Müasir Vergi sisteminin yaranma tarixi elə də qədim olmayan Azərbaycan Respublikasının vergi sisteminə nəzər salaq.
Azərbaycan Respublikasının vergi sistemi müstəqilliyimiz elan edildikdən son -ra,1991 ci ilin sonu 1992 ci ilin əvvəllərində təşəkkül tapmağa başlamışdır.
.Bu təşəkkül prosesini 3 mərhələyə ayırmaq olar:
1991-1992ci illəri əhatə edən 1 ci mərhələdə əsasən gəlirlərə və xərclərə qoyu-lan vergilər haqqında qanunlar qəbul edilmişdir.1991 ci ilin dekabrında “Əlavə də-yər vergisi” və ”Aksizlər”haqqında,1992 ci ilin iyununda “Hüquqi şəxslərin mən-fəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər” və “Fiziki şəxslərdən gəlir vergisi” haqqında,1992 ci ilin ortalarından başlayaraq respublikanın müstəqil ver-gi xidməti orqanı formalaşmağa başladı.
1993-1996 ci illəri əhatə edən ikinci mərhələdə bazar iqtisdiyyatının tələblərinə uyğun olaraq bir sıra yeni vergi növləri haqqına qanunlar qəbul edilmiş,onların normativ-hüquqi bazası yaradılmışdır.Başqa sözlə 1993 ci ilin fevralında “Torpaq vergisi”,1995 ci ilin martında “Əmlak vergisi” və “Mədən vergisi”,1996 cı ilin de-kabrında “Dövlət yol fonduna vergilər” haqqında qanunlar qəbul edilmiş,vergi qa-nunlarının tədbiqi ilə bağlı təlimatlar,əsasnamələr işlənib hazırlanmışdır.
1996-cı ilin sonu 2000-ci il də daxil olmaqla son dövrü əhatə edən 2 ci mərhə-lədə cəmiyyətdə və iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərindən asılı ola-raq əvvəlki mərhələdə qəbuı edilmişqanunların təkmilləşdirilməsi istiqamətində iş-lər aparılmış,müvafiq vergi qanunlarında dəyişikliklər və düzəlişlər edilmiş,Resp-publika Prezidenti 1999 cu ilin yanvarında bilavasitə vergi orqanlarına da aidiyyatı olan “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahə-sində süni maneələrin aradan qaldırılması haqqında” fərmanı imzalanmışdı. Bu mərhələnin yekunu kimi 2000 ci ilin iyulunda “Vergi Məcəlləsi”nin qəbul edilməsini göstərmək olar.
Müasir şəraitdə respublikanın bazar iqtisadiyyatının tələblərinə əsaslanan ver-i sisteminin əsas vəzifələri aşağıdakılardır:
· gəlirlərin büdcəyə tam və vaxtında səfərdər edilməsini təmin etmək,əks halda dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsi qeyri-mümkün olar;
· əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin yenidən bölüşdürülməsi və forma-laşması xüsusiyyətlərini nəzərə almaqla istehsal və istehlakın həm xalq təsərrüfatı, həm də onun ayrı-ayrı sahələri üzrə tənzimlənməsi üçün şəraitin yaradılmasi.
Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:
-Dövlət vergiləri
-Muxtar respublika vergiləri
-Yerli vergilər(bələdiyyə vergiləri)
Dövlət vergiləri dedikdə,Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.
Muxtar respublika vergiləri dedikdə,Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.
Yerli vergilər(bələdiyyə vergiləri) dedikdə,Vergi Məcəlləsində və müvafi qanunla müəyyən edilən,bələdiyyələrin qərarlarına əsasən tədbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.
Azərbaycan respublikasının Vergi Məcəlləsinə əsasən xüsusi vergi rejimi tədbiq edilə bilər.Xüsusi vergi rejimi dedikdə,müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ölkənin vergi sistemi-nin əsasında aşagıdakı prinsiplər durur:
-vergilər haqqında qanunvericilik ergitutmanın ümumi,bərabər və ədalətli ol –
masına əsaslanmalıdır;
-vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır;
-heç bir şəxs əldə etdiyi mənfəətdən(gəlirdən) eyni növ vergini bir dəfədən ar-tıq ödəməyə məcbu edilə bilməz;
-vergilər siyasi,ideoloji,etnik,konfessional və vergi ödəyiciləri arasında möv-cud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskrimi-nasiya xarakteri daşıya bilməz;
-mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlıgından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağan-dır;
-Azərbaycan Respublikasının vergiləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edi- lir,onların dəyişdirilməsi və ya ləğv edilməsi Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir;
Dövlət vergilərinə aşağıdakılar aiddir:
-Fiziki şəxslərin gəlir vergisi
-Hüquqi şəxslərin mənfəət vergisi
-Əlavə Dəyər Vergisi
-Aksiz vergisi
-Hüquqi şəxslərin əmlak vergidsi
-Hüquqi şəxslərin torpaq vergisi
-Yol vergisi
-Mədən vergisi
-Sadələşdirilmiş vergi
Muxtar Respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan və yuxarıda sadalanan dövlət vergiləri aiddir(yol vergisi istisna olmaqla).
Yerli vergilər aşağıdakılardır:
-Fiziki şəxslərin torpaq vergisi
-Fiziki şəxslərin əmlak vergisi
-Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
-Bələdiyyə mülkiyyətində olan müəssə və təşkilatların mənfəət vergisi