Naxışlı tikmə

Naxışlı tikmə

Azərbaycanda sənətkarlığın inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamahı və Bərdənin ipək mə”mulatlarının gözəlliyini vurğulamışdır. İngilis səyahətçisi – tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının təbdəbəsini təsvir edərək yazır: “Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu”, onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darai və məxmər idi. Onlar Şamaxı, Baskal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal bövhəciklər) istifadə olunurdu. Boyama zamanı bitkidən alınan boyaq maddələrindən istifadə edilirdi.
tikmə sənətiNaxış ornamenti. Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən çox sevilən motivləri qızıgül, nərgiz, qərənfil, lalə, liliya (zanbaq) və meyvə ağaclarının (nar, heyva, alça) çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlılar, altı və səkkizgüşəli gülşəkilli bəzəklər, kiçik romblar, ulduzlar və rəməi günəş təsvirlərindən ibarət idi. Naxışlarda quş təsvir etməyi xoşlayırdılar: bülbül, tovuz quşu, göyərçin, tutuquşu, hop-hop, qarğa, qırqovul, dişi bildirçin, kəkliyi və s. Çox tez-tez quş cütlüklərinin təsvirinə rast qəlinirdi — ən gədim və sevilən ornament motivi idi. Quşları adətən ya bir-biri sevən tərzdə, ya da dalaşmış şəkildə (məhəbbət və ayrılıq rəmzi) təsvir edirdilər.
Heyvanlar aləmindən isə naxış tikmələrdə ən çox ceyranları, tisbağaları, ilan-əjdahaları, atları, təsvir edirdilər. Məişət əşyalarından isə gülab üçün kiçik qrafinlər, daraq qutular, kosmetika üçün şüşə qablar, dolçalar və s. şəklində bəzəklərə rast gəlinir.

Tikmələrin (naxışların) növləri


Azərbaycanda məişətdə məşhur və geniş yayılmış tikmə növləri bunlar idi: “qızıl” tikmə, sıx naxışlı tikmə, tambur naxışlı, texnikada “quş gözü”, parlaq bəzəklərlə tikmə, muncuqla, möhürlənmiş piləklərlə, “kökləmə” (“sırıma”), applikasiya, spiralşəkili tikmə və file üzərində iş. Tikmələrin geniş yayılmış növlərindən biri – “quş gözü” ağ və ya rəngli ipək sapla tikilir. “Kökləmə” tikməsinə araqçının, şabkulların (gecə papağı), namaz xalçalarının, eləcə də yun geyimin bəzədilməsi zamanı təsədüf olunur. Onu adi və su tikişiylə tikirdilər, astarla üz arasına nazik yun və ya pambıq qat qoyulurdular. Mirvari və muncuqla tikmələr böyük maraq oyadır ki, onlarla ta qədimdən kostyum ünsürlərini, məişət əşyalarını və s. bəzəyirdilər.


Parlaq bəzəklərlə tikmə — bəzəklərin parça üzərində rəngli ipək saplarla çəkilmiş rəsmin cizgiləri üzərində tikilməsidir. Applikasiya və spiral tikmənin nisbətən cavan üsullarıdır. Nadir hallarda təsadüf olunan file üzərində iş və mereyka (şəbəkəli haşiyə naxışı) daha sonra yayılıb və tətbiq dairəsi geniş deyil. Əl işinin bu növü daha çox salfet, dəsmal və üz üçün örtüklərin bəzədilməsi üçün səciyyəvidir. Və bu gün Azərbaycanın bir çox şəhərlərində tikmə sahəsində qədim məktəblər qorunub saxlanır, Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgi və muzeylərin ekspozisiyasını bəzəyirlər.
Qızılı tikmə. Bütün növ tikmələrin daha qədimi – qızılı tikmədir. Əsas kimi çox möhkəm parçalardan istifadə olunurdu. Ən yaxşı material birrəng qırmızı, zoğalı, bənövşəyi və yaşıl rəngli məxmər idi. Həmçinin müxtəlif tonlarda olan nazik mahud, parça, tirmə, atlas və tumac dəridə tikilirdi. Qızılı tikmə üçün qızılı zə ya gümüşü saplardan istifadə olunurdu. Belə növ tikmə bir terminlə adlanırdı: — güləbatın. Çox zaman qızılı tikməylə üst qadın geyimini, baş geyimlərini, ev məişət əşyalarını, at üçün bəzəkləri və daha xırda mə”mularları bəzəyirdilər. Hətta belə bir adət vardı ki, gəlinin cehizinə qızılı tikməylə tikilmiş müxtəlif məişət təyinatlı əşyalar daxil edilirdi.
Tambur tikişlə tikmə. Rəngli ipək saplarla tikilən naxışlar arasında daha çox yayılanı tambur tikiliş tikmə idi. Tambur tikmələrinin istehsal mərkəzi XIX əsrdə Şəki şəhəri idi. Tambur tikmələri üçün əsas rolu nazik yerli və ya xaricdən gətirilən qırmızı, qara və tünd – göy rəngli məxmər və mahmud parça oynayırdı. Mürəkkəb bə qəribə (qəşənq) naxış tünd fonda parlaq ipək saplarla tikilirdi. Bir çox kişilər bu tətbiqi sənət sahəsində qeyri-adi ustalıq göstərmişdilər. Gərgahda dartılmış parça üzərində sənətkar əvvəlcə rəsmin cizgi xətlərini tikir, sonra bütün içini doldururdu. Tambur t. üçün iynə “qarmaç” adlanırdı. Tambur t. ilə qadın geyimləri, böyük yastıq üzləri, mutaqlar, hamam xalçaları, örtüklər bəzədilirdi.
Sıx naxışlı tikmə. Digər geniş yayılmış tikmə texnikası sıx tikmə idi. Bu tikmə üçün adətən ipək və yundan olan parlaq olmayan, pastel (rəngli karandaş) tonlarında, çox zaman qızılı tonlarla zəngin rəngli saplardan istifadə olunurdu. Sıx naxışlı tikmənin 2 növü vardı: ikitərəfli və birtərəfli sıx naxış. Sıx tikməylə geyimləri, divar üçün bəzəkləri, üz üçün örtükləri, pərdələri və s. bəzəyirdilər.
Top