Şəmkir rayonu

Şəmkir rayonu

Şəmkir haqqında tarixi məlumat...
Şəmkir — Azərbaycanda rayondur. Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şəmkir rayonu (1991-ci ilədək Şamxor) 1930-cu ildə təşkil olunmuşdur.

Ümumi məlumat

Şəmkir haqqında tarixi məlumat...

Şəhər və iri qəsəbələrin adları


Şəmkir rayonunda 1 şəhər, 4 şəhər tipli qəsəbə, 59 kənd vardır.

Şəmkir haqqında tarixi məlumat...

Sərhəd rayonlar

Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir.

Əhali

Şəmkir haqqında tarixi məlumat...

Ərazi

Şəmkir haqqında tarixi məlumat...

Tarix

Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda «Müxtəsər Azərbaycan tarixi» kitabının çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms-Günəş-Kür-Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adı "Şamkür", yəni «Kür qırağı» kimi izah etmişdir. Şəmkir erkən orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilindədir. Şəhərin qala yerinin sahəsi 20 hektar olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsilə birləşmişdir. Bu körpünün qalıqları indi də qalmaqdadır. VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olundu. Ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırıldı. Şəhərin adı sonralar özünə qaytarıldı. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX-XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olundu. X-XII əsrlərdə Şəmkir özünün yüksəliş dövrünü keçirirdi. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirildi. XIII əsrdə monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olmuşdur. Şəhər əhalisi Bəhram hakimiyyətindən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb etmişdir. XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədəz tayfa başçısının irsi hakimiyyətinə keçdi. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olmuşdur. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirildi. 1826-1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olmuşdur. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında baş vermiş döyüşdə çar qoşunları İran ordusunu məğlub etdi. XIX əsrin I yarısında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşdı. Həmin dövrdən Şamxor Anino adlandırıldı. 1938-ci ildə şəhərin köhnə adı bərpa edildi. 1991-ci ildə isə yenidən Şəmkir şəhəri adlandırılmışdır.

Memarlıq abidələri


Şəmkir rayonu ərazisində IX-XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Muxtariyyə kəndi), XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi), XI-XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI-XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI-XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni Həyat kəndi), XVI-XVII əsrlərə aid Koroğlu qalası (Şəmkir (şəhər)), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə aid Pir (Alman abidəsi) (Dağ-Daşbulaq), 1909-cu ildə tikilmiş Alman kilsəsi (Şəmkir (şəhər)), XI-XII əsrlərə aid oğuz qəbiristanlığı (Yeni Seyfəli kəndi), XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) mövcuddur. Şəmkir şəhərində 1975-ci ildə inşa edilmiş Qələbə kompleksi, Düyərli kəndində 1975-ci ildə tikilmiş məscid binası, Çinarlı qəsəbəsində 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, Şəmkir şəhərində, şəhərin Sərxan hissəsində və Naxırçılar hissəsində 1990-cı ildə qoyulmuş «20 Yanvar» abidələri, 1991-ci ildə şəhərdə ucaldılmış Aşıq Hüseyn Şəmkirlinin heykəli, Əliağa Şıxlinskinin büstü, Keçili kəndində 1992-ci ildə tikilmiş məscid, Muxtariyyə kəndində 1993-cü ildə ucaldılmış Koroğlunun abidəsi, Azərbaycanın Milli Qəhrəmanı Zaur Sarıyevin büstü, Şəhidlər parkı, İrmaşlı kəndində 1998-ci ildə inşa edilmiş məscid, Şəmkir şəhərində 1998-ci ildə inşa edilmiş Heydər Əliyev bulağı, 2001-ci ildə qoyulmuş 31 mart soyqırım abidəsi və Qurtuluş bulağı, Əliyaqublu kəndində 1998-ci ildə tikilmiş məscid, Qapanlı kəndində 2001-ci ildə inşa edilmiş 31 mart soyqırım abidəsi, Dəllər-Cırdaxan kəndində 2001-ci ildə ucaldılmış Yəhyabəy Dilqəmin abidəsi, Çənlibeldə 1997-ci ildə ucaldılmış Aşıq Ələsgərin heykəli kimi memarlıq abidələri var.


Təhsil

Şəmkir rayonunda 2007-2008-ci tədris ilinin əvvəlinə 81 dövlət gündüz ümumtəhsil məktəblərində 35488 nəfər təhsil alan şagird olmuş, onların 29,1 faizi II və III növbədə oxuyanlardır. Ümumtəhsil məktəblərini 2883 nəfər bitirmiş və 2877 ümumi orta təhsil haqqında attestat almışdır. Dövlət ümumtəhsil məktəblərində şagirdlərin təlim tərbiyəsi ilə 4664 nəfər müəllim məşğul olur. Dövlət məktəbəqədər müəssisələrin sayı 53, bunlarda uşaqların sayı 2875 nəfər olmuşdur. Məktəbəqədər müəssisələrdə yerlərin sayı 3254 hər 100 yerə düşən uşaqların sayı 88 nəfər olmuşdur. 2003-2007-ci illərdə ümumtəhsil məktəbi yenidən tikilmiş və əsaslı təmir edilmişdir. Heydər Əliyev fondunun vəsaiti hesabına 680 şagird yeri olan 4 məktəb, Dövlət büdcəsi hesabına 2 məktəb, Respublika Vergilər Nazirliyinin hami köməyi ilə 16 məktəb tikilmiş və əsaslı təmir edilmişdir. Dövlət proqramına uyğun olaraq rayonun Dəllər Cırdaxan kəndində 480 şagird yeri olan orta məktəb binası istifadəyə verilmişdir. Aşağı Seyfəli kəndində yerli iş adaminın hesabına 240 yerlik orta məktəb tikintisi davam etdirilir. 2007-ci il ərzində 8 orta məktəbdə əsaslı təmir işləri başa çatdırılmışdır.


Səhiyyə

Şəmkir rayonunda 2007-ci il ərzində rayonda əhalinin sağlamlığını qorumaq məqsədilə 350 həkim və 1109 orta tibb işçisi çalışır. 22 xəsətəxana, 48 ambulator poliklinika müəssisələri fəaliyyət göstərmiş rayon əhalisinin hər 10000 nəfərinə 18,9 həkim, 60 orta tibb işçisi 89 xəstəxana çarpayısı düşür. Əhalinin xəstələnmə halları arasında ötən il tənəffüs orqanlarının, ürək qan dövranı sisteminin, həzm orqanları, şiş və endokirin xəstəlikləri üstünlük təşkil etmişdir.


Mədəniyyət


Şəmkir rayonunda 2007-ci ildə Şəmkir rayonunda kütləvi kitabxanaların sayı 96 ədəd, onlarda olan kitab fondu 513,4 min nüsxə, orta hesabla hər 1000 sakinə 2738 nüsxə, klub müəssisələrinin sayı 68 ədəd, muzeylərin sayı 3 ədəd onlara gələnlərin sayı 8,4 min nəfər, əhalinin hər 1000 nəfərinə 44,8 nəfər olmuşdur.

Bələdiyyələr


Şəmkir rayonunda bələdiyyələr ilk dəfə 1999-cu ildə yaranmışdır. Rayonun 64 yaşayış məntəqəsində 57 bələdiyyə fəaliyyət göstərir. 1 şəhər, 4 qəsəbə, 52 kənd bələdiyyələri yerli özünüidarəetmə orqanı kimi şəhər, qəsəbə və kəndlərin idarə olunmasında iştirak edir. Şəhər, kənd və qəsəbələrin abadlaşdırılması, yol çəkilişi və digər sosial infrastrukturların inkişaf etdirilməsində bələdiyyələrin rolu getdikcə genişlənir. Bələdiyyələr rayonun ictimai-siyasi həyatında da fəal iştirak edir.

İqtisadiyyat

Şəmkir rayonu əsasən üzümçülük rayonudur. İqtisadiyyatında heyvandarlıq, quşçuluq və baramaçılıq da mühüm yer tutur. Burada kənd təsərrüfatı maşınqayırması, üzüm e'malı müəssisələri, yerli istehsalat kombinatı, tikinti materialları kombinatı, SES və başqa müəssisələr vardır. Şəmkir rayonu əsasən aqrar sektorda inkişaf etmişdir. Cari ilin 1-ci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 12 faiz artaraq, 85246 min manat olmuşdur. Orta hesabla rayonun hər bir sakini üzrə ümumi məhsul buraxılışının 45 faizdən çoxunu kənd təsərrüfatında, məhsul istehsalının həcmi (38423 min manat) təşkil etmişdir. Şəmkir rayonu xüsusi potensiala malik olmaqla kənd təsərrüfatı dinamik olaraq inkişaf etmişdir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahələri aparıcı rol oynayır. Eyni zamanda təsərrüfatlarda bostan və günəbaxan məhsullarıda istehsal edilir. Torpaq islahatı nəticəsində 36545 ailə 48,2 min hektar torpaq payına sahib olmuşdur. Orta hesabla bir ailəyə1,2 hektar torpaq sahəsi verilmişdir. Ötən 6 ay ərzində rayonun təsərrüfatlarında 14471 ton taxıl, 37110 ton kartof, 35336 ton tərəvəz və 3471 ton meyvə istehsal olunmuşdur.

Şəmkir rayonunun heyvandarlıq məhsulları istehsalında və mal-qaranın baş sayında artım olmuşdur. 01.07.2008-ci il tarixə iri buynuzlu mal-qaranın sayı 58083 başa, inək və camışların sayı 27385 başa, qoyun və keçilərin sayı 271157 başa çatmış, iribuynuzlu mal-qaranın naxırında ana inək və çamışların xüsusi çəkisi 46,6 faiz təşkil etmişdir.

Şəmkir rayonunda quşçuluq sahəsi də inkişaf etmişdir. 01.01.2008-ci il tarixə rayonda 539.114 baş quş vardır. Bunun 406.280 başı əhalidə, 132.834 başı Şəmkir quşçuluq fabrikindədir. Şəmkir quşçuluq fabriki rayonun Yeni həyat kəndi ərazsində yerləşməklə qərb bölgəsində ən iri istehsal müəssisəsidir. 300 min baş quş tutumu olan Şəmkir quşçuluq fabriki ildə 50 milyon yumurta və 1000 ton ət istehsalı gücünə malikdir. Sahəsi 12 hektar olan Quşçuluq fabrikində 4 istehsal sexi mövcuddur. Yem istehsal sexi ildə 50 ton yem estehsal edir Bundan başqa fabrikdə yumurta çeşidləyən kəsim və inkubasiya sexləridə fəaliyyət göstərir. Cari ilin 6 ayı ərzində on iki milyon iki yüz otuz beş min ədəd yumurta, 12600 kq quş əti istehsal olunaraq satılmışdır. Fabrikdə 132834 baş quşun 49105 başı yumurta verəndir. Fabrik Şəmkir rayonunu və qərb bölgəsini yumurta və quş əti ilə təmin edir.


Dövlət və şəxsi müəssisələr

Şəmkir rayonun iqtisadi inkişafında, iri dövlət və şəxsi müəssisələrin xüsusi rolu vardır. Cari ilin 1-ci yarısında sənaye məhsullarının həcmi 25266 min manat olmuşdur ki, bu 2007-ci ilin müvafiq dövrünə nisbətən 106%-i təşkil edir. Hal-hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir. 87 fərdi sahibkar hüquqi şəxs yaratmadan sənaye fəaliyyəti ilə məşğul olur. Rayon sənayesinin ümumi məhsul buraxılışında qeyri dövlət bölməsinin xüsusi çəkisi 12,5 faizi təşkil edir. Rayonda fəaliyyət göstərən Şəmkir SES silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyət, işçilərin sayı 212 nəfər, Şəmkir Paylayıcı Elektrik Şəbəkəsi işçilərinin sayı 207 nəfər, Şəmkir RET Məhdud Məsuliyyətli Cəmiyyət işçilərin sayı 90 nəfər, Şəmkir " Sukanal" istismar idarəsi, işçilərin sayı 48 nəfər, Şəmkir 23 saylı Yol İstismar idarəsi, işçilərin sayı 70 nəfər, Çınqıl Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 64 nəfər, «Zəyəmkəndmaş» Açıq səhmdar Cəmiyyəti, işçilərin sayı 53 nəfər, «Arzu-99» Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 18 nəfər, "Şərq Ulduzu" firması, işçilərin sayı 56 nəfər, «Seymur» Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 23 nəfər və s. müəssisələr rayonun iqtisadiyyatında xüsusi potensiala malikdirlər.

"Şəmkir Regional Enerji Təchizat" MMC

Bu regional Cəmiyyət 2006-ci ilin İyul ayından fəaliyyətə başlamışdır. Cəmiyyət 5 rayon- Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy Paylayıcı Elektrik Şəbəkələrinin mərkəzi idarəetmə orqanıdır. Cəmiyyət yarandıqdan sonra regionda enerji təchizatı xeyli dərəcədə yaxşılaşmışdır.Belə ki istehlakçı qruplar arasında elektrik enerjisindən istifadə qaydaları haqqında kütləvi şəkildə maarifləndirmə işi aparılmış, həmin qaydaları pozan şəxslər barəsində ciddi tədbirlər görülmüş, ümumilikdə, elektrik enerjisindən qənaətli və səmərəli istifadə edilməsi üçün kompleks tədbirlər görülmüşdür.

Əsas kənd-təsərrüfat bitkiləri

Buğda
Arpa
Qarğıdalı
Üzüm
Soğan
Kələm
Pomidor
Xiyar
Badımcan
Günəbaxan
Bostan bitkiləri
Kartof

Kütləvi İnformasiya Vasitələri

Şəmkir rayonunda "Şəmkir" və «Qərb xəbərləri» qəzetləri nəşr olunur. "Şəmkir" qəzetinin təsisçisi Şəmkir Rayon İcra Hakimiyyəti və qəzetin jurnalist kollektividir. Qəzet 1931-ci ildən işıq üzü görür. «Qərb xəbərləri» ictimai siyasi həftəlik qəzet 19 mart 2004-cü ildən nəşr olunur. Hər iki qəzet rayonda görülən işlər, keçirilən ictimai-siyasi tədbirlər haqqında öz səhifələrində müntəzəm olaraq məlumatlar verir.

İstirahət və turizm zonaları, idman kompleksləri

Şəmkir rayonunda 1 ədəd idman güləş məktəbi fəaliyyət göstərir. Bakı-Tbilisi şosesinin kənarında Şəmkir Olimpiya İdman Kompleksi yerləşir. Şəmkir şəhərində müasir standartlara cavab verən və 7 mindən çox tamaşaçı tutan futbol stadionu fəaliyyət göstərir. Rayonun dağlıq hissəsində «Yasamal» istirahət zonasında koteclər tikilmişdir. Kür qəsəbəsində, Kür çayının sağ sahilində Naftalan nefti ilə müalicə olunan kompleks sanatoriya müəssisəsi tikilmişdir. İkimərtəbəli memarlıq üslubunda tikilmiş bu binada insanların müalicəsi və hər cür sağlamlıq tədbirlərinin görülməsi üçün şərait yaradılmışdır.

Avtomobil və dəmir yolları

Bakı-Tbilisi dəmir yolunun 42 km Şəmkir rayonun ərazisindən keçir. Şəmkir, Dəllər və Zəyəm dəmir yolu stansiyaları vardır. Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 42 km 2-ci dərəcə, Şəmkir Gədəbəy yolunun Şəmkir rayonu ərazisindən keçən 21 km-i 3-cü dərəcə yoldan ibarətdir.

Görkəmli şəxsləri

Əhməd Cavad – 1892-ci il mayın 5-də Azərbaycanın Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifidir.
Salmanov Fərman Qurban oğlu – 1927-ci iyul ayının 27-də Şəmkir rayonunun Morul kəndində anadan olub. 1970-ci ildə Lenin mukafatına layiq görülüb. 1971-ci ildən geologiya-minerologiya elmləri doktorudur. 1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1978-ci ildən Tumen Baş Geologiya İdarəsinin rəisidir.
Hacıyev Yaqub Hüseyn oğlu – 1929-cu ildə Şəmkir rayonunda anadan olub. 1971-ci ildə Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, 1991-ci ildə isə həqiqi üzvü (akademik) seçilib. Hazırda Respublika Elmlər Akademiyasının Kənd təsərrüfatı İnstitutunun akademikidir. 1959-cu ildən bu günədək AETBİ-də işləyir.
Əliyev Rüstəm Musa oğlu – 1929-cu ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. Şərq və qərb ədəbiyyatını, tarixini, mədəniyyətini, fəlsəfəsini dərindən bilmək üçün rus, ərəb, fars və ingilis dillərini mükəmməl öyrənib, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Ömrünün sonunadək (1994-cü il 12 aprel) Şərqşünaslıq İnstitutunun iran, ərəb, türk filologiyası şöbəsinin rəhbəri olub.
Abdullayev Zakir Binnət oğlu – 1937-ci ildə anadan olub. 1982-ci ildə doktorluq disserasiyasını müdafiə edib. 1988-ci ildən Elmlər Akademiyasının Geologiya İnstitutu nəzdindəki şöbəyə başçılıq edir.
Məsimov Eldar Əli oğlu – 1941-ci ildə anadan olub. 1984-cü ildə Moskva Dövlət İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Dövlət Universitetinin Fizika kafedrasının müdiridir. 1986-ci ildən professordur.
Seyidov Vaqif Cavad oğlu – 1941-ci ildə anadan olub. 1979-cu ildə doktorluq dissertasiyası müdafiə edib. 2002-ci ildə Sankt-Peterburq Petrovski Akademiyasının müxbir üzvü seçilib. Hazırda Leyla Şıxlinskanın klinikasında cərrahlıq şöbəsinin müdiridir.
Bədirbəyli Leyla Ağalar qızı – 1920-ci ildə anadan olub. Azərbaycan xalq artisti adına layiq görülüb. 1945-ci ildə SSRİ, 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub. 2000-ci ildə vəfat edib.
Əhmədov Teymur Əkbər oğlu – 1930-cu ildə anadan olub. Elmlər doktorudur. Hazırda «Respublika» qəzetinin baş redaktorudur.
Həsənova Gülxar İbrahim qızı – 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Azərbaycan xalq artisti adına layiq görülüb.
Abdullayev Zülfiqar Səfər oğlu – 1933-cü ildə anadan olub. Respublikanın rəhbər vəzifələrində çalışıb, "Şərəf nişanı", «Qırmızı Əmək Bayrağı» və «Oktyabr inqilabı» ordenləri ilə təltif edilib.
Hacıyev Davud Hüseyn oğlu – 1917-ci ildə anadan olub. Gəncə Dövlət Universitetində kafedra müdiri, dekan, prorektor, rektor vəzifələrində çalışıb.
Qurbanlı Mübariz Qəhrəman oğlu – 1954-cü ildə anadan olub. Tarix elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın icra katibinin müavinidir.
Mehdiyev Təcəddin İbrahim oğlu – 1945-ci ildə anadan olub. Müstəqil Azərbaycan Respublikasında ilk general rütbəsini alan şəxsdir.
Musayev Oruc İbrahim oğlu – 1929-cu ildə anadan olub. 1974-1984-cü illərdə Təhsil Nazirliyinin xarici dillər üzrə elmi-metodik şurasının sədri vəzifəsində çalışıb. 1961-ci ildə namizədlik disseratsiyasını mudafiə edib. 1996-cı ildə X sinif şagirdləri üçün ingilis dili dərsliyini çap etdirib.
Musayev Paşa İsmayıl oğlu – 1952-ci ildə anadan olub. Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin oftolmologiya kafedrasının kafedra müdiridir. Paşa Qəlbinur həm də şairdir.
Sabir Məmmədnəbi oğlu Məmmədov (1944-1994) – Şəmkir rayonu İcraiyyə Komitəsinin sədri və Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. Çardaxlı hadisələri və erməni separatçı hərəkatına qarşı mübarizə aparmış şəxslərdən biri olmuşdur. S.Məmmədov ermənilərin Sovet rəhbərliyinə ünvanladığı şikayət məktubunda adlarını qeyd etdiyi rayonun 3 nəfər vəzifəli şəxsindən biri olmuşdur.
Ramil Binnət oğlu Namazov 1978-ci il martın 28-də Şəmkir rayonunun Çaparlı kədində anadan olub.İqtisad üzrə Fəsəfə Doktorudur.
Vüqar Binnət oğlu Namazov 1979-ci il avqustun 13-də Şəmkir rayonunun Çaparlı kədində anadan olub.4 qat dünya 7 qat Avropa cempionu və Dünya rekortçusudu.



Kitablar

Şəmkir şəhidləri kitabı – tərtib edəni və redaktoru Şamxal Rüstəmdir. 1995-ci ildə nəşr edilib və 63 səhifədən ibarətdir. Şəmkir şəhidlərinə dair məlumatlar toplanıb. Şəhidlərin şəkilləri əlifba sırası ilə düzülməklə onlar haqqında məlumatlar verilmişdir.

Şəmkir rayonu və onun toponomiyası kitabı – tərtib edəni Nazim Tapdıqoğludur. 2005-ci ildə nəşr edilib və 454 səhifədən ibarətdir. Kitab haqqında Azərbaycan Respublikası Milli Məclisin deputatı Mübariz Qurbanlı demişdir: Nazim Tapdıqoğlu böyük elmi axtarışlar və gərgin zəhmət bahasına araya-ərsəyə gətridiyi "Şəmkir rayonu və onun toponomiyası" kitabı ümumiyyətlə rayon haqqında onun toponimləri və tarixi keçmişi, dəyərli insanları və Qarabağ savaşında şərəfli döyüş yolu keçən Şəmkir şəhidləri barəsində yazılmış ilk sistemli üniversal nəşridir. Ümid edirəm ki, Azərbaycanın Şəmkir bölgəsinin tarixinə obyektiv baxışın təməl nişanəsi olan bu dəyərli kitab geniş oxucu kütləsinin, xüsusilə də şəmkirlilərin böyük marağına səbəb olacaqdır.

Şəmkir veteranları kitabı (1941-1945) – 2005-ci ildə nəşr edilib və 244 səhifədən ibarətdir. Böyük vətən müharibəsi illərində minlərlə şəmkirli mərdliklə vuruşmuş, rəşadət göstərmişlər. Odlu-alovlu səngərlərdən keçmiş bu insanların 212 nəfərinə Qələbənin 60 illiyini bizimlə bir yerdə keçirmək nəsib olmuşdur. Kitabda Böyük Vətən Müharibəsi iştirakçılarının şəkili və onlar haqqında məlumat verilmişdir. Həmyerlimiz şair Taleh Həmid "Şəmkirlilərin qəhrəmanlıq salnaməsi" başlıqlı kitaba ön söz yazmışdır.

Şəmkir alimləri kitabı – 2005–ci ildə nəşr edililib və 344 səhifədən ibarətdir. Filologiya elmləri namizədi Xanım Məmmədova " Şəmkir Aydınları" başlıqlı ön söz yazmışdır. Kitabda 400-ə yaxın ziyalıların, müxtəlif sənət adamlarının tərcümeyi halları öz əksini tapmışdır.

Şəmkir şairləri və aşıqları kitabı – 2005-ci ildə nəşr edilib və 467 səhifədən ibarətdir. Kitabda yurdumuzun qədim bölgəsi Şəmkirdə dünyaya gəlib, yazıb yaradan şair və aşıqların yaradıcılıq nümunələri toplanıb. Kitaba həmyerlimiz şair Taleh Həmid ön söz yazmışdır.

İlham Əliyev Şəmkirdə kitab-albomu – 2006-cı ildə nəşr edilib 103 səhifədən ibarətdir. Kitab-albomda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 noyabr 2006-cı il tarixində Şəmkirə olan səfəri əks olunmuşdur
.
Top