərə görə daxil olan məbləğlə, mal satanlardan satın alınmış xammal, yarımfabrikat və xidmətlərə sərf olunan xərclər arasındakı fərq kimi hesablanan əlavə dəyərə görə müəyyən edilir.
Əlavə dəyər vergisi təcrübədə aşağıdakı kimi hesablanır. Müəyyən edilmiş norma ilə satılmış məhsulların bütün dəyərinə görə vergi məbləği hesablanır, sonra bundan həmin məhsulların istehsalına sərf olunan xammal, yanacaq, yarımfabrikat və xidmətlərin dəyərinə görə hesablanan vergi çıxılır.
Əlavə dəyər vergisi bir qayda olaraq ayda bir dəfə ödənilir və vergi dərəcəsi 8-20% arasında tərəddüd edir. Almaniyada və Böyük Britaniyada sənayenin bütün sahələri və xidmət növləri üçün vergi dərəcələri eynidir.
Əlavə dəyər vergisi əsas etibarilə pərakəndə satış qiymətlərinin tərkibində istehlakçılar tərəfindən ödənilir.
Əlavə dəyər vergisindən müəssisələrin xarici iqtisadi fəaliyyətlərini tənzimləmək üçün kifayət qədər səmərəli istifadə edilir. Bir çox ölkələrdə xaricə mal ixrac edən müəs-sisələri stimullaşdırmaq məqsədilə onların ixrac etdikləri məhsulların qiymətlərinə daxil edilmiş əlavə dəyər vergisi sonradan özlərinə qaytarılır.
Ölkəmizdə araq-konyak və spirt qatılmış içkilər, şampan şərabı, pivə, nərə və qızıl balıq kürüsü, təbii xəz və gön-dəri məmulatı, məişət kondisionerləri, maşında toxun-muş xalçalar və xalça məmulatları, minik maşınları, müxtə-lif növ siqaretlər və s. üzrə aksiz vergisi müəyyən edilmişdir.
Digər vergi növləri də (əmlak, yol, mədən, yerli) vardır. Əmlak vergisinin obyekti fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan binalar, avtonəqliyyat, su və hava nəqliyyatı vasitələri, yol vergisinin obyekti ölkənin ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri, mədən vergisinin obyekti isə yerin təkindən çıxarılan faydalı qazıntılardar.
Yerli vergilər (bələdiyyə vergiləri) müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq olunan və onların ərazilərində ödənilən vergilərdir. Bələdiy-yələr öz ərazilərində yerli vergitutma üzrə güzəştlər edə və müəyyən hədlərdə vergi dərəcələrini dəyişdirə bilərlər.
Müəyyən olunmuş qaydalara görə bəzi vergilər mərkəzi, bəziləri isə yerli büdcəyə daxil olur. Məsələn, aksizlər tamamilə yerli büdcəyə daxil olur, korporasiyaların (firmaların) mənfəətindən tutulan vergilər isə mərkəzi və yerli büdcə arasında müəyyən nisbətdə bölüşdürülür. Lazım gəldikdə yerli büdcə mərkəzi büdcədən subsidiya alır.
Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə büd-cənin mədaxilinin 40%-i şəxsi gəlirlərin, 10%-i korporasi-yaların mənfəətindən tutulan vergilərin, 30%-i sosial vergi-lərin (ayırmaların), 10%-i əlavə dəyər, 5%-i gömrük, 5%-i isə digər vergilər və vergi daxilolmalarının payına düşür.
Müstəqim vergiləri istehlakçılardan tutmaq mümkün deyildir. Onlardan yalnız torpaq vergisini və digər daşınmaz əmlakdan alınan vergiləri tutmaq çətinlik törətmir. Ona görə ki, bu vergilər icarə haqqı və mənzil kirayəsinə, kənd təsərrüfatı məhsullarının qiymətlərinə daxil edilir.
Dolayı vergiləri isə əmtəə və xidmətlərin elastikliyi göstəricisindən asılı olaraq son istehlakçılardan tutmaq mümkündür. Belə ki, tələbin elastikliyi aşağı olduqda verginin çox hissəsini istehlakçıdan "çıxartmaq" mümkün olur. Tələbin elastikliyi yüksək olduqda, dolayı vergilərin artırılması istehlakın, təklifin elastikliyi yüksək olduqda isə bu, xalis mənfəətin azalmasına səbəb olur. Bu da öz növ-bəsində sərmayə qoyuluşunun ixtisar olunmasına, kapitalın digər fəaliyyət sahəsinə axıb getməsinə şərait yaradır. Vergilərlə bağlı bütün məsələlər dövlətin qanunvericiliyi əsasında tənzimlənir.