Yazıma “Azərbaycanda bir kabus yayılmaqdadır, mutsuzluq kabusu” sözləri ilə başlasam güman eləmirəm ki, bu bizim həyatımıza verilmiş şişirdilmiş qiymət ola. Biz sadəcə olaraq mutsuzuq, bunu hər gün, hər yerdə eşidirik, görürük və tez-tez öz-özümüzə təkrar da edirik. 
Mən bu dünyaya münasibətlər, düşüncələr arasında körpü qurmaq üçün gəlmişdim.
Mən onu poçtda gördüm. O qadını. Əvvəlcə kiməsə oxşatdığımı sandım, sonra ona bənzəyə biləcək bütün tanışları bir-bir fikrimdən keçirdim və konkret heç kimi tapmadım. Amma qadın dəhşətli dərəcədə kimisə xatırladırdı. O (şərti olaraq adını L. qoyaq) mənim göndərəcəyim məktublarla məşğul olduğu vaxtda özümlə bacara bilmirdim, etirazıma rəğmən beynim çox sürətlə işləyirdi və nəhayət ki, «evrika».
Ev dağılmasını Allah heç kəsə göstərməsin. Ev dağılmasının nə olduğunu yaxşı bilirəm. Qalın özüllü, iki qat divarlı evim “dağılıb”. O evdən mən də, mənə aid olan insanlar da perik düşmüşük. Bamayaraq ki, evimin özülü “möhkəm” idi, divarlar da təkqat deyildi. Dünya belə dünyadı, dağıdanda, zəlzələsiz-vəlvələsiz dağıda da bilir.