Azərbaycanda üç yəhudi icması — dağ yəhudiləri (Горские евреи), Avropa yəhudiləri-aşkenazi yəhudiləri(Ашкеназские евреи) və gürcü yəhudiləri icmaları vardır. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Dağ yəhudiləri 5 yerli qrupa bölünür:
qaytağlılar (qаytoği) – Dağıstanın Qaytağı rayonu
dərbəndlilər (dərbəndi) — Dağıstanın Dərbənd rayonu
qubalılar (quboi) — Azərbaycanın Quba rayonu, əsasən Qırmızı qəsəbə
şirvanlılar (şirvoni) — Azərbaycanın şimal-şərqi, Şamaxı rayonunun keçmiş Müci kəndi, habelə Bakı
oğuzlular — Oğuz şəhəri, Gəncə, İsmayıllı, Şamaxı (təxminən 2000 nəfər).
Bəzən Nalçik və Qroznı yəhudiləri qrupunu da ayırırlar.
Tanınmış dağ yəhudiləri
Yekutiel («Kuti») Adam (Адам Иекутиэль)– döyüşdə həlak olmuş ən yüksək rütbəli İsrail əsgəri — İsrail silahlı qüvvələrinin general mayoru.
Aluf Ehud «Udi» Adam – İsrail silahlı qüvvələrinin generalı.
Mirzə Xəzər – görkəmli radiojurnalist, publisist, tərcüməçi, «Azadlıq» radiosunun əfsanəvi səsi.
Albert Aqarunov(Агарунов Альберт) – Azərbaycanın Milli Qəhrəmanı — milli ordunun əsgəri, Qarabağ cəbhəsində həlak olmuşdur.
Jasmin (Жасмин) – Rusiyanın məşhur müğənnisi. əsl adı Sara Lvovna Semendueva (Сара Львовна Семендуева)
Yevda Abramov (Абрамов, Евда)– Azərbaycan Milli Məclisinin deputatı.
Sarit Hadad – məşhur İsrail müğənnisi, «Sara Hodedtov.»
Ayan Babakişiyeva— Azərbaycan müğənnisi.
Xəyyam Nisanov — Azərbaycan müğənnisi.
Yakob Avşalomov – bəstəkar.
Sarit Hadad – məşhur İsrail müğənnisi, «Sara Hodedtov.»
Telman İsmayılov – Rusiyanın ən varlı iş adamlarından biri, «AST» şirkətlər qrupunun sahibi.
Qavril Yuşvayev – Rusiya milyonçusu.
İqor Babayev – Rusiya milyonçusu, "Çekizovo qrupu«nun sahibi.
Yan Abramov – Rusiya milyonçusu, məşhur müğənni Alsunun əri
Qod Nisanov (Год Семенович Нисанов)– Rusiya milyonçusu, „Biskvit“ şirkətinin baş direktoru.
Zarah İliyev (Илиев Зарах )– Rusiya milyonçusu
Qavriil İlizarov(Илизаров Гавриил Абрамович)-bəzən Yelizarov da deyirlər.Məşhur xirurq-travmotoloq.
Neçə-neçə biologiya, tarix,riyaziyyat elmləri doktorları,vəkillər, hüquqşünaslar, mədəniyyət xadimləri