Qadağa və məhdudiyyət qoyulan mallar

Qadağa və məhdudiyyət qoyulan mallar

Beynəlxalq və daxili poçt göndərişlərində göndərilməsinə qadağa qoyulan və şərti icazə verilən malların siyahıları Azərbaycan Respublikasının qanunvericiliyinə, Ümumdünya Poçt İttifaqının Aktlarına və bu İttifaq tərəfindən dərc olunan üzv ölkələrə dair müvafiq məlumatlara əsasən təyin edilir.

Azərbaycandan göndərilməsinə qadağa qoyulan mallar: 

  • odlu silah və onun döyüş sursatları, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika,
  • radioaktiv maddələr,
  • narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat,
  • əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materillar,
  • narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materillar,
  • xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat,
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi. Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri,
  • dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr,
  • xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar,
  • Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş  nadir bitkilər,  maral və cüyür buynuzları,
  • qiymətli ağac növləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı),
  • müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı, Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı olan obyektlər,
  • pulların və poçt nişanlarının buraxılması üçün avadanlıqlar,
  • insan orqanları və ya toxumaları,
  • canlı heyvanlar,
  • tezalışan maddələr,
  • zəhərli və toksikoloji maddələr,
  • bioloji və infeksion maddələr,
  • civə, kimyəvi reaktivlər və turşular,
  • insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar,
  • tez xarab olan qida məhsulları,
  • öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər,
  • sikkələr, banknotlar və ya yol çekləri,
  • dövlət kəmiyyət vahidləri etalonları,
  • Dövlət Arxiv Fondunun sənədləri,
  • üzərində dövlət gerbi həkk olunmuş sənədin əsli.
  • Azərbaycandan göndərilməsinə şərti icazə verilən mallar
  • baytarliq təbabətində tətbiq olunan dərmanlar, baytarliq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarliq İdarəsi Fitosanitar nəzarəti xidmətinin rəsmi icazəsi olduqda,
  • bədii, tarixi, elmi əhəmiyyət kəsb edən və başqa qiymətli mədəni əşyalar (o cümlədən 1965-ci ilə qədər Azərbaycanda və xaricdə buraxılmış kütləvi istehsal məhsulu olmayan əşyalar, əllə toxunmuş xalçalar, xalça məmulatları, büllur, çini və saxsı qabları, musiqi alətləri, təsviri sənəd əsərləri və s.) – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi icazəsi olduqda,
  • zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi icazəsi olduqda,
  • dərman vasitələri – şəxsi istifadə üçün zəruri olan miqdarda,
  • alkoqollu içki – maksimum 3 litr,
  • siqaret – maksimum 3 blok.

Azərbaycana göndərilməsinə qadağa qoyulan mallar:

  • odlu silah və onun döyüş sursatları, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika,
  • radioaktiv maddələr,
  • narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat,
  • əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materillar,
  • narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin< hazırlanması texnologiyasına aid materillar,
  • pulların və poçt nişanlarının buraxılması üçün avadanlıqlar,
  • insan orqanları və ya  toxumaları,
  • canlı heyvanlar,
  • tezalışan maddələr,
  • zəhərli və toksikoloji maddələr,
  • bioloji və infeksion maddələr,
  • civə, kimyəvi reaktivlər və turşular,
  • insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar,
  • tez xarab olan qida məhsulları,
  • öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər,
  • sikkələr, banknotlar və ya yol çekləri.

Azərbaycana göndərilməsinə şərti icazə verilən mallar:

  • baytarliq təbabətində tətbiq olunan dərmanlar, baytarliq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarliq İdarəsi Fitosanitar nəzarəti xidmətinin rəsmi icazəsi olduqda,
  • dərman vasitələri – şəxsi istifadə üçün zəruri olan miqdarda,
  • alkoqollu içki – maksimum 3 litr,
  • siqaret – maksimum 3 blok.

Daxili göndərişlərdə göndərilməsinə qadağa qoyulan mallar

  • odlu silah və onun döyüş sursatları, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika,
  • radioaktiv maddələr,
  • narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat,
  • əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materillar,
  • narkotik, psixotrop,zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materillar,
  • pulların və poçt nişanlarının buraxılması üçün avadanlıqlar,
  • insan orqanları və ya  toxumaları,
  • canlı heyvanlar,
  • tezalışan maddələr,
  • zəhərli və toksikoloji maddələr,
  • bioloji və infeksion maddələr,
  • civə, kimyəvi reaktivlər və turşular,
  • insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar,
  • öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər,
  • sikkələr və banknotlar.

 

Top