Tarixdəki məşhurların hazırcavablılığı

Tarixdəki məşhurların hazırcavablılığı

1. Çörçill avam kamerasından danışarkən, müxalifət partiyasından bir qadın- millət vəkili Churchillə hirsli halda deyir:
- "Əgər həyat yoldaşınız olsaydım, qəhvənizin içinə zəhər qatardım."
Çörçill olduqca sakit halda qadına tərəf dönər və belə deyər:
- "Xanım, əgər arvadım siz olsaydınız, o qəhvəni sevə-sevə içərdim"

2. Sokrat və yoldaşı heç cür yaxşı dolana bilmirmişlər. Bir gün yoldaşı Sokrata qışqırmış, ağzına gələni söyləmişdir. Ərinin heç bir reaksiya vermədiyini gorən qadın bir vedrə suyu götürüb onun başına boşaltmışdır. Sokrat çox sakin:
- "Bu qədər göy gurultusundan sonra onsuz da bir yağış gözləyirdim" demişdir.

3. Bernard Shaw ilə Churchill heç yola gedə bilməz və tez-tez bir-birlərini iynələyərlərmiş. Bernard Shaw, bir oyunun ilk gecəsinə Churchilli dəvət etmiş və dəvətnaməyə də belə bir ismarıc qoymuşdur:
- "Sizə iki nəfərlik bilet göndərirəm. Bir dostunuzu götürüb gələ bilərsiniz. Təbii dostunuz varsa." Churchill, dərhal cavab göndərmişdir:

- "Təəssüf ki o gecə başqa bir yerə söz verdiyim üçün oyununuzu seyr etməyə gələ bilməyəcəyəm. İkinci gecə gələ bilərəm, təbii ki oyununuz ikinci gecə də oynasa. "

Çörçill yaman kişi olub4. Bir gün Əflatun (Platon), tələbələrindən birini qumar oynayarkən görmüş və şiddətlə danlamışdır. Tələbəsi:
- "Yaxşı, amma mən çox az bir pula oynayırdım" deyə etiraz etdikdə Əflatun cavab vermiş:
- "Mən səni itirdiyin pul üçün deyil, itirdiyin zaman üçün danlayıram."

5. Dünya nemətlərinə əhəmiyyət verməyən yaşayış və fəlsəfəsiylə məşhur filosof Diogen, bir gün çox dar bir küçədə zənginliyindən başqa heç bir şeyi olmayan qürurlu bir adamla qarşılaşır. İkisindən biri kənara çəkilməsə keçmək mümkün deyil. Məğrur zəngin aşağı təbəqə insanı kimi gördüyü filosofa:
- "Mən bir avaranın qarşısından kənara çəkilmərəm" deyər. Diogen kənara çəkilərək çox sakin bu qarşılığı verər:
- "Mən çəkilərəm."

6. Məşhur bir filosofa:
- "Sərvət ayaqlarınızın altında olduğu halda niyə bu qədər kasıbsınız?" deyə soruşulduğunda:
- "Ona çatmaq üçün əyilmək lazımdı ona görə" demişdir.

7. Qulaqlarının böyüklüyü ilə məşhur Qalileyə rəqiblərindən biri:
- "Cənab ,demiş, "Qulaqlarınız bir insan üçün bir az böyük deyilmi?"
Galiley: - "Bəli, mənim qulaqlarım bir insan üçün böyük, amma səninkilər bir eşşək üçün çox kiçik deyilmi?"

8. Bir yığıncaqda bir gənc Mehmet Akifi alçaltmaq istəyərək:
- "Bağışlayın, siz baytarsınızmı?"demişdir. Mehmet Akif heç halını pozmadan belə cavablamış:
- "Bəli, bir yeriniz ağrıyır?"

9. Yavuz Sultan Səlim, bir çox osmanlı padşahı kimi səfərə çıxacağı yerləri gizli saxlarmış. Bir səfərdən əvvəl vəzirlərindən biri təkidlə səfərin ediləcəyi ölkəni soruşduqda, Yavuz ona:
- "Sən sirr saxlamağı bilirsənmi?" deyə soruşmuş. Vəzir:
- "Bəli hökmdarım, bilirəm" dedikdə, Yavuz cavabı yerindəcə demiş:
- "Yaxşı, mən də bilirəm."

10. Bir filosofdan soruşmuşlar: - "Şansa inanırsınızmı?" Filosof:
- "Bəli, yoxsa sevmədiyim insanların nailiyyətlərini nəylə açıqlayardım"
Həmçinin bax:
Dahi insanların həyatında gülməli hadisələr

Mənbə:Big.az

Top