X yüzilliyin əvvəlləri maarifçilik hərəkatının təsiri ilə Azərbaycanda yeni üsullu məktəblərin açılması, 1901-ci ildə Bakıda qız məktəbinin fəaliyyətə başlaması, qadınlar arasında təhsilin genişlənməsi, ictimai həyatda onların daha çox nəzərə çarpmaları ilə əlamətdardır. Bakı və Tiflisdə nəşr olunan qəzet-jurnallarda dövrün qabaqcıl ziyalıları qadın azadlığı uğrunda apardıqları mübarizəni ən əvvəl onların təhsil probleminin həllinə yönəltmişdilər. Gəncə ziyalıları Əli Razi, Əli Nəzmi və başqaları?da qızların erkən yaşda ərə verilməsi kimi adətlərin ləğv edilməsi, ailədə qadının məruz qaldığı təhqirlərə son qoyulması, qadın azadlığı yolunda maneələrin aradan qaldırılması üçün mətbuatın gücündən cəsarətlə istifadə edirdilər.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə oğlanlar üçün məktəblərin açılmasına və (dünyəvi, yoxsa dünyavi) təhsilin tətbiqinə erkən yiyələnmişdi. Gəncə qəzasında ilk dövlət məktəbinin əsası 1833-cü il fevralın 18-də qoyulmuş və Azərbaycanda hökumət tərəfindən tikilib istifadəyə verilən maarif müəssisəsi kimi tarixə düşmüşdür. Lakin bu məktəb beynəlmiləl tərkibə malik idi. Buraya cəmi 38 oğlan şagird cəlb olunsa da, azərbaycanlı uşaqlarla yanaşı, rus və digər millətlərdən olan şagirdlər?də təhsil alırdılar. Yerli əhali məktəbə rəğbət bəsləyir, maddi vəsaitlə kömək edirdi.XIX yüzilliyin ortalarında Gəncədə oğlanlar üçün xüsusi müsəlman məktəbləri fəaliyyət göstərməyə başladı. 1860-cı ildə bu məktəblərdə 200-ə yaxın şagird oxuyurdu. 60-cı ilin ortalarında isə artıq Gəncə məktəblərində 981 nəfər şagird təhsil alırdı.Gəncə xalq maarifinin tarixini araşdıran professor S.Şükürovun yazdığına görə, 1873-cü ildə Yelizavetpolda qadın məktəbi açılmışdı. Bu məktəbin (müdirələri, yoxsa müdirləri ) Mahtaba xanım və Yekaterina Vitoviç olmuşdur. XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslər Azərbaycan qadınlarının?da öz potensial imkanlarını reallaşdıra bilməsinə şərait yaratdı. Azərbaycanın təhsil almış, ziyalı qadınlarının xeyriyyəçilik və maarifçilik fəaliyyətləri, qadın cəmiyyətlərinin təsis edilməsi qız məktəblərinin yaranmasına təkan verdi. Mərkəzi Tiflisdə yerləşən “Müqəddəs Nina” xeyriyyə cəmiyyəti Bakı?da, o cümlədən Gəncədə eyniadlı qadın tədris müəssisələri açdı. 1883-cü ildə Gəncədə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin təşkil etdiyi qızlar gimnaziyası fəaliyyətə başladı.
Lakin bu məktəblərdə təhsil rus dilində olduğundan burada yalnız rus məmurlarının uşaqları oxuyurdular. Cəmiyyət imkanlı adamların (ianəsi, yoxsa iyanəsi ) hesabına, üzvlük haqqı, zəngin ailələrdən olan qızların təhsil haqqı və mədəni tədbirlərin keçirilməsindən toplanan vəsait hesabına fəaliyyət göstərirdi.
1895-ci ildə Gəncədə qadın gimnaziyası açılmış, amma dövlət vəsaiti ilə təmin edilmədiyinə görə yalnız 1906-cı ilə kimi fəaliyyətini davam etdirə bilmişdir. Qeyd edək ki, burada oxuyan 400 qız şagirddən ancaq 3-ü azərbaycanlı idi.
1898-ci il aprelin 23-də isə Gəncənin Bağmanlar yaşayış sahəsinin İmamlı məhəlləsində əhalinin topladığı vəsait hesabına ilk rus-tatar (Azərbaycan) məktəbi açılmışdır. Görkəmli pedaqoq, məktəblilər üçün bir neçə dərsliyin müəllifi Mirzə Abbas Abbaszadə şəhər məktəbindən bu yeni tipli məktəbə Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdi. O həm oğlan, həm də qız şagirdlərin dərsliyə ehtiyacını nəzərə alaraq “Birinci şöbə üçün şəriət dərsi” və “İkinci şöbə üçün şəriət dərsi” adlı iki kitab hazırlayıb 1901-ci ildə Gəncədə çap etdirmişdir. Bu kitabları müəllif tərtibatını özü hazırladığı tədris proqramı və təcrübədə tətbiq etdiyi yeni tədris üsulu əsasında ərsəyə gətirmişdi. 1901-ci ildə M.A.Abbaszadənin işlədiyi şəhər məktəbində qız şöbəsi də təşkil edilmiş, savadlı qadın müəllimlər olmadığından orada ana dili və şəriət fənlərini tədris etmək M.A.Abbaszadəyə həvalə olunmuşdu.
Gəncədə ƏSGƏR AĞA HAQVERDİ BƏY OĞLU ADIGÖZƏLOVUN (GORANİ) 1909-cu ildə açdığı məktəb də çox məşhur idi. Yelizavetpolda (Gəncədə) bələdiyyə rəisi işlədiyi beş il ərzində Əsgər ağa Gorani özünün maarifçilik və xeyriyyəçiliklə bağlı xidmətləri ilə böyük hörmət qazanmışdı. Onun təşəbbüsü və vəsaiti ilə Gəncədə biri qızlar üçün olmaqla dörd məktəb açılmışdı. Daşkənddə boya-başa çatmış, PETERBURQ NƏCİB QIZLAR İNSTİTUTUNDA təhsilini başa vuraraq bir müddət Bakıda Tağıyevin qız məktəbində müəllim işləyən Xədicə Ağayeva (Əbdürrəhimova) 1909-cu ildə Gəncəyə gəlmiş, 1919-cu ilədək Adıgözəlovun qız məktəbinə rəhbərlik etmişdir.
Müəllif: Amalya Qasımova,“İşıq” jurnalı, 2013-cü il
Mənbə: AZƏRBAYCAN DİLİ 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Azərbaycan dili (tədris dili) fənni üzrə DƏRSLİK