Özlərini «uti» alandıran udinlər Azərbaycan Respublikasının Qəbələ rayonunun Nic kəndində, Oğuz rayonunun mərkəzində, habelə Gürcüstan Respublikasının Oktomberyan rayonunun Zinobyan kəndində məskunlaşmışlar. Qarabağın Dağlıq hissəsində yaşamış udinlər isə XIX yüzilliyin əvvəllərinlə İran və Türkiyədən buraya köçmüş və ermənilər tərəfindən assimilyasiyaya uğraılmış, yəni erməniləşmişdilər. Ümumi sayları 8 minə yaxındır. Qriqoryan udinlərin ad və familiyaları ermənilər, provaslav udinlərinin ad və familiyaları gürcüləriinki kimidir. Buna baxmayaraq udinlərin maddi və mənəvi mədəniyyəti daha çox azərbaycan türkləri ilə yaxındır. Uinlərin hətta qeyd etdikləri xristian bayramlarında oxuduqları mahnılar Azərbaycan dilindədir. Dinlərinin erməni və gürcülərlə eyni olmalarına baxmayaraq tarixən azərbaycan türkləri ilə bağlı olmaları udinləri daha çox Azərbaycanla bağlamışdır. Udin dili leksik, qrammatik və fonetik vaxımdan daha çox azərbaycan türkcəsi ilə yaxınlıq təşkil edir.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası