60=1=24=7=4=3=1=4
1 dəqiqəmiz 60 saniyədən
1 saatımız 60 dəqiqədən
1 günümüz 24 saatdan
1 həftəmiz 7 gündən
1 ayımız 4 həftədən
1 fəsilimiz 3 aydan
1 ilimiz 4 fəsildən ibarətdir
Nə dəqiqələrin saatlara çevrilməsindən,nə saatların günləri doldurduğundan,nə günlərin həftələnib,aylanıb ilə dönüşərək ömrümüzün yaş cədvəlində yer aldığından danışacağam.
Bu gün FƏSİLLƏRdən ilin FƏSİLLƏRindən danışmaq istəyirəm.Sanki bir il insan ömrü deməkdir.
Yaz fəslində doğulur,uşaqlığın dəcəl çağlarını,dəli istəklərini yaşayır,yaz fəslinə artıq yeniyetmə kimi qədəm qoyub həyat tərzini və dünya görünüşünü formalaşdıraraq,həyatın mənasını özündə dərk edərək ömür gözəl çağlardan birinə-orta yaşlı illərinə-payız fəslinə ayaq alır.Bu ərəfədə ötən hisslərini yenidən canlandırır,bu dəfə olub keçənlərə başqa gözlə-ürəklə ağılın mübarizəsindən əldə etdiyi nəticələrin təcrübəsi ilə baxır,yenə də yenidən sevir,yenidən nələrisə əldə etməyə,hansısa zirvələri fəth etməyə çalışır,ömrün ən məhsuldar illərini yaşayırıq...
Qış fəsli - əvvəl mülayim küləklə ömrə daxil olur.Saçlarını tumarlayır,bəyazlıqdan saçlara işarələr salır,əvvəlcə tərəddüd edirsən,çovğunlar,qasırğalar başlayır.Artıq ömrün geridə qalmasını,yolun sonuncu döngəsinə burulmağını duyursan və razı olmaq istəmirsən,amma sonradan yağan qar dənəcikləri necə saçlarına düşüb,kirpiklərində əriyirsə,sən də sonrakı bir hüzur tapırsan,aqilliyin ən ali çağında uşaqlaşırsan,kövrəkləşirsən,yazdakı uşaqdan fərqinsə kövrəkliyindi...
Artıq dəlisov,çılğın və inadkar deyilsən.Olub-keçənləri kinolenti kimi xatırlayıb,epizodları dönə-dönə geri fırlayıb seyr edirsən,itirdiklərinlə qazandıqların barədə düşünürsən,yataq otağındakı kiçik stolun üzərindəki bu gün qəbul edilməsi zəruri olan dərmanları görüb köks ötürürsən və heç zaman real olmayacaq bir arzunun dəlicəsinə nisgili ürəyinə sancılır-“ kaş ki yenidən dünyaya gələrdim,yenidən yaşayardım” Yaşının üzərinə hər gələn ildən sonra durmadan artan yaşamaq həvəsin sənə əzab verir.
Hər birimizin sevdiyi bir fəsil var..Özümüzü həmin fəsildə daha yaxşı hiss edirik.Bilmirəm bu bizim daxili dünyamızdan irəli gəlir ya yox,amma yenə də...
Kimilərsə yaz gələndə sevincdən yerə -göyə sığmır...Kimilər isə isti yay günlərində ən yaxın rəfiqəsi olan qızıl saçlı günəşın şüaları ilə təmasdan doymur...Kimilrsə tökülən sarı xəzəllərin üzərində xəfif addımlayaraq,narın yağışın saçlarında,bənizində yaratdığı parıltılardan xoşbəxtliyin ən yüksək nöqtəsində olur...Kimilərsə soyuq şaxtalarda bəyaz qarın üzərinə ayaq basaraq yolda qalmış ayaq izlərinə baxaraq,yaxud da ağacların qardan paltarlarına baxaraq həsəd aparır.Sank səma ilə yerin eyni rəngdə olması qədər ikinci bir möcüzəli fəsil yoxdu deyərək isti sabah hüzur verici evinin qapısını açıb daxil olduqda özünü dünyanın ən məmnun insanı hiss edir...