Bu dəfə qərara gədim ki, özünəməxsus təbiəti, yeməkləri ilə məhşur olan Şəkihaqqında yazım. Şəki daha çox özünün halvası, pitisi, maraqlı lətifələri və Xan sarayı ilə tanınır. Amma Şəkinin zənginliyi bununla bitmir istərdir ki, bu rayonun bizə məlum olanmayan tərəflərindən də yazım. Odur ki, ardını oxuyun.
Şəki rayonu 1968-ci ilədək Nuxa 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək ərazisi Oğuz (keçmiş Vartaşen) rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir. Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 63 kənd vardır.
Şəki iri taxılçılıq rayonudur. İqtisadiyyatında üzümçülük, meyvəçilik, baramaçılıq, heyvandarlıq da mühüm yer tutur. Rayonda üzüm emalı müəssisəsi, tütün-fermentasiya zavodları, ət-süd kombinatı, sənaye kombinatları, meşə təsərrüfatı vardır. Şəkidə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filalı, Şəki Musiqi Kolleci, 84 ümumtəhsil və peşə məktəbi, 54 məktəbəqədər uşaq müəssisəsi, 73 kitabxana, 70 mədəniyyət evi və klub fəaliyyət göstərir.
Memarlıq abidələrindən Şəki Xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi məbəd (XVII-XIX), Zəyzit məbədi (XI-XII), Kiş Alban məbədi mühafizə olunur
Bilirsinizmi?
1918-ci ildə, 1 ilin içində Şəki şəhəri əhalisinin yarısından çoxu — təxminən, 33 min nəfəri, aclıq, səfalət və xəstəlikdən tələf olmuşdur!
Bu məsələ indiyə qədər araşdırılmayıb. Bəziləri deyirlər ki, adamlar acından ölmüşdür; belə ki Səki İpək sənayesi tənəzzülə uğramışdı və ölənlər isə bu sahədə işləyən 8 min fəhlə və onların 25 minlik külfəti imiş. Bəziləri deyirlər ki 33 min nəfər yatalaq xəstəliyi nəticəsində dünyasını dəyişmişdir. Amma bizdə belə bir məlumat da var ki, o il bütün dünyada 100 milyon adam "İspan qripi" nin qurbanı olmuşdur və mümkündür ki Şəkidə də məhz, həmin epidemiya tüğyan edibmiş.
Hər-halda razılaşın ki biz bu dəhşətli hadisəni öyrənməyə və həlak olmüş şəkililərin xətirəsinə heç olmasa bir abidə qoymağa mənən borcluyuq!