Molokanlar haqda (молокане)

Molokanlar haqda (молокане)

Molokanlar — xristian dini təriqətlərindən birinin daşıyıcılarıdırlar. Molokanların di­ni hərəkatının əsasını XVIII əsrin 80-ci illərində Tambov quberniyasının kəndlisi Semyon Uklein(Семен Уклеин) qoymuşdur. Öncə pravoslav olan Uklein duxobor (pravoslav kilsəsi mərasimlərini rədd edən dini təriqət) təriqətinə daxil olur, sonra onlardan ayrılaraq özünün xüsusi dərnəyini yaradır. O, yeni təlimi açıq şəkildə təbliğ etmək üçün öz ardıcıllarından 70 «apostol» («həvari») seçərək, onlarla birgə «Zəbur»dan surələri ucadan oxuyaraq Tambova daxil olur. Lakin polis onları həbs edir. Yalançı «apostollar» pravoslav dininə qayıdaraq azad olunurlar, Ukleinin özü isə, tənbeh olunması üçün ruhanilərin ixtiyarına verilir. О da özünü pravoslavlığa qayıtmış kimi göstərərək azad olunur. Ancaq bundan sonra da, Uklein öz təlimini, əvvəlkinə nisbətən ehtiyatla, təbliğ etməkdə davam edir. O, Tambov, Voronej, Saratov, Yekaterinoslav, Həştərxan quberniyalarına, Don Ordusu torpaqlarına və Qafqaza səyahət edir. İmperator I Aleksandr taxta çıxdıqdan sonra, təriqətçilərə qarşı müəyyən dözümlülük göstərdiyindən, yeni təlim təbliğatçüarının nailiyyətləri daha da artır.İmperator I Nikolayın hakimiyyətinin əvvəlindən etibarən, duxoborluların aqibəti, molokanların da başına gəldi: hökumət yaşamaq üçün onların Qafqazda yerləşdirilməsi haqqında qərar çıxardı.Son zamanlar molokanlar baptizmə meyl göstərməyə başlamışlar. Molokanlar başqa protestant qrupların təsirinə uymurlar və daha mötədildirlər, yeni təriqətlərin ardıcılları ilə müqayisədə öz təlimlərinin təbliğatına az meyllidirlər .Molokançüıq hərəkatının davamçıları orucluq vaxtı süd (rus dilində moloko) içdiklərinə görə belə adlanır. Molokanlar özləri isə, bu adı, «mənəvi südlə qidalanmaları» ilə izah edirlər. Molokanlar özlərinin dini təliminin yeganə mənbəyi kimi Bibliyanı tanıyırlar, həm də Bibliya kəlamlarını sərbəst şəkildə izah edir, bəzən onların mənasını tanınmaz dərəcədə təhrif edirlər.Molokanlar, hal-hazırda, yalnız özlərinin əsl dindarlar olduğunu bildirir, heç bir dini hekayəti, kilsə qərarını qəbul etmir, yalnız Bibliyanın göstərişlərinə əməl edirlər. Onlar kilsədə xüsusi səlahiyyətlərə malik şəxslərin iyerarxiyasını rədd edirlər. Molokanların kilsələri yoxdur, onların ehkamçılıq təlimi «Dini qaydalar» adlı kitablarda təsvir olunur. Onların təliminə görə, ölülər ruhən deyil, cismən diriləcəklər. Ukleinin bütün dini təlimini də məhz bu fikir təşkil edir. Duxoborlar kimi, molokanlar Allaha ancaq ruhi etiqadı qəbul edir, dini ayinlər haqqında pravoslav təlimini rədd edirlər. Orucluğa gəldikdə isə, molokanların fikrincə, oruc müəyyən vaxt müddətində deyil, insanın özünü günahkar olduğunu və nəfsinin ağlına üstün gəldiyini hiss etdikdə tutulmalıdır. Həm də orucluqda yemək və içməkdən tamamilə imtina olunmalıdır. Molo­kanlar qidalanmada donuz əti və pulsuz balıqdan başqa, hər şeydən istifadə edə bilərlər. Molokanların ibadəti Bibliyanın, əsasən də Zəburun məşhur hissələrinin qiraətindən və nəğmə kimi oxunmasından ibarətdir. Bu halda, aşağıdakı qaydaya riayət olunur: molokanların keşiş adlandırdıqları adam adətən ön cərgədə əyləşib Bibliyadan kəlamlar oxuyur, dinləyicilər ise, onu uzada-uzada təkrarlayaraq, nəğmə şəklində ifa edirlər.Zaman keçdikcə molokanlar üç qrupa bölünmüşlər: ümumi, daimi və qərarsızlar. Molokan qaydaları dəyişikliyə məruz qalmışdır.Molokanlıq müasir şəraitdə öz ardıcıllarını getdikcə daha çox itirir. Bunu molokanların özləri də dərk edirlər.Hal-hazırda, Azərbaycanda mo­lokanlar, əsasən Bakı və Sumqayıtda, Şamaxı, İsmayıllı, Gədəbəy, Quba rayonlarında yaşayırlar.İlk molokan icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlmişdir. Onları bura Rusiyadan, kafirliyə və pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə sürgün etmişdilər.Hal-hazırda Azərbaycanda mo­lokanların qeydiyyata alınmış 11 dini icması fəaliyyət göstərir. On­lardan ən böyükləri Bakıda (150 nəfərə yaxın) və Sumqayıtda (100 nəfərə yaxın) yerləşir. Üzvlərinin sayı 10 nəfərdən çox olmayan qalan icmalar Şamaxı, Qaradağ, Xızı, İsmayıllı rayonlarında fəaliyyət göstərir. Həmin rayonlarda qeydiyyatdan keçməmiş bir neçə icma da vardır. Bütün icmalarda, əsasən yaşlı adamlardan ibarət olan üzvlərin qeydiyyatı aparılır. Gənclər və uşaqlar, adətən icmaya gəlmirlər. İcmanın üzvləri yalnız rus millətinə mənsubdurlar. Onlar missionerliklə məşğul olmurlar, icmanın üzvlərinin sayı isə ildən-ilə azalır. Qanunvericilik pozuntusu müşahidə edilmir. On­ların dini mərkəzləri yoxdur və hər bir icma müstəqil şəkildə fəaliyyət göstərir. Bununla bərabər, Bakı icması ilə Stavropol diyarının molokan icmaları arasında sıx əlaqə saxlanılır. Pul gəlirləri çox aşağıdır və öz üzvlərinə maddi yardım göstərməyə, ibadət evlərinin saxlanılmasına sərf olunur.Son illərdə üzvlərinin sayının az olması səbəbindən bir çox icmaların bağlanması meyli müşahidə edilir.Molokan icmalarının bütün üzvlərinin ümumi sayı 500 nəfərə qədərdir.
Mənbə Qanun jurnalı
Top