Sevgidən nifrətə bir addımdır!

Sevgidən nifrətə bir addımdır!

Həyat bir neçə mücərrəd anlayışlar üzərində qurulub bu isə öz növbəsində heç bir qanun və çərçivə tanımadan insan yaşamının ayrılmaz hissəsinə çevrilir. Yaşanan və yaşadılar həyat nüansları insanı xoş simalı mələyə və ya pis niyyətli iblisə çevirir. Bizi güldürən və kövrəldən bu hisslər hansıdır və niyə onların açılışını qavraya bilmirik, niyə zəkamız bunların qarşısında acizdir? Bunlar bizim hər an qarşılaşdığımız duyğulardır: "Sevgi və nifrət"!.

Deyirlər sevgiyə gedən yol nifrət körpüsündən başlayır, əzim, cəsarət, tükənməyən iradə va məftunluq hissi artıq səviyyədə olanlar bu yolu sonuna qədər gedərlər-sevgi qalibi, tükənən enerji, istək duyğusunun yorğunluqla əvəz edənlər bu yolu yarım qoyarlar-sevgi canisi, sınmaz qəlbini qururuna qurban verənlər bu yola addım atıb sonra qaçarlar - nifrət bahisi olarlar.
sevgi şəkilləri
Qısa şəkildə bizdən öncə qeyd olunmuş sevgi və nifrət haqqında fikirlərə və gəldiyimiz yekun nəticəyə nəzər salaq: Qədim yunan filosofları "sevgini ilahi tərəfindən bəndəsinə verilən hədiyyə, nifrətin isə bəndənin özü yaratdığını" söyləyiblər. Demək insana sevginin hədiyyə olduğu təqdirdə nifrətin isə özünün əldə etdiyi haqqında fikirlər bəzən həyatımızda tam yerini tapır. İnsan göz açdığı, böyüdüyü və vətandaşlığını daşıdıyı quru bir torpağı ana yurd adlandırır, hansı ki, gözünü həyata açan körpə yanında ilk dəfə anasını görür və onun nəvazişi qayğısı altında yaşa dolur, ananın onun üzərində olan əziyyətini görüb ona olan sevgini sonsuz olduğunu qavrayır, daima onun üçün canından belə keçməyə hazır olur və vətənə olan sevgini anaya olan məhəbbət ilə eyni tutur, vətəni ana vətən adlandırır və ya əks nümunə illərcə birlikdə həyatının ayrılmaz hisəsi olan sevimli dostuna duyduğu sevgini insan dostun bir tək səhf addımı nəticəsində nifrət hissi ilə əvəz edir, onu həyatından çıxardır və hisslər aydın şəkildə şaxələnir. Bu iki hiss bir-biri ilə tam təzad təşkil edir, sevgi insanın simasında gülərüzlülük, parlaq gözlər,nifrəti isə qaraqabaq, acı simalı cizgilərlə verilir.
Barbara Bretton Tək va Yalniz əsərində (one and only) sevgi disturunu: öyrəşmə+alışma+əbədi birlik, nifrət: nakam sevgi+qəlbin ömürlük həbsi+ürəyin və beynin əbədi dayanması kimi qiymətləndirmişdir. Bundan belə nəticəyə gəlmək olar ki, nifrət sevgi sahəsində yaranır və hər ikisinin yekunu əbədiyyətlə nəticələnir biri əbədi birlik digəri isə əbədi əzabla sonlanır. Amma bunu da qeyd etməliyik ki, bəzən həyatda istisna hallarda vardır nifrət sevgi ilə əvəz olunur, nifrət bəslədiyin birinə zamanca alışınca ona olan sevgini aşkar edirsən və buda danılmaz faktdır.

Ən əsası budur ki, Sevgi yarada bilmiriksə Nifrətə doğru atılan addımların qarşısını alaq!

Editor: Sevgi və Nifrət arasında incə bir fərq daha var.. Sevgi açmış bir çiçək ikən, nifrət isə daha toxumdur..

mənbə-www.evlənirik.biz
Top