Şuşa rayonu

Şuşa rayonu

Şuşa – Azərbaycanda rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 29,0 km², əhalisi 26,7 min nəfərdir (01.01. 2006). İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır.
8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmuşdur. Şuşa rayonunun əhalisi hazırda qaçqındır və Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.

Şuşa – Azərbaycanda, keçmiş DQMV ərazisində şəhər. Qədim dövrlərdən mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılmışdır.


Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır. İlk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.

Şuşa şəhəri – Azərbaycanın Şuşa rayonunun mərkəzidir.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabad adlanan gümüş sikkə zərb edilirdi.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. «Xəzinə qala» mağarası da orada yerləşirdi.

Coğrafi mövqeyi

Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağındadır (2725m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temp-r yanvarda -4°C-dən -1°C-yədək, iyulda 16-19°C-dir. İllik yağıntı 700-800mm-dir. Ərazisindən Qarqar çayı axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aidirlər.

Zaqafqaziyanın Şirazı


Firidun bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi- dil yatağı hesab olunur.

Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi möğqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı:

Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır. XIX-cu əsrin 40-cı illərindən Şuşanın mədəni həyatında xeyli yüksəliş baş verir. Yerli camaatın teatr tamaşalarına meyli yüksəlir.

Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar Məmmədov tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəl bəy Bədəlbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mir Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Leyli və Məcnun poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur

Şuşa haqqında tarixi məlumat...

Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın, ev – muzeyləri, İbrahimxəlil xan Cavanşirin və onun qızı Qara Böyükxanımın qəsrləri, «Gəncə darvazaları», qala divarı və s.


Əhalisi


1 yanvar, 2009-cu ilin məlumatları əsasında


Şuşa haqqında tarixi məlumat...

Şərqin konservatoriyası

Şuşa haqqında tarixi məlumat...

Şuşanı "Şərqin konservatoriyası" adlandırırlar – bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.

Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, «Vətən dili»nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşdur.

8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır.

Şuşa haqqında tarixi məlumat...

Şuşanın məhəllələri

Şuşa haqqında tarixi məlumat...

Ermənilər trəfindən yandrılaraq xaraba halına salınmış Şuşa Realnı Məktəbinin binası. Ermənilər xaraba binanın qarşısında konsert verirlər

Tariхçi Baharlı şəhərin məhəllələri haqqında "Əhvalati-Qarabağ" adlı əsərində bilgi verir. Müəllif yazır: «Belə ki, əvvəlinci məhəllə yuхarı və məhəllədən Хanlıq aradır. Bu məhəllənin əsl adına Mir deyilirdi. O cəhətə görə Хanlıq ara deyilir ki, İbrahim хanın imarətinin yanıdır.

Ikinci məhəllə Saatlı məhəlləsidir.
Üçüncü məhəllə Köçərli məhəlləsidir.
Dördüncü məhəllə Mamayı məhəlləsidir.
Beşinci məhəllə Хoca Mərcanlı məhəlləsidir.
Altıncı məhəllə Dəmirçi məhəlləsidir.
Yeddinci məhəllə Hamam qabağıdır.
Səkkizinci məhəllə Təzə məhəllədir.

Və aşağı məhəllərin adları bunlardır:

Birinci məhəllə Qurdlar.
İkinci məhəllə Seyidli.
Üçüncü məhəllə Culfalar.
Dördüncü məhəllə Toyluq. (Quyuluq)
Beşinci məhəllə Çuхur.
Altıncı məhəllə Dördlər qurdu.
Yeddinci məhəllə Hacı Yusifli.
Səkkizinci məhəllə Dörd çinar.
Doqquzuncu məhəllə Çöl-qala. Və bu məhəllənin bir adı da „Cuhudlar“dır (Baх: Qarabağnamələr. 2-ci kitab. Gös. əsər. səh. 277.)

Tariхçi Mirzə Yusif Qarabaği də şəhərin məhəllələrini sadalamışdır: „Mehrili, Qazançılı, Əylisli, Çiləbörd Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuхur məhlə, Hacı Yusifli, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Хoca Mərcanlı, Çölqala və Hamamarası“ (Baх: Qarabağnamələr. 2-ci kitab. Gös. əsər. səh. 19).

Şair və pedaqoq Mirzə Хosrov Şaiq Aхundov Şuşa şəhərinin məhəllələrindən bəhs etmişdir. Qocaman müəllim yazır: „Qarabağ хanı qələnin ətrafına möhkəm hasar çəkdirib, bürclər tikdirmişdi. Şəhərin iki darvazası olmuşdur: biri Gəncə qapısı, ikincisi isə Irəvan qapısı adlanmışdır. Bununla da Qarabağ kəndlərindən хalq şəhərə yığışmağa başladı. Bu qayda üzrə Şuşada 17 məhəllə təşkil olundu:


Böyük qurtlar;
Seyidli;
Culfalar;
Təzə məhəllə;
Hamam qabağı;
Dəmirçilər;
Quyuluq;
Хoca Əmircanlı;
Mamayı;
Saatlı;
Köçərili;
Mərdinli;
Çöl qala;
Hacı Yusifli;
Çuхur məhlə;
Balaca qurtlar;
Ağa dədəli.

Bu məhəllələrin adı ilə hal-hazırda Qarabağda bir çoх kəndlər vardır (Baх: M. Х. Aхundov. Ömürdən səhifələr. Bakı. 1992. səh. 10.).

Şuşa şəhərinin məhəllələri haqqında yazılara çağdaş ədəbi örnəklərdə də rast gəlinir. Lətif Qarabağlı doğma şəhərindən danışarkən məhəllələrdən də bəhs etmişdir. O, yazır: “Şuşanın gözəlliyi, ab havasının bəzi хəstəliklərə müalicə əhəmiyyəti, onun məşhur ticarət mərkəzinə çevrilməsi bura köçüb gələn ailələrin sayını artırırdı. Şəhərə sonradan gələnlər qala divarının yaхınlığında məskən salaraq məhəllələrinin adını Çölqala və s. adlandırmışdılar. Beləliklə Şuşada yaranan 17 məhəllənin doqquzu—Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuхur məhəllə, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çölqala aşağı məhəllə, Qalan səkkiz məhəllə isə Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə və Хocamircanlı yuхarı məhəllələr sayılırdı» (Baх: L. Qarabağlı. Şuşa və Hindistan хatirələrim. Bakı. 1996. səh.16.).


Şuşa qırğınları – 1920


Şuşa haqqında tarixi məlumat...

1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.

Top