Azərbaycanda elə bir ev tapa bilməzsən ki, gün ərzində orada ən azıbir dəfə çay dəmlənməsin.Söylədiklərimiz sübut edir ki, Azərbaycanda özünəməxsus çaymədəniyyəti formalaşıb və odur ki, çay təkcə susuzluğu yatırma vasitəsihesab edilmir. Yəni azərbaycanlılar çay süfrəsi arxasında həm dəsöhbətləşir, deyib-gülür, bir-birinə ürəklərini açır, problemləri çözməyəçalışırlar…
Çayın tarixi haqqında bir neçə cümlə
Çay bitkisinin vətəni Çin hesab edilir. Bu ölkədə çay yarpağındanhazırlanmış həlimin insan orqanizmi üçün faydalı olduğu bilinəndənsonra bu bitkinin becərilməsinə başlanılıb. Tədqiqatçılarınaraşdırmalarına görə, çayla bağlı ilkin məlumatlara 5 min il əvvələ aidolan Çin əlyazmalarında rast gəlinir.
Azərbaycan çayı
Çayın Azərbaycana aid olan xüsusi növü var. “Azərbaycan çayı”adlandırılan bu növ əsasən Azərbayanın cənubunda becərilir. Çay azərbaycanlıların əsrlərdən bəri istifadə etdiyi, gündəlik tələbat duyduğuzəruri içki növü sayılır. Hələ qədim dövrlərdə saraylarda keçirilənrəsmi qəbullarda qonaqlara çay təklif edilərmiş. Elçilik mərasimlərindəqonaqlara çay təklifi adəti isə bu gün də davam etməkdədir.
Armudu stəkanda çay...
Azərbaycanda çay, adətən, armudu stəkanda içilir. Bunun konkretsəbəbi olmasa da, insanlarda belə bir fikir formalaşıb ki, çayın armudustəkanda içilməsi daha xoş təsir bağışlayır. Azərbaycanda çay süfrəyə,adətən, şirniyyat, mürəbbə, çərəz və limonla birlikdə verilir. Çoxmaraqlıdır ki, ölkəmizdə məclis və qonaqlıqlar həmişə çayla başlayırvə çayla da yekunlaşır. Həkimlər yeməkdən sonra çay içməyi məsləhətgörməsələr də, bir çoxları bu ləzzətdən özünü məhrum etmir.
Çay necə dəmlənməlidir?
Hər ölkədə çay müxtəlif cür dəmlənir. Sübut olunub ki, çayınkeyfiyyəti ilə yanaşı, onun necə dəmlənməsinin də əhəmiyyəti böyükdür.Bu mənada samovar çayının dadı bir aləmdir.Dəmlənmə prosesinə gəlincə, adətən, çaynikə onun tutumundan asılıolaraq quru çay tökülür, onun həcminin 3/4 hissəsi təzə qaynadılmış su ilədoldurulur və 4-7 dəqiqə arası dəmə qoyulur. Dəm çayı qaynamamalıdır. Belə olarsa, çayın keyfiyyəti aşağı düşür və ətri itir.
Çay süfrəsi
Azərbaycanda çay yalnız susuzluğu yatırtma vasitəsi olma mərhələsinibir növ geridə qoyub. Azərbaycanda susuzlayıb-susuzlamamasından asılıolmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, hər şeydən öncə, qonağahörmətin əlaməti sayılır. Elçilik mərasimlərimizin də tacı çay sayılır. Hər halda, mərasiminsonunda razılıq əlaməti olaraq, şirin çayın içilməsi də buna dəlalət edir.Azərbaycanda bir çox problemlərin müzakirəsi də məhz çay süfrəsiarxasında aparılır. İllərlə çıxış yolu tapılmayan bir problem bəzənyarımsaatlıq çay süfrəsi arxasında oturub müzakirə olunmaqla həll edilir.Sizə ətirli çay süfrəsi arxasında mənalı istirahət və könülxoşluğu arzulayırıq.
Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı.
Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.