Qrız sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız- qrits sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də bu rəvayətlər uydurmadır. Tök-tökmək, var-gəldi-gələcək-gəlir fellərinin qrız dilində təsnifatını və s. Verdikdə Q elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin Q elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq mənasını verir, Rit sisə hamar, cila mənasını verir. Cilalanmış daş ritsə-xud, cilalanmış taxta-ritsə-təxtə yer bildirir. Kəndin mövyeyinə görə belə adlanır. Qrızların tarixi demək olar ki, öyrənilməyib. Qədim yunan alimi Strabon özünün 17 cildlik Coğrafiya əsərində qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfalanın hamısı öz dilində danışır. Qrızlar da həmin 26 alban Tayfasından biridir və o zamandan öz dillərində danışırlar.
Yazılı mənbələrdə qrız toponiminə ilk dəfə X əsrdə rast gəltinir. Kəndin ərazisində bir qədim dağılmış məscid var. Deyilənlərə görə bu məscid Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Abu Müslim Əl Xorasıni tərəfindən təxminən YIII əsrdə inşa edilib. Məscid Əbu Müslismin adını daşıyır. Qeyd etdiyimiz kimi eyni adlı məsciddən Xınalıq kəndində də var. Qrız kəndi T.Mustafazadənin Quba xanlığı əsərində Qrız haqqında bir sıra maraqlı qeydlərə rast gəlmək olar: Bulqakova xəbər çatmışdı ki, öz ailəsini Qrız kəndində yerləşdirən Şeyxəli xan bir gecə Çərəkə adlı kiçik sayın kənarına eyni adlı kəndə gəlir, və burada öz sadiq adamları ilə məsləhətləşmələr aparır. Bulqakov Xınalıq və Qrız kəndlərinə qasid göndərərək sakinlərdən xanın ailəsini tutub verməyi tələb etsə də heç bir nəticəyə nail olmamsış, və kəndləri cəzalandıraraq 8 əmanət, 150 iri buynuzlu mal-qara, 100 qoyun almışdır. Şeyxəli xan Qrız kəndini özünə iqamətgah seçərək buradan xanlığı idarə etməyə başladı. A.A.Bakıxanova görə Şeyxəli xan Qrız kəndinin yaxınlığında yeni şəhər salmağa və kəndi genişləndirməyə başladı. Görünür ki, yeni yaradılacaq şəhər xarakteri daşımalı idi. Lisaneviç 21 oktyabr 1810–cu il tarixli raportunda yazırdı ki, qrız və Yuxarıbaş mahalları üsyançılardan təmizlənib, əyalətdə sakitlik bərpa olunub, şeyxəlixan isə öz tərəfdarları ilə Tabasarana qaçmış, hal-hazırda Yerfi kəndindədir. 1870-ci illərin ortalarından qrızların müəyyən hissəsi Müşkür mahalına köçür. Lakin qrızlar həmişə üç yay ayı müddətində malik olduğu mal-qara ilə dağlardakı yaylaqlara köçür. Müşkür mahalındakı qrız obalarının sayı 58-ə çatırdı. 1941–ci ildə kənddə kişi cinsinə mənsub bütün gənc, qoca və hətta yeniyetmələr müharibəyə göndərilir. Onların çox hissəsi bir daha Qrıza qayıtmır. Müharibə zamanı Qrızda Qırmızı ordunun hissələri də yerləşdirilmişdir. Daima təşviş içində yaşayan qadın və uşaqlar Qrızdan köçməyə məcbur olublar. Onlar Quba rayonunun digər kəndlərinə və əsasən də Xaçmaz şəhərinə və onu əhatə edən 24 kəndə kösmüşdülər. Əhalinin böyük hissəsi kənddən köçdükdən sonra kənddə qalan əhali orda mövcud olmuş qədim evləri dağıtmış və onların yerində indii mövcud olmuş evləri tikmişdir. Qrız dilinə ən yaxın dil buduq dilidir. Qrız-Dəhnə, Cek, Əlik, Harut və Yergüc kəndlərində qrız dilinin fərqli ləhcəsində danışırlar. Bu kəndlərdə danışılan qrız dilinin ləhcələri o, qədər fərqlənir ki, bəzi alimlərin fikrincə onları ayrı bir dil kimi götürmək olar. Tədqiqatçıların ən son araşdırmalarında bu ləhcələr qrız dilinin dialektləri kimi qəbul edilmişdir. Qrız dili haqqında 1972-ci ildə Ş.Şədiyevin doktorluq dissertasiyası, 1964-cü ildə V.Xıdırovun namizədlik dissertasiyası yazılmışdır. Qrız dilində danışanların ümumi sayı 10 min və 15 min arası dəyişir. Qrız kəndində hazırda 30-40 ev var. Son məlumatlara əsasən kəndin əhalisi 368 nəfərdir. Yerli əhalinin dediyinə görə burada 777 ev olmuşdur. Və burada 8 minə yaxın əhali yaşayıb. Lakin onlar bir sıra amillərin təsiri ilə miqrasiya etmişlər. Ə.Qubatov Azərbaycan xalqı ilə qardaşlıq ailəsində əsərində yazır: XIX əsrin axırlarına aid mənbə istisna olmaqla Harutdan 57 oba, Qrızdan 37 oğa, Buduqdan 12 obanın yarandığı qeyd edilmişdir. Qrızların indii məskən olduğu Hacı qazma, Hacıəhməd oba, Əhməd oba, Hacı Qurban oba, Yataq oba, Tikanla oba, Nağı oba, Hacıəbdürrəhim oba, Sibir oba, Ralçıq oba, Çinar tala, Mola oba, Ağaşirin oba, Pirqulu oba, Hacıməmməd oba, Ağaverdi oba, İdris oba, Fərzəli oba, Nəcəf oba, Sümagir, Digah oba. Son illər isə Qrız kəndinin əhalisi əsasən Qrız-Dəhnə kəndinə miqrasiya etmişlər. Yuxarıda göstərilənlərdən başqa qrızlar Bakı və Sumqayıtda, həmçinin Abşeron və İsmayıllı və Qəbələ rayonlarının bir neçə kəndində yaşayır. Qrızlar islam dininin sünnü təriqətinə qulluq edirlər. Əhali əsasən heyvandarlıq və dəmyə əkinçiliyi ilə məşğul olurlar. Xalça və palaz toxucuduğu sənəti də inkişaf etmişdir. Bundan başqa Qrızda yəhudilər də yaşamışlar. Onları buraya Fətəli xan köçürmüşdür. Bu gün də kənddə yəhudi qəbirstanlığı var. Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası