Vergi kateqoriyası üzrə məqalələr

Vergilərin mahiyyəti, vəzifələri və növləri

Vergilər çox qədim zamanlarda, demək olar ki, döv-lətlə eyni vaxtda meydana gəlmiş və büdcə gəlirlərinin başlı-ca mənbəyidir. Lakin o, sonralar cəmiyyət inkişaf etdikcə, mövcub sosial-iqtisadi şəraitə uy­ğun olaraq, gəlirlərin səfər-bərliyə alınmasının əsas metodu kimi əsaslı dəyişikliklərə uğramış və yeni-yeni növləri meydana gəlmişdir.
Vergi–dövlətin maliyyə təminatı məqsədilə vergi ödə-yicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləş-dirilməsi şəklində döv­lət düdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına kö­çürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Ölkədə alınan vergi, rüsum və tədiyələrin, həmçi-nin onların forma və metodlarının toplusu isə vergi siste-mini əmələ gətirir.
Davamı →

Qəribə vergilər

Vergilər bəşər tarixinin özü qədər qədimdir. İbtidai icma quruluşunun dağılması və ilkin dövlətlərin yaranması ilə vergilər də dövlətin maliyyə mənbələrinin əsas elementi kimi meydana çıxmışdir. Məğlub edilmiş xalqların qaliblərə ödədiyi bac-xərac verginin ilkin forması hesab olunur. Vergilər əsasən coğrafi şəraitə və iqtisadi vəziyyətə uyğun olaraq formalaşmışlar. Tarixi inkişaf dövründə müxtəlif vergilər və vergi sistemləri yaradılmışdır. Bununla belə tarixdə qədim zamanlardan müasir dövrümüzə qədər bəzi qəribə vergilər də mövcud olmuşdur.

Bizim eranın 70-ci illərində Roma imperatoru Tit Flavi Vespasian dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün vergiləri artırmış, yeni vergilər tətbiq etmişdir. İctimai tualetlərin təmizlənməsi üçün təyin etdiyi “tualet vergisi” ni gülüş hədəfinə çevirənlərə Vespasian bir cümlə ilə cavab vermişdir: “Puldan iy gəlmir”. Digər məlumata görə oğlu vergini iyrənc saydığından Vespasian qızıl pulu oğluna qoxlatdıraraq belə söyləmişdir.

Davamı →

Vergitutmanın prinsipləri, mexanizmi və tənzimlənməsi

Vergitutmanın əsas prinsipləri aşağıdakılardır:
1) Vergilər haqqında qanunvericilikdə vergitutmanın ümumi, bərabər, ədalətli olması təmin edilməli, vergi iqtisadi cəhət-dən əsaslandırılmalıdır;
2) Vergi dərəcələri, vergi ödəyici-lərinin imkanı, yəni gəlirləri nəzərə alınmaqla müəyyən edilməlidir. Başqa sözlə, fiziki və hüquqi şəxslərin imkanları müx­təlif olduğuna görə onlar üçün vergi dərəcələri də müx-təlif olma­lıdır. Yüzilliklər ərzində gəlirlərdən və əmlakdan mütərəqqi dərəcələrlə vergi tutulmasının zəruriliyi ideyası cəmiyyətin siyasi dairə­lərində geniş müzakirə obyekti olmuş, partiya proqramlarında, vergi qanunveri­cilik­lə­rində öz əksini tapmışdır;
Davamı →

Azərbaycanın vergi sistemi

Müasir Vergi sisteminin yaranma tarixi elə də qədim olmayan Azərbaycan Respublikasının vergi sisteminə nəzər salaq.


Azərbaycan Respublikasının vergi sistemi müstəqilliyimiz elan edildikdən son -ra,1991 ci ilin sonu 1992 ci ilin əvvəllərində təşəkkül tapmağa başlamışdır.


.Bu təşəkkül prosesini 3 mərhələyə ayırmaq olar:


1991-1992ci illəri əhatə edən 1 ci mərhələdə əsasən gəlirlərə və xərclərə qoyu-lan vergilər haqqında qanunlar qəbul edilmişdir.1991 ci ilin dekabrında “Əlavə də-yər vergisi” və ”Aksizlər”haqqında,1992 ci ilin iyununda “Hüquqi şəxslərin mən-fəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər” və “Fiziki şəxslərdən gəlir vergisi” haqqında,1992 ci ilin ortalarındanbaşlayaraq respublikanın müstəqil ver-gi xidməti orqanı formalaşmağa başladı.

Davamı →

Vergi sistemi və onu formalaşdıran əsas elementlər

Vergi münasibətləri yenidən bölüşdürücü xarakterli olduğundan ictimai tərəqqi bu münasibətlərin inkişaf səviyyəsindən asılıdır.İtisadiyyatda bazar münasibətlərinin formalaşdırılması istiamətində islahatların həyata keçirilməsi səmərəli vergitutma sistemi yaratmadan mümkün deyildir.Vergi münasibətlərinin təkmilləşdirilməsi bütün dövlətlərin fəaliyyətlərinin ən vacib,eyni zamanda mürəkkəb sahələrindən hesab olunur.Sosial yönümlü bazar itisadiyyatlı bütün ölkələrdə vergi sistemi itisadyyatın tənzimlənməsində,büdcə gəlirlərinin formalaşmasında,qiymət artımının məhdudlaşdırılmasında,infilyasiyanın arşəsının alınmasında,dövlət maraqlarının əsas daşıyıcısı kimi çıxış edir.Vergi sistemi təkrar istehsal prosesinin iştirakçılarının iqtisadi maralarını ifadə etməklə,onların tarazlığını və bununla da ictimai tərəqqini təmin edir.

Davamı →

Vergi nədir və vergilərin mahiyyəti

VERGİ NƏDİR?
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi – dövlətin ən önəmli gəlir qaynağıdır.
Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir.

Davamı →
Top