Xınalıq

Xınalıq

Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir.

Azərbaycan Prezidenti İlham Əliyev: “İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşi hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi”.

Azərbaycanı özünəməxsus gözəlliyi, zəhmətkeş insanları, dili, milli etnoqrafik və memarlıq abidələri ilə şöhrətləndirən kəndlər, şəhərlər az deyil. Baba dağ, Şahdağ,Tufan dağı və Qiblə kimi yüksək dağlar arasında qərar tutan Xınalıq belə tarixi məkanlardandır. Təbiət bu yurda özünəməxsus gözəllik bəxş edib. Avropanın ən yüksək yaşayış məskənlərindən olan Xınalığın başının üstü, demək olar ki, ilboyu buzlaqlarla örtülü olur.

Xınalıq sözünün mənşəyi haqqında müxtəlif rəvayətlər mövcuddur. Belə rəvayətlərdən birində bildirirlir ki, guya haçansa çox qədimdə bu torpaqda insanlar xına bitkisi becərməklə məşğul olublar. Kəndin adı da söylədiyimiz məsələ ilə bağlanıb.

Xınalığın dağın zirvəsidə salınması bir vaxtlar onun müdafiəsi üçün əhəmiyyət kəsb edib. Deyilənlərə görə, qədim Xınalıq qala divarları ilə əhatə olunub və köçəri tayfalar kəndə hücum edərkən həmin qala divarlarını aşa bilməyiblər.

Hazırada Xınalıq bütövlükdə özünəməxsus memarlıq strukturu olan yaşayış massividir. Burada küçələr o qədər geniş olmasa da hər biri əhalinin istifadəsi üçün kəsə və əlverişlidir…

Dağ yolları Xınalığa aparır
Yurdumuzun ən böyük neməti onun insanlarıdır. Azərbaycanda müxtəlif xalqlar, millətlər və etnik qruplar yaşayırlar. Hamısı da bu vətənin bərabərhüquqlu, doğma övladlarıdır.

Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir.

Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir. Bu gün ölkəmizə gələn turistlər də Xınalığa rahat səfər edə bilirlər. Bu isə ölkə rəhbərliyinin xınalıqlılara qayğısının nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə bu kənddə olarkən deyib: “İndi Qubadan Xınaliğa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşi hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatina sevinc gətirdi”.



Bənzərsiz dil, bənzərsiz məkan
Burada evləri bir-birinə çox yaxın inşa edirlər. Ərazi dağlıq olduğundan çox zaman bir evin qapısı o biri evin damına açılır. Binaların belə tikilməsi şaxtalı-çoxğunlu çağlarda mənzillərin soyuqdan mühafizəsi üçün əhəmiyyətlidir.

Xınalıqlıların öz dili var və bu dilin bənzərinə heç yerdə rast gəlmək mümkün deyil. Xınalığın öz dili olduğu kimi, özünəməxsus folkloru — dastanları, rəvayətləri, nağılları, bayatıları, tapmacaları var. Bu kəndin məşhur bir yazarı vardı — Rəhim Alxas. Rəhim müəllim ömrü boyu doğma yurdu dünyaya tanıtmağa çalışırdı. O, Xınalığın söz sərvətini sinədəftər ağsaqqallardan, nənələrdən toplayır, azəri türkcəsinə çevirib çap etdirirdi. Rəhim Alxas Xınalıq haqqında yazırdı: “Deyirlər ki, Xınalıq qədim vaxtlarda Qiblə dağının arxasında yerləşib. Neçə yüz illər boyu Xınalıq camaatı burada özünə yurd-yuva qurmuş, ocaq isitmişdi. Amma bir gün güclü zəlzələ baş verdi. Xınalıq yerlə-yeksan oldu, tamam dağıldı. Adamlardan ölən oldu, salamat qalanı da Qudyal çayının bu tərəfinə keçib bir təpənin üstündə özlərinə kənd saldılar, evlər tikdilər. Ona görə də bəzi adamlar deyirlər ki, “Kətiş” adı Qiblə dağına tuş gələn yer mənası verdiyi üçün xınalıqlılar öz kəndlərini belə adlandırırlar”. Bu da Xınalıq haqqında başqa bir rəvayətdi. 

Şair Rəhim Alxas özünün “Xınalıq” poemasında doğma yurda sevgisini belə şeirə çevirib:
“Bahar çağı Xınalığım
Girən zaman dondan-dona,
Dəyişmərəm bir kəndimi
Yüz Parisə, min Londona”

Xınalıqlılar Qafqaz Albaniyasinin qədim tayfalarindan sayılırlar. Tarixçilərin söylədiklərinə görə, Xınalığın 5000 illik tarixi var. Qədim yunan tarixçisi Strabon öz əsərlərində bu yurdun əcdadları haqqında məlumatlar verib… Ümumiyyətlə, bir çox qədim mənbələrdə bu yerin adı, bu ərazidə yaşayan tayfanın adı çəkilir.

Bu kənd Quba xanlığı dövründə Xınalıq mahalının, sovet hakimiyyəti illərində Xınalıq kənd sovetliyinin mərkəzi olub, hazırda isə Xınalıq bələdiyyəsini əhatə edir. Son illər Xınalığın sərhədləri tarixi məkanı aşmışdır. Belə ki, Xınalıq çayının kənarında yeni məhəllə salınmışdır. Kəndin köhnə məhəllələrində təxminən 150 ev salamat qalıb. İndi bu kənddə 2 minə yaxın insan yaşayır. 2011-ci ilin əvvəlinə olan məlumata görə, Xınalıqda 370 təsərrüfat mövcud olub. 

Dağların sinəsində gözəl torpaq örtüyünün, otlaqların, gözəl hava və su ehtiyatlarının olması ilboyu Xınalıqda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün imkanlar açır. Xınalıqlılar da dədə-babadan əsasən heyvandarlıqla, ovçuluqla və müəyyən qədər də əkinçiliklə məşğul olublar. Burada sənətkarlıq da müəyyən qədər inkişaf edib. Xüsusilə dəmirçilik, xalçaçılıq əhalinin sosial həyatında əhəmiyyətli yer tutur. Kəndə asfalt yolu çəkildikdən sonra turizm də inkişaf etməkdədir.

Təmiz havası, ətirli bulaq suyu, özlərinin əkib-becərdikləri nemətlər burada yaşayan insanlara da saflıq bəxş etmişdir. Buna görə də Xınalıq həm də uzunömürlülər məskəni sayılır. Burada yaşı yüzü ötmüş və yüzü haqlamış insanlar çoxdur. Onlar ahıl çağlarında da elin-obanın inkişafına kömək etməyə çalışırlar.

Xınalıq

Xınalıq açıq tarix-etnoqrafiya muzeyidir
Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar, xalçalar, gil və mis qablar, das kitabələr, kitablar və daha bir çox əsyalar var. Amma burada olan memarlıq abidələri arasında məscidlərin xüsusi yeri var. Pir Comərd və ya Əbu Müslüm məscidi Xınalığın ən qədim və əsas piri sayılır. Belə bir fikir var ki Xınalıqlılar İslam dinini ilk dəfə elə bu Pir Comərddə qəbul ediblər. Kənddə İslam dinini ilk yayan isə Əbu Müslüm olub. Cümə məscidi Xınalığın ən böyük tikililərindəndir. Kənddə Şeyx Salbuzbaba məscidi, Qəmik məscidi, Cabbar baba piri, Möhüc baba piri və şixsalburuz baba, Xıdır Nəbi piri və Qüllə pirləri vardır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: S.İsgəndəroğlu

Zaman.-2015.-1 sentyabr.-S.13.
Top