Artıq 17 ildir ki, sənin isti köksünə həsrət qalmışam. Neçə ildir ki, sənin məndən, mənim səndən xəbərim yoxdur. Oralarda hər kəs meni geri qaytarmaqdan, məni nə qədər sevdiklərindən danışırlar, amma heç kim mənim səndən ayrı qaldığım andan nələr çəkdiyimi, mənim sinəmə nə qədər dağ çəkildiyini bilə bilməz. Hətta, qondarma ermənistan respublikasını dəstəkləyən-vəhşiliyin, özbaşınalığın, murdarlığın, cəlladların tərəfdarı olan dövlətlər də. Bir zamanlar at oynadan Koroğlular, Cavanşirlərin yurdu bu gün ermenilər tərəfindən narkotik tranzit zonaya çevrilib.
Burada, həmçinin, qanunsuz hərbi birləşmələr də var. Ana, burada bilirsən nə qədər sənin əsir oğlun və qızın var? Amma bir sualım var: görəsən nəyə görə bizdə bir nəfər də olsun erməni əsiri olmaya-olmaya nə qədər və nə zamana qədər burada bu qədər əsir igid oğlun ve qızın qalacaq? Onların burada hansı işkəncələrə məruz qaldığını sözlə ifadə etmək qeyri- mümkündür. Mənim səndən bir xahişim var: Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin inilti ilə, göz yaşı ilə lentə aldığı-əlsiz ayaqsız, diri-diri yandırılmış körpələri, başı bədənindən ayrılmış, qulağı kəsilmiş, dərisi soyulmuş yaşlıları bütün dünyaya göstər. Qoy hamı erməni vəhşiliyinin şahidi olsun. .Ana, bu arada Xocavənd, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xankəndinden sənə salamlar var. Hamımız sənə tezliklə qovuşmağı səbirsizliklə gözləyirik. Əziz anam, burada bu murdar millət hamısı sənin igid oğluna - Ramil Səfərova paxıllıq edir. Burada elə igid, qeyretli, Vətən, ana, torpaq, millət, bayraq dərdi çəkən kişi yoxdur axı…Əslində kənardan Azərbaycan xalqına baxanda fəxr edirəm. Türk xalqlarının eposu olan "Kitabi-Dədə Qorqud" dakı kimi türk igidinə ermənilər kimi arxadan vurmaq yaraşmaz. Kişi o zaman əsl kişidir ki, öz düşməni ile üz-üzə vuruşsun. Daha ermenilər kimi yox. Hamıya aydındır ki, ermənilərin gücü ancaq körpələrə, qocalara, qadınlara çatır. Baxmayaraq ki, bir Azərbaycan qadını hem qeyrət, həm namus, həm də güc baxımdan 10 erməni kişisindən daha qüvvətlidir. Nə isə, mənim məktubumlarımı gözlə. Amma inşallah, son bir-iki məktub göndərərəm ve bununla da sənə qovuşmağın bir addımında olaram
P.S.Ad günün mübarək olsun RAMİL SƏFƏROV!
Unutmadıq,unutmuruq,unutmarıq!