Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında
ƏSASNAMƏ
l. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
v) dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların binaları, habelə yaşayış evləri üzərində-martın 8-də, martın 21-də, aprelin 28-də, mayın 1-də və 2-də, mayın 9-da, mayın 28-də, noyabrın 7-də.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir; üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti l:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.
Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60 bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
3. Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı yerlərdə qaldırılır:
a)Azərbaycan Respublikası Ali Sovetinin,
Azərbaycan Respublikası Milli Məclisinin.
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin.
Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin,
Azərbaycan Respublikası rayon, şəhər, şəhərdə rayon, qəsəbə və kənd xalq deputatları Sovetinin İcra hakimiyyəti və bələdiyyə orqanlarının sessiyalarının keçirildiyi binaların üzərində-bütün sessiya dövründə;
Qeyd edək ki, tarixi inkişafımızın sonrakı mərhələsində oktyabrın 18-i, noyabrı 12-i, noyabrın 17-i və dekabrın 31-nin bayram elan edilməsi ilə əlaqədar olaraq həmin günlər də Dövlət bayrağının ucaldılması siyahısına daxil edilmiş və Azərbaycana aidiyyəti olmayan günlərdə-aprelin 28-i, mayın 1-i və 2-i, mayın 9-u, noyabrın 7-i Dövlət bayrağının ucaldılması günləri siyahısından çıxarılmışdır.
Yuxarıda göstərilən binalar üzərində Azərbaycan Respublikasının Dövlət bayrağını başqa bayram və xatirə günlərində də qaldırmağa icazə verilir.
q) rəsmi şəxs sifəti iiə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Baş Nazirinin və ya digər rəsmi (vəkil edilmiş) şəxslərin mindikləri hava gəmilərində (Dövlət bayrağının gəmidə təsvirləri), dəniz gəmilərində, daxili su yollarında üzən gəmilərdə və başqa nəqliyyat vasitələrində-göstərilən şəxslərin razılığı ilə;
d) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası Baş Nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət orqanlarının, ictimai və dini orqanların, müəssisələrin, idarələrin və təşkilatların keçirdikləri mərasimlər zamanı, digər təntənəli və bayram tədbirlər: zamanı da qaldırıla bilər.
4. Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə bir vaxtda;
qaldırılarkən Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağının ölçüsü Azərbaycan Respublikasının Dövlət bayrağının ölçüsündən iri ola bilməz.
5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onu təsviri ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
6. Azərbaycan Respublikasının gerbi və himni kimi, Azərbaycan dövlətinin suverenliyi rəmzi olan Azərbaycan Respublikasının Dövlət bayrağı da müqəddəs rəmzdir və onun hər cür təhqir edilməsi qanuna əsasən cəzalandırılır.
7. Bu Əsasnamənin tətbiqi qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.
Həmçinin bax: Azərbaycan bayrağı