Yavaşca pıçıldayır zaman: "Mənə burax…"

Yavaşca pıçıldayır zaman: "Mənə burax…"

İçimdə fırtınalar qopur bəzən, əsəbiləşirəm. Olanlara, yaşananlara, yaşanmayanlara hirslənirəm. Üsyan etməyim deyərkən söyərkən tapıram özümü. Lənətlər yağdırıram, bəla oxuyuram. Ümidsizliyə qapılıram, əsla keçməyəcək və mən həmişə keçmişdə asılı qalacağam, daimi məkanım ‘ə'raf' olacaq deyirəm.

Üzsüzlərin, sinəsini gərə gərə gəzdiyi bu iqlimdə niyə nəfəs almaq məcburiyyətində olduğumu anlaya bilmirəm. Niyə onlar hələ nəfəs alır onu heç həll edə bilmirəm. Fizika qaydasıdır; eyni qütblər normalda bir-birini itələyərkən, iş xaraktersizliyə gəlincə nədənsə qayda belə işləməyirmiş; xaraktersiz insan ətrafına cəsədlərə yığışan ağcaqanadlar kimi xaraktersizləri yığırmış, yeni yeni anlayıram.

Sevginin günahsızlığı, güvənin safı ləkələniyir artıq gözümdə. Bir daha ikisinə də əlini sürə bilməyəcəyəm kimi gəlir; bəlkə öz əllərimi ləkələməmək üçün bəlkə də ləkələri təmizləməyə macalım olmadığı üçün. Təkliyin bir ömür daimi dostum olacağını sezirəm və bu canımı ağrıtmır; narahat etmir uzun ömrün tək başına keçəcəyi düşüncəsi. Onsuz da ömrün uzun olacağı haradan aydındır ki deyə rahatlaşdırıram özümü.

Sonra…

Sonra yavaşca pıçıldayır zaman: «Mənə burax…»

Nəfəsi hüzur verir, içimi bir istilik örtür. Gülümsəyirəm, ümidlə dolur ürəyim. Keçəcək, bax buludlar indidən dağılmağa başladı; günəş üfüqdə göründü belə deyirəm. Bu ilk dəfə dibə vuruşun deyil ki, sən nələri aşmadın deyə atəşkəs elan edirəm özümlə.

İnanıram...

Bilirəm…

Hər şey çox gözəl olacaq...

Hiss edə bilirəm… 

 

 

 

Top